194
sıralannda İsveçdə mövcud olan bütün bələdiyyələri, yəni 289 bələdiyyəni
birləşdirir. Assosiasiyanın yaradılmasımn aşağıdakı əsas məqsədləri vardır:
❖
Yerli özünüidarəetmə sistemlərinin inkişafma yardım
❖
Yerli özünüidarəetmənin maraqlanm təmsil etmək
❖
Bələdiyyələr arasında əməkdaşlığa
kömək
❖
Yerli özünüidarəetməyə xidmət və məsləhətlər
vasitəsilə
kömək göstərmək
Assosiasiyamn funksional fəaliyyət sferalarma aşağıdakı məsələlər daxildir:
1.
Ümumi bələdiyyə
siyasəti
2.
Ümumi planlaşdırma
3.
Bələdiyyənin maliyyə siyasəti
4.
Hüquq məsələləri
İsveç yerli idarəetmə qurumlan Assosiasiyası daha çox siyasi yönümlü bir
qurumdur, onun ali orqanı hər dörd ildən bir toplanan konqresdir. Konqresdə
assosiasiyam dörd il ərzində idarə edən 21 nəfər üzv seçilir. Assosiasiyamn sədri
güclü majoritar siyasi qruplar içərisindən təyin olunur. Sədr Öz növbəsində
assosiasiyamn idarəetmə qrupunu formalaşdırır. 1999-cu ildə idarəetmə qrupuna
281 nəfər cəlb edilmişdir. Assosiasiyamn ölkə üzrə 23 regional filialı fəaliyyət
göstərir.
İsveç yerli idarəetmə qurumlan Assosiasiyası öz maliyyə bazasım üzvlük
haqlan, məsləhət xidmətlərinin göstərilməsi və təhsil proqramlanmn həyata
keçirilməsi yolu ilə formalaşdırır. 1998-ci ildə assosiasiyamn maliyyə ehtiyatlan 350
mln. İsveç kronuna bərabər idi.
>
Dostları ilə paylaş: