Dövlət və siyasi hakimiyyət. Dövlətin anlayışı



Yüklə 166,54 Kb.
səhifə5/7
tarix17.02.2022
ölçüsü166,54 Kb.
#114510
1   2   3   4   5   6   7
Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi öz əmlakını satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edir. Bir qayda olaraq, əmlak üzərində sərəncam mülkiyyətçiyə məxsus olur. Mülkiyyətçi olmayanın əmlak üzərində sərəncam verməsi yalnız qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə mülkiyyətçinin əmlakının məcburi satılmasında ve s. hallarda özünü göstərir. Məsələn, vətəndaşlar özlərinə məxsus olan bu və ya digər əmlaklarını ssuda almaq məqsədilə lombardlara təhvil verirlər. Əgər onlar göstərilən müddətdə aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş ssuda götürülür, qalan hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət hüququ xitam edilir. Deməli, mülkiyyətçi tərəfindən əmlakın məhv edilməsi də sərəncam hesab edilir. Lakin əmlakını məhv edən mülkiyyətçinin fəaliyyətinin hüquqi tənzimini vermək nəzərə çarpacaq dərəcədə mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına və yaxud bu hüquqdan imtina olunmasına yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə olunmaqla (məsələn, meyvəni yemək və s.) mülkiyyət hüququna xitam verilirsə, onda mülkiyyətçinin iradəsi mülkiyyət hüququnun xitamına deyil, əmlakdan faydalı xassələrin hasil edilməsinə yönəlir. Deyilən misalda əmlak üzərində sərəncam hüququnun deyil, istifadə hüququnun həyata keçirilməsi baş vermiş olur.
Mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə başa çatmır. İş ondadır ki, eyni səlahiyyətlərə həm mülkiyyətçi, həm də digər şəxslər (məsələn, mülkiyyətçinin əmlakına tam təsərrüfatçılıq aparmaq hüququ olan şəxs və s.) malik ola bilər. Bunun üçün məhz mülkiyyətçinin səlahiyyətlərini əks etdirən spesifik əlamətlər müəyyən olunmalıdır. Bu əlamətlər ondan ibarətdir ki, mülkiyyətçi öz səlahiyyətlərini öz mülahizəsinə görə həyata keçirir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir.
Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər.
Lakin mülkiyyətçinin əmlak üzərində sahibliyini nəhayətsiz hesab etmək olmaz. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, qanunların və ya üçüncü şəxslərin hüquqlarını pozmamalı, cəmiyyətin, xüsusilə dövlətin qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir.
Mülkiyyətçinin sahiblik və istifadəsində olan əmlak üzərində hüquqlarını həyata keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə belə olmur. Əmlak üzərində sərəncam verərkən (əmlakı satarkən, kirayə verərkən, girov qoyarkən və s.) mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, kirayə və ya girov götürənlə və s.) hüquq münasibətinə girir. Mülkiyyətçi bu zaman öz hüquqlarını həyata keçirsə də, bəzən həmin hüquqların tənzimlənməsi mülkiyyət hüququnun hüdudlarından kənara çıxır, o, özü isə satıcı, kirayə verən, girov qoyan kimi çıxış edir. Belə hallarda mülkiyyət hüququ pozulmuşsa, onda hər şey bu hüququn saxlanıb saxlanılmamasından asılı olur. Əgər bu hüquq saxlanmışsa, pozulmuş hüquqların bərpası mülkiyyət hüququ institutu normaları ilə baş verir. Əgər mülkiyyət hüququ qalmamışsa (deyək ki, əmlak məhv edilmişdir), onda pozulmuş hüquqların bərpası digər hüquq normaları ilə mümkün olur (məsələn, zərərvurma nəticəsində əmələ gələn öhdəliklər, yaxud sığorta hüququ). Beləliklə, mülkiyyət hüququ normaları digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı fəaliyyətdir.

Yüklə 166,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin