Dövlət və siyasi hakimiyyət. Dövlətin anlayışı



Yüklə 166,54 Kb.
səhifə4/7
tarix17.02.2022
ölçüsü166,54 Kb.
#114510
1   2   3   4   5   6   7
İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ola bilsin ki, bəzi əşyalar həm şəxsi, həm də təsərrüfat məqsədilə istifadə edilsin. Məsələn, tikiş maşını ilə nəinki ailə üzvləri üçün, habelə haqqı ödənilməklə digər şəxslər üçün də paltar tikilə bilər. İstifadə hüququ, adətən sahiblik hüququna söykənir. Lakin sahibi olmadığın əşyadan da istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak kirayəsi müqaviləsinə görə kirayəçi, nəinki əmlakın müvəqqəti sahibi, o, həmçinin, əmlakın istifadəçisi hesab edilir.
İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanın başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər.

Yüklə 166,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin