Dövlət və siyasi hakimiyyət. Dövlətin anlayışı



Yüklə 166,54 Kb.
səhifə3/7
tarix17.02.2022
ölçüsü166,54 Kb.
#114510
1   2   3   4   5   6   7
Qanunsuz sahiblik öz növbəsində iki yerə, vicdanlı və vicdansız sahibliyə ayrılır. Mülki Məcəllənin 166-cı maddəsində mülkiyyətin sahiblik əsasında ehtimal edilməsindən bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.
Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir.
Əşyanın vicdanlı sahibi isə öz ehtimal edilən hüququna uyğun olaraq əşyadan fayda götürdüyünə və ondan istifadə etdiyinə görə ixtiyarlı şəxsə zərərin əvəzini ödəməyə borclu deyildir. O, əvəzi ödənilərkən yoxa çıxan və ya zərərçəkən şeyin əvəzini ödəməyə borclu deyildir.

Yüklə 166,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin