DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012



Yüklə 1.69 Mb.
səhifə4/11
tarix24.06.2018
ölçüsü1.69 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

***
Dünyada iki mələk eylər nida,

Daim aydarlar duada «Ya xuda,


Canişin ver külli münfiqə həmin,

Yümni-dövlət olara olsun qərin.

Artsın onun dövləti gündən-günə,

Bir dəfəyə on əvəz verdir yenə.


Həm ziyad et dünya içrə malını,

Qıl fərəhnak külli hal-əhvaını.


785 Haq-təala müstəcəb edər onu,

Dünya içrə qılgil onu bir qəni.


Verər Allah afiyət, həm səhhəti,

Artar onun həm oğul-qız, dövləti,


Yaxşı adı aləmə dolar həman,

Xoş sifətin aydarlar əhli-zaman.


Bəs könüllərdə pəsənd olar özü,

Kəskin olar xəlq arasında sözü.


Dillərində cari olar yaxşılıq,

Bəxş edər Tanrı ona yaxşı qılıq.


790 Cümlə yaxşılar ona qılar səna,

Cümlə dərvişlər ona qılar dua.


Ol dualar əsəri olar zühur,

Aləm içrə tapar ol yaxşı hüzur.


Axirətdə həm onun ehsanını

Pərvəriş qılar xuda, qadir, qəni.


Yəni bir loxma Uxut dağı qədər,

Bəs artırıb sahibinə rədd edər.


***
Tanrı özü versə dövlət birlə pul,

Adət et verməyi, vergil sağı-sol.


795 Cümlə məxluqa açıq tutgil üzün,

Gər dilindən gəlsə, degil xoş sözün.


Ya düşünmə hiç müsəlmana yaman,

Barça möminlərə olma bədgüman.


Hər tərəfə oxlagil tiri-niyaz,

Barça xəlqə qıl özün bəndənəvaz.

Hikmət əhlinə ulaşdır özünü,

Hikmət ilə sözləgil hər sözünü.


Hikmət əhlin haq qatı söymün dürur,

Ayət içrə oları demiş dürur.


800 Haqq üçün gər dışlasan xurmayi-xam,

Zaiq etməz Tanrı onu, ey qulam.


Cümlə kəsi Tanrıya bilgil yavuq,

Həm vəli bil, könlünü qılma soyuq.


Xidmətini qılma hiç kimdən diriğ,

Qılar Allah şübhəsiz qədrin rəfiq.


Bir günü məqbul olub tiri-niyaz,

Düşər ona məqsədi-ehsanı baz.


Bu xütami-dünyanı hər yana saç,

Elmi-hikmət eşiyin saqi ilə aç.


805 Açdın, ərsə oldunü hikmət bilən,

Daim oldun dövlətü nüsrət bilən.


Tanrıya bəd əz yavuq olar o kəs,

Zail olar – ömrün ötürdü əbəs.


Əqli-kamil istəgil, ey əhli-qal,

Ağıldan tapar sənin ağlın kamal.

Əhli-dillər tapar sənin ağlın kamal,

Kim bu söhbət istəməz, bil gavü xar.


***
Sədəqə versə hər kimsə əl bilə,

Aydar bu beş kəlam, dürrət dil bilə.


810 Əyəsinə aydar yəni bu sözü,

«Xudanın əhlinə sərf etdi bizi.


Qail ərdin, kəsir etdin bizi sən,

Səğir ərdik, kəbr etdin bizi sən.


Vəfasız fani ərdik, baqi etdin,

Ki şəksiz düşmən ərdik, dost tutdun.

Məşəqqət gün üçün bizi veribsən,

Tutarıq qolunu, xub iş görübsən».


Aydar xeyrat əyəsinə bu sözlər,

Olub haqq izni birlə yaxşı üzlər.


815 Ümid et Tanrıdan, sən həm verə ver,

Ki xeyrat bağından meyvə dərə ver.

Kilidsiz mümkün ərməz ona girmək,

Müxaldır bağçasızlar meyvə dərmək.

Ki qəflətdən açılgil dəm bu dəmdir,

Yatıb qalan cahanda, aqli kəmdir.


Kərimə qıl kərəm, qula kəramət,

Qılan fərmanına ver istiqamət.


Mədət qılgil bizə tövfiqi-yarı,

Tutub fərmanı, qılmaq giryə-zarı.




Səxinın bəxtliliyinin bəyanı
820 Aytdı peyğəmbər bu söz, ey əhli-qal,

Dinləməsə kim onu oldur cühhal:


«Bəs səxilik bilgil imandan ərər,

Həm iman – cənnəti-rizvandan ərər.


Haqq ona qılar nəzər rəhmət bilə,

Gecə-gündüz içrə kim, yetmiş yola».


Cənnət içrə bir ağacdı bu səxa,

Qədri onun barçadan izzü-əla.


Kim səxi olsa onun qolun tutar,

Bəs sirat körpüsündən bir ötər.


825 Cənnətə daxil qılar, yoxdur şəki,

Olar ol kəs əhli-cənnət yegrəyi.


Həm xəlayiq, həm xuda, həm rəsul,

Bu səxi əhin sevər, ey bül-füzul.


Şübhəsiz, olar yavuq cənnət ona,

Duzəx odu gəlməyər ondan yana.


Həm səxiyə Tanrı özü yar olar,

Cənnət içrə haq rəsula car olar.


***
Ol xəsislik duzəx içrə bir ağac,

Ol ağac uzunluğu san min qulac.





  1. Kim xəsisdır, ol ağac tutar həman,

Duzəxə dışlar onu, yoxdur güman.
Duzəx içrədir xəsislər bərqərar,

Şübhəsiz, olar olar iblisə yar.


Cənnət əhli, duzəxilər, ey cüvan,

Duzəx əhlidir xəsislər, əl-aman.


Fəsil
Dedi peyğəmbər ki merac gecəsi:

«Cənnəti, duzəxi seyr etdim bəsi.


Duzəx içrə gördüm eylə, ey aman,

Düzəlmişdir tabutu oddan həman.


835 Tabut içrə xoş yatıbdır bir kişi,

İşbu odun yox onun birlə işi.


Vardır onun yanında iki mələk,

İsti, soyuq eyləməz onu həlak.


Yəni atəş istisi yetməz ona,

Gördüm işbu işi çün qaldım tana.


Od içində olmuş ol oddan aman,

Eyləyir görən onu təhsin həman.


Sordum ol Cəbrailə: «Kim bu şəbab?»

Dedi: «Hatəm Tay-ərəbdir, dər cavab.


840 Küfrü birlə duzəxə girdi dəxi,

Eylədi oddan aman kari-səxi».


Bu səxilik kafirə nəf eyləmiş,

Duzəx odun gör niçik dəf eyləmiş.


Gəlsə əldən sən dəxi qılğıl səxa,

Olsa hər dərdinə bu verər şəfa.

Ey xudaya, rənci-atəşdən yana,

Bu səxavətin suyun tökgil ona.


Təki sönsün, qalmasın bir uçqunu,

Fəzl əyəsi, ey kərim, qadir, qəni.


Fəsil
845 Tanrı demiş işbu sözü, gəl oxu:

«Lən tənəlül-birrə hətta tunfiku».1


Haq demiş: qılsan təsəddüq sevmişin,

İki aləm içrə asandır işin.

Sevmişini sən əgər sərf etməsən,

Cani-dildən Tanrı əmrin tutmasan,


Nə olar halın sənin, ey əhli-huş,

Bağışlasa fəzli-ehsan həm öküş.

Gər sevərindən təsəddüq verməsən,

Tanrını hazirü nazir görməsən,


850 Bəs riyası, rəsmin derlər sana,

Zərrə yox nəfi onun səndən yana.

Malın olsa yaxşısından, ey uya,

Tanrı əhlinə verəsən biriya.


Cani-dövlət olsa səndə, ey əxi,

Qıl mədət dərdməndələrə sən dəxi.


Ya bədəndə olsa qüvvət, ey qulam,

Qüvvətin taətə sərf etgil tamam.


Ya könlü haqqı sevər cay eyləgil,

Şövq ilə eşqində ah-vay eyləgil.


855 Ya ki canın haq rizasın arasın,

Razı ol hər hökmünə biçarəsin.


Ya ki sirrini ulagil Tanrıya,

Məsivalladan kəsilib, ey uya.


Oldun imdi Tanrının xas bəndəsi,

Sidqi-düz həm səxi ixlas bəndəsi.


Fəsil
Haqqa etməkdir müdara, ey cüvan,

Başıdır əqlin, həmmə bad əz həman.

Həm dəxi pünhan təsəddüqdür yenə,

Bu müdara eyləmək, dinlə sizə.


860 Yaxşı xülqü razi-məhşərdə qulun,

Pilleyi-xeyrə salar, agah olun.


Xoş qılıq haq rəhmətindən, ey kübar,

Sahibi-burnunda olar bir möhür.


Ol möhürü bir mələk tutmuş qərar,

Ol kişini yaxşı iş sarı yedər.


Yaxşı rəyi-məsləhət salar ona,

Xoş fikirü xoş kəlam gələr ona.


Yaxşılıq götürər onu cənnətə,

Neməti-daim tükənməz rəhmətə.


865 Olmayar yaxşı olan yerdə nəza,

Yaxşılar sözündə köpdür intifa.


Haqq əzabından möhürdür bədgülük,

Sahibi-burnunda ey, ey könlü salik.


Ol möhürü tutmuş ol şeytan ləin,

Şər işə çəkər səni ondan həmin.


Bəd fikirlər, həm yaman sözlər dəxi,

Bu səbəbdəndir ki dedim, ey əxi.


Bu yaman əfal çəkər duzəx sarı,

Dışlayır duzəx yaman qılanları.


870 «Eyləyir söhbət əsər» demiş rəsul,

Yaxşılar birlən gəlib həmsöhbət ol.


Haq yaratmışdır dili ehsan üçün,

Söylə demiş zikri-haq, Subhan üçün.


Dil bilə məlum olar küfrü iman,

Dil bilə məlum olar yaxşı-yaman.


Həm səvabü, həm dünya işlər tamam,

Dil biləndir dinləgil, ey xasü am.

Çünki bildin barça işlər dil bilən,

Cari qılma sən ona qeybət, yalan.


875 Könlün içrə əvvələn fikr eyləgil,

Fərq edib yaxşı-yamanı, söyləgil.


Gər yaman olursa söz, yumgil dodaq,

Yaxşı olsa, desən onu, yaxşıraq.


Fəsil

Nəsihət
Dünyanın misli sana bir hövz ərər,

Xəlq içində misli balıqdır, yürər.


Bir qurulmuş tordur olara mərəz,

Dolanar ölüm fəriştəsi, qərəz.


İşbu səyyad əlindən hiç canavər,

Səy ilə qurtulmadı, ey bixəbər.


880 Çünki bildin qaçmağa yoxdur yerin,

Tapşır işin cümlə, oldur rəhbərin.


Fərz ilə sünnəti tut həm baədəb,

Bəndəlik qılgil xudaya ruzi-şəb.


Barça iş ondan bilib, şükrün yetir,

Gəlsə ta hökmi-qəza, əmrin bitir.


Gər eşitsən yaxşıların pəndini,

Açarsan ol mərifətin bəndini.


Dolsa gər könülə nuri-mərifət,

Pür dürr olar könlün öyü hər sifət.

885 Həmd içində həmdin ayğıl qul kimi,

Sayragil gül istəyən bülbül kimi.


Ruzi-şəb asudə olma bir dəmi,

Olmasın kim göz nəmi – könlün qəmi.


Can ilə eşqində olgil bağrı daş,

Dözəsən, səy eylə, ta günə ulaş.


***

Qobluhu əəala: «İnnə əkrəməkum

indallahhi ətkakum»1, əl-ayət.
Qovluhu təala: «İnnə lil-müttəqi-nə

ində rəbbihim cənnətin-nəim»2, əl-ayat.


Həmmə din içrə dindin dini-təqva,

Xudaya xoş gələr ayini-təqva.


Kişi kim, olsa təqva, dosti-haqdır,

Yəqin bil əhli-haqq əhli-səfaqdır.


890 Xuda demiş oları: cənnət əhli,

Həm əz ruyi-həsəb peyğəmbər əli,


Qəbul eylər olardan barça ehsan,

Təriqətdə olardır əhli-iman.


Küfür dəryasından çıxmış səlamət,

Münəvvər qəlb ərər olar təmamət.

Olub zikri-xuda qəlb içrə varı,

Qılarlar hər zaman Tanrıya zarı.


Urub sayqal könül güzgüsünə, pak,

Açar can gözlərini didə nəmnak.


895 Görər olar xudanı qəlb öyündə,

Xudadan qeyri yox olar köyündə.


Nəzər dikmiş dürur olar xudaya,

Özün tutmuş dürur cəbri-cəfaya.


Oların zikri-fikri haqq özüdür,

Əgər yazarsa özündən sözüdür.


Əyəsin istər olar canı birlə,

Birikmiş can ara cananı birlə.


Hava körpüsündən olar keçibdir,

Xudanın eşqində şərbət içibdir.


900 Olub eşqində məst, anmaz cahanı,

Qaramaz cənnətü huri, cananı.


Bu dibsiz dünya bəhrindən o qullar,

Ötüb olmuş, olardır əhli-dillər.


Xudaya tapşırıb ol cümlə karın,

Dilərlər can öyündə Birivarın.


Fikirdə bəhri-eşqə seyr edərlər,

Olub ol bəhr ara çəndan güzərlər.


Tapıb rahi-həqiqət işbu yolda,

Qulaq salmaz nidaya sagü solda.

905 Nidayi-hatifi-haq qeyri-hatif,

Gələr şəksiz olardan – olsa arif.


Həqqü batil, yaman, yaxşı saçarlar,

Ki əsrar elmindən sözlər açarlar.


Xəbər tutsa kişi kim, mərifətdən,

Tapar dürri-mənanı hər cəhətdən.


Əgər bir mərdi-arif söz açarsa

Tan ərməz dürri-mənanı ol saçarsa.


Təriqət yoluna mənzil bu hikmət,

Həqiqət bağına bülbül bu hikmət.


910 Tapar Tanrını hər kim tapsa onu,

Gözündən yaş axar, artar fəğanı.



Fəsil

Ruzə tutmağın fəzilətinin bəyanı

Ruzə tutmaqdır səvabi-bişümar,

Kim, xəbər verdi rəsuli-kirdigar.
Ruzəni bilgil ibadət işığı,

Kim tutar, ol işıq açmış bişəki.


İşıq açsa bəndəlik içrə girər,

Bəndəlik bostanından ol gül dərər.


Ruzə tutmaqdır ibadətin başı,

Olmasa gər gövdə çaşar, ey kişi.


915 Yəni baş olmasa gövdə leş olar,

Mürdə derlər, nəsnə kim bibaş olar.

Ruzə şəhvətin öyün həm sındırar,

Bəndələri haq yana ol döndərər.


Ruzə tutmaq həm zəkati-tən ərər,

Kim tutar haq yanında ehsan dürur.


Duzəx oduna dəxi qalxan olar,

Kim tutarsa ol əzabdan qurtular.


Ruzə tutmaq birlə pak olar kişi,

Həm günahdan arınar içi-dışı.


920 Ruzə yəni ənbiyalar işidir,

Vird qılanlar əhli-taət başıdır.


Tutan ərin ruzə nəfsin öldürər,

Mərifət nurun içinə doldürur.


Tanrı verər ruzədarın müzdünü,

Bihesabü bişümar məhşər günü.

Ruzə tutanın duasın müstəcab

Eyləyər Tanrı qatında bihesab.


Yuxusu olar ibadətdən hesab,

Həm zikrü, həm itaətdən hesab.


925 Həm hədis içrə demişlər işbunu,

Ruzə tutsa haqq üçün kim bir günü


Yetmiş illik iraq salar onu

Atəşi-duzəxdən ol qadir, qəni.

Cahı olar yeddi laf dağ (?), ey dədə,

Duzəx ilə ruzədar arasında.

Gəl eşit kim, işbu nəzdin inini,

Beş yüz illik yol ola, bilgil munu.


Ruzədardan atəşi-duzəx qaçar,

Hövzi-kövsərdən ləziz şərbət içər.


930 Ruzədar öyün behişt içrə xuda,

Eyləmiş təyin, eşit, ey kətxuda.


Xas edib qullarından, indər onu,

İzzətü ikram ilə göndər onu.


Həm yavuq qılar onu özünə haq,

Lütfi köp, ehsanı köp qılar ataq.


Çünki nəfsi arizusun vermədi,

Neməti-dünya öküş yedirmədi.


Ol səbəb qıldı əziz Tanrı özü,

Oldu onun dolunay yalı-üzü.


935 Ruzədarın isi Tanrı yanında,

Müşk isindən gələr yaxşı, ey dədə.


Yaxşı gələr Tanrıya taət isi,

Razı olar işbu işdən əyəsi.


Xas quludur razı qılan əyəsin,

Sayeyi-ərşə yetirər payəsin.


Ruzədar ol gün ki qəbrindən qopar,

Tanrıdan ol xilqətü rəhmət tapar.


Dürlü nemət, dürlü şərbətlər bilə,

Yaxşı xan, pakizə çanaqlar bilə,

940 Kim, fəriştələr tutub qarşı gələr,

Olara ezazü ikram eyləyər.


Derlər: «Yeyib-içib eyş eyləgil,

Tanrının nemətlərin nuş eyləgil.


Verdi Tanrı cavidan mülki sana,

Açdı uçmaq eşiyin səndən yana».


Neməti-əlvani-haqq edər taman,

Canibi-haqdan ona yetər salam.


Fəsil
Səni qəflət tutub, ey adəm oğlu,

Düşər qafillərə bu, dinlə qövlü.


945 Bu qəflət dünya içrə bişümardır,

İki aləmdə qafil bəndə xardır.


Bu qəflət əhli yetməz mənzilinə,

Dəxi vəsl olmaya məqsədinə.


Bu qəflətdən iraq olgil, ey adəm,

Yeyib yövmül-hesabdan hər zaman qəm.


Niçik olar iraq səndən bu qəflət,

Əgər olmasa vardır daği-həsrət.


Özün qılgil riyazət birlə cahid,

Tutub əmrin, bilib Tanrını şahid.


950 İraq qılar səni ondan riyazət,

Riyazət birlə eylə haqqa taət.


Riyazət yaxşısı tövbə biləndir,

Onunla əhli-haq məqsəd bulandır.


Kişi ruzə bilə nəfsi-havasın,

Yaxar, sındır onun barça binasın.


Damarlardır şəyatinə yürər cay,

Bəni-adəmə salar bir yaman rəy.


Yaman əndişələr salar ol məlun,

Damarlarda gəzər ol misli bir xun.




  1. Tutan ruzə onun cayın qılar zor,

Tapıb dərd ilə həsrət, ol olar xor.
Qılar ruzə səni təala mail,

Salar iblis qanadına səlasil.


Təkərrüb istər onun birlə bəndə,

Düşər şeytan ləin boynuna kündə.


Əgər doydursa qarnın mərdi-huşyar,

Kəsalət tapdı şəksiz, oldu bimar.


Cəla verər dəxi şəhvətə onu,

Salar iblis ləin qəflətə onu.


***
960 Yoluxdu bir günü Yəhyaya iblis,

Qolunda torbalar, yüz hiylə, təblis.

«Nədir» deb sordu Yəhya bu torbaları,

Dedi: Torbayi-şəhvət ol buları.

Bular birlə təmamət adəm oğlu,

Olarlar nəfsi-şəhvət birlə bağlı.


Munun birlə buları eylərəm neyt,

Bu torbalar duzaqdır kim, olar seyt.

Salaram oları qəflət öyünə,

Götürüb dışlaram duzəx teyinə.

965 «Mənin torbam hanı» deb, sordu ondan,

Dedi iblis: sana yox bəhrə mundan.


Məgər qarnını bir gün eylədin tox,

İbadətə ağır qıldım səni çox.


Dedi Yəhya: «Haqqa əhd eylədim, əhd,

Doyurmaz qarnımı min vəd, min vəd».

Dedi iblis: «Mənəm əhd eylədim bu,

Kişiyə söz deyməmməm min vəd doğru».


Fəsil
Zövqi-taət istəyən qəmgin ərən,

Şəhid olub, haq yolunda can verən.


970 İstər ərsən bu minacat ləzzətin,

Bir yalınca qıl özünə nəfs itin.


Qıl xilaf hər nə buyursa sözünü,

Bur qulağın, çəkmə onun nazını.


Gündə bir yeməyə öyrət ol səgi,

Yoxsa sərkəşlik qılar olar tamam.


İzzət, ikram etsə nəfsinə kişi,

İçdirib içirsə çox abü aşı.


 975 Tutmaya ol yəni fərmanın sənin,

Layiq eylər duzəxə canın sənin.


Bəs minacat birlə taət zövqünü,

Nəfsin ac edən tapar, bilgil munu.


Bu misaldır, görə atçılar atın,

Versə şəbgir, kəm ələf salsa ətin.


Çapmaya layiq olar, bilgil onu,

Yoxsa çapmaqda kəsəldir, ey qəni.


Salsa gər səyyad ələ bir tor quşu,

Çıxmaq olar əldən onun təşvişi.


980 Versə şəbgir bir neçə gün ol quşa,

Üns tutub, səyyad ilə ova düşə.


Kim haçan heyvanı istər ram edə,

Xəlq ilə üns eyəmək əncam edə.


Əvvələn, xoşluq bilə tutmaq gərək.

Bağlayıb az-az onu, yatmaq gərək.


Qarnı acıqsa, arıq qılsa tənin,

Bəd əz an eylər qəbul, əmr edənin.


Bu misali-nəfs ərər, ey din əri,

Nəfsin öldürəndir ərlər sərvəri.


985 Nə olar imdi səbəb öldürməyə,

Haq yoluna ol iti gətirməyə.

Ruzə bil nəfs əyrisinə tiz ərər,

Kim gidər nəfs uğruna ol hız ərər.


Əyri ağacdır bu nəfs, ey əhli-hal,

Əql etsən, var, ol agacı tizə sal.


Gər köni qılsan riyazətə salıb,

Ruzi-şəb haq zikrində cahid olub.


Sonrasınca dosta layiqli ola,

Yaraşar dostlar onu alsa ələ.


990 Nəsnəyi kim, dost onu etsə qəbul,

Bəs qəbul eylər xuda birlə rəsul.


Əyrilik birlə əgər qalsa, onu,

Nəyə oxşar, fikr edib, tapgil munu.

Kimsə onu əlinə almayasar,

Yəni haq dostu nəzər qılmayasar.

Oda layiq olar axır ol ağac,

Vay əgər kim, olsa onun əsli kəc.


Tərbiyət birlə əgər olmasa düş,

İstə Tanrı fəzlin al, pəndim ucuz.


995 Haq qatında mənliyin yoxdur yeri,

Uşadıb tut barçadan özün geri.


Dənə misli bu nəfsin, eyləgil un,

Ol haçan fərman tutar olsa, yazın.


Ələnib ol yumruğa girsə gərək,

Zəxmi-atəşi çəkib olsa çörək.

Əlqərəz, od görməyən hiç bişmədi,

Xam olar kim, nəfsi oda düşmədi.


Əsli bu odun riyazətdir sana,

Bu riyazət yaxşı taətdir sana.


1000 Tanrı eşqində bişən heç danmaya,

Ruzi-məhşər duzəx içrə yanmaya.


Köhnə lətdə bil bu kağız əslini,

Tərbiyət birlə nəfis etmiş onu.


Ustası cəm etdi, daş urdu ona,

Gün əzabın qurudub verdi ona.


Rizələb saldı dəyirman boğzuna,

Un olub çıxdı həman ondan yenə.


Küli-xas içrə salıb dərman bilə,

Etdi kağız, lətdəni fərman bilə.

1005 Cümlə xəlq ondan xiridar oldu gör,

Barça elm əhli ona yar oldu gör.


Oldu töhfə, gəzdi ol əldən-ələ,

Xətt bitildi, getdi ol eldən-elə.


Ərdi əvvəl düzdə yatan köhnə dəlq,

Oldu İmdi, şübhəsiz, məqbuli-xəlq.


Lətdeyi-nəfsini mənlikdən gidər,

Ur riyazət daşın, etgil dərbədər.


Cəhdü cidd sənnə bilə un eyləgil,

Abi-çeşmin birlə məşun eyləgil.

1010 Həlqeyi-xas içrə var salgil onu,

Əyrisin rast eyləgil, olsun köni.


Həm ibadət işığın açgil rəvan,

Zikri-haq qıl pişə, aşkarü nihan.

Qılgil özünü həman torpağa yar,

Könlünü tut cümlə xəlqdən xarü zar.


Kim, ümid oldur ki, haqq edər qəbul,

Yarı qılar şəfqət ilə haq rəsul.


Razı olsa kimdən ol qadir özü,

Tərk edər haq zikrindən özgə sözü.


1015 Qullarına qıl nəsib, ey Birivar,

Pişə qılmaq zikrini leylü nəhar.


Qaim et oları sünnət yoluna,

Mülhik etgil əhli-cənnət ilinə.


Yolların qıl doğru özündən sarı,

Olar olar təki məqsəd gövhəri.


Şərri-şeytandan aman qıl oları,

Birliyinə bigüman qıl oları.


Fəsil
Dost arasında təəllüq – pərdədir.

Kim üzər ol pərdəni, hər yerdədir.


1020 Öz-özün yırt pərdəni xəlvət güzin,

Hiç şəki yoxdur, görərsən dost üzün.


Xəlvəti-dost istəyən varın qovar,

Adəti-dostun budur, xəlvət sevər.


İstəsən onun rizasın gözlə, var,

Əhli-əğyardan sirrini gizlə, var.


Sevənin tutsan verər sevənini,

Şəmi-vəhdət içrə tutar cayını.


Bu hicablardan özün üz, ey xətib,

Yox isə, didari-dost olmaz nəsib.


1025 Dəxi özlük pərdəsin üzgil özün,

Görər ol didari-dost bu can gözün.


Can qulağı dinlər ol avazi-dost,

Seyr içində qurar ol kəs sazi-dost.


Ondan alar buyi-vəsl ol burni-can.

Bu xəbər anıb, könül eylər fəğan.


«Görmədim deb, artar ondan yanını –

Özgə oldu bulmadım onu, hanı?»

Bu səbəbdən eşq odu onu yaxar,

Şol xəbərdir gözlərindən yaş axar.


1030 Bu iki şahiddir eşqinə onu:

Üzləri sarı dürur, arıq təni.


Hər zaman görər təcəlli ol vəli,

Dışlar oda özünü can bülbülü.


Misli-mərgən diriğan tək ahular,

Xəlvət istər, rəqibə atmaq dilər.

Ondan ötrü qalmaqal sevməz bu kəs,

Qalmaqal birlə ötən ovqat əbəs.


Gah zikrdir, gah fikrdir pişəsi,

Ondan özgə yox dürur əndişəsi.


1035 Zikr edəndə misli çağırmış ola,

Fikr edəndə məşuqun görmüş ola.


Görmək ilə doymaya ol can gözü,

Firqət içrə çeşmi-giryandır özü.


Səxinın bəxtliliyinin bəyanı
Ol rəsuli-haq dedi işbu sözü,

Açılar, tutsan qulaq könül gözü.


«Kim arada eyləyib sübhanını,

Versə malından zəkat hər bir qəni.


Ad alarlar işbu asmanda-səxi,

İkiləncidə, cüvanmərd, ey əxi.

1040 Bu üçüləncidə, taət edici,

Yəni Tanrı buyruğun rast tutucu.


Ad alarlar dördüncü asman ara,

Eygülük qılğıcı aciz qullara.


Beşilənc, asman içində, ey qəni,

Münfiqin deb adayır ol kimsəni.


Altılan asman ara ol kimsəyə,

Bərəkət əhli adayır, ey uya.

Yeddilən, asmanda məğfur adayır,

Yəni «Tanrı bağışlar» demək olar.


1045 Bu sifət bir kimsəyə ad versələr,

Ruzi-məhşər qorxusuz olar olar».


Məsrəfinə kim ki sərf etdi onu,

Razı oldu ondan ol qadir qəni.


Tanrını razı qılan malı bilə,

Cənnətə girər rəsul əli bilə.


Xəsisın bədbəxtliyinin bəyanı
Verməsə kimsə zəkati-malını,

Bu sifət, dinlə onun əhvalını.


İşbu asmanda xəsis derlər onu,

İkiləncidə, ləin, ondan dəni.


1050 Adı mümsikdir, üçünc, asman ara,

Malı verməz yəni məsrəf yerlərə.

Dördüncü, asmanda adı bədgülük,

Yəni etməz kimsəyə hiç eygülük.


Beşilənc, asman içində turşu üz –

Adayırlar yəni ol kəsə yavuz.

Bərəkətsiz adayır altıncı səma,

Yəni derlər bərəkət yoxdur ona.

Həm dəxi həsrət deyərlər ol qulu,

Razı olmaz ondan ol yaxşı eli.


1055 Yeddilənc, asman ara bil, ey əxi,

Adayırlar adını murdar dəxi.


Bəs namaz onun üzünə urular,

Həşr olcaq, barça ondan sorular.


Bu səbəb rüsva qılıb məhşər günü,

Ol əzab içində tutarlar onu.


Tanrı edər işbu mallara xitab,

Der ki: «Verərsiz əyənizə əzab».


İzni-haq birlə əzab edər olar,

Can bilə bağrın kabab edər bular.


1060 Ey qənilər, bu dürur əhvalınız,

Çox əzab edər sizin əmvalınız.

Bəs həzər edin əzabından onun,

Şikvəsindən, həm hesabından onun.

Qılmanız nazik bədənləriniz səza –

Bu əzablara, dedim, baylar, sizə.

Yoxsa olarsız peşiman, sanı yox,

Bir yanar od kim, sönər imkanı yox.

Yəni bir mal, olmasa ondan zəkat,

Tanrıya eylər əyəsindən şikat.


1065 Der: «Xudaya, cümləyə rizqin verən,

Barçaları məqsədinə yetirən.


Razı qıldın surətü can bizlərə,

Rizqimizi dışladın aləm ara.

İxtiyar etdin bizə bir kimsəni,

Tapşırıb əlinə biz cünbəndəni.


Yəni bizdən işbu kəs xeyrat edə,

Hökm fərmanın tutub, yola gedə.

Bəs ki xeyrat birlə pak edər həman,

Şad edib miskin, fəqir könlün rəvan.


1070 Əmrini tutmaz xəbis etdi bizi,

Algil ondan özgəyə ver, ya izi».


Tanrıdan yetər nida oşol zaman,

Der ki: «Səbr eylə, ey cünbəndəgan.


Dünya içrə bəs sizinlə oları,

Mübtəla qıldım oşol bəd canları.


Axirətdə olara qıldım xitab,

Eylərəm sizlər bilə dürlü əzab.


Gah ilan olub çaxarsız oları,

Od olub gahi yaxarsız oları.

1075 Gah döyərsiz oları xırman kimin,

Xaki-pa eylərsiz oları həmin.


Yüz nədamət, yüz peşiman etsələr,

Göz yaşın dəryayi-ümman etsələr.

Sinələrini etsələr yüz çak-çak,

Kəssələr əzaların min tək-tək.


Olmaya bir zərrə faydası onun,

Etsə həsrət birlə veylası onun.

Budur işin, dinlə, ey dövlətli bay,

Gər zəkatın verməsən, vay üzrə vay.


1080 Ruzə qıl, ey cümləni xəlq eyləyən,

Bizəban möciz kəlamın söyləyən.


Yaxşı yola barçaların getməyi,

Bu zəkatın məsrəfə sərf etməyi.


İki məna var zəkatda, ey əxi,

Söyləyim, gəl bir zaman dinlə dəxi.


Birirsi paklıq dürur onun həman,

Biri əsməkdir ona iki cahan.


Bəs zəkat verməkdə malı arılar,

Verməsə, ona hərami qarılar.


1085 Kim xəbis derlər bu malı əhli-qal,

Həm haram deb adayır ol əhli-hal.


Cümlə xeyratın xuda etməz qəbul,

Həm pəsənd etməz əyimmə, həm rəsul.


Yəni əsmək mənası budur həman,

Dünya içrə əsər ol, qılma güman.


Axirətdə həm birinə on gələr,

Onuna yüz – vergiçi ehsan alar.


Həm əyəsindən günah eylər arı,

Olar ol kəs cümlə böhtanda bəri.


1090 Bəs əkindən boy alan tək bil munu,

Artırar malını, həm eylər qəni.

Pürdəsə hər ildə felini bağban,

Gətirər xoşa üzüm köp, ey cüvan.


Gər yara içində olsa ulu ət,

Yaradan çıxmasa ol, tapmaz səhhət.


Bu zəkat malın içində borc ərər,

Borcu çıxsa nəsnənin, səhhət bular.


Xəstədir, yoxsa sağ olmaz işbunu,

Ya ölər, ya nəfi yetməz, bil munu.


1095 Ya zəkat bu malına kurqan olar,

Vermədin əgər bu kurqan yıxılar.


Nəsnə kim, dışında yoxdur kurqanı,

Qurdü quş barça həlak eylər onu.


Dəxi hər nəsnə zəkat vardır ona,

Ver, diriğ etmə onu, ondan yana.


Bəs müvasa eyləmək miskinlərə,

Malından olar zəkat hər baylara.

Həm tövazö birlə ehsan, ey əmin,

Bəs böyüklərdən zəkat, bilgil yəqin.


1100 Həm zəkat dövlət, varından ver bir az,

Yarı verməkdir acizlərə xilas.


Həm dəxi öylər zəkatı, ey uya,

Yəni gətirmək olar mehman öyə,

İxtiyar əlində olar bəndəyə,

Dəstgir olmaq dürur dərdməndəyə.

İstəsən elmin zəkatın həm deyə,

Təlim vermək dürur öyrənciyə.


1105 Təndürüstlüyün zəkatın bilgilə,

Barça üsyandan qayıtmaq Tanrıya.


Dinlə, qüvvətdən zəkat, ey mərdi-huş,

Yəni kafir birlə etməkdir uruş.


Gəl, eşit, nədir qulağından zəkat.

Var, eşitmə qeybəti, dolu hekat,


Gəl, zəkatı-dil nədir, ey əhli-xeyr,

Sözləməzlikdir yalan böhtani-qeyr.

Göz zəkatı gözləməzlikdir sana,

Yəni naməhrəm kişilərdən yana.


1110 Həm dəxi islam zəkatın bil yenə,

Bəs xilaf etmək şəyatin əmrinə.


Xidmət etməkdir imanından zəkat,

Haq-təalaya öküş, ey pak zat.


Dəxi zahidlik zəkatı bilsəniz,

Padişah dərgahından ayrılsanız.

Bəs fəqirlikdən zəkat istən gərək,

Diləməzlik haqdan özgədən dilək.


İstəsən könül zəkatın, ey cüvan,

Eyləmək təzimü islamü iman.


1115 Baş zəkatı səcdə qılmaq Tanrıya,

Sübhü şamü bəlkə daim, biriya.

Bəs diriliyin zəkatı can fəda,

Fani içrə eyləmək haq yolunda.


Canı qurban etmək aşiqə səza,

Gər mücərrəd olsa yarından rəva.


Haqdan oların diləyi haq dürur,

Haqdan özgə canda sevgi yox dürur.


Eşq yaydır, aşiq ox, məşuq nişan,

Atıcıdır əmri-haq, tutmaq rəvan.


1120 Doğru tutsa hər kişi, urar onu,

Əyri olsa, bəs riyadır at qəni.

Doğru tutgil, əmri-haqq atgil nişan,

Məqsədini bulasan hazır əyan.


Atmaq ilə olmagil hərgiz məlul,

Deməgil kim: rədd edərmi, ya qəbul.

Daim at hacət oxunu, daimən,

Sum nəharan, kün ləyəlan qaimən».1

Xabi-qəflətə gözünü vermə, dur,

Gəzləyib hacət oxun hər yana ur.


1125 Qur torunu, gəl otur səyyad olub,

Düşsə tanmı məqsədin mürğ gəlib?


Tapsa əzizindən xəbər aşiq kişi,

Ol kuyə düşən qoyarmı bu işi.

Özgə işi qoy tutub əmrin həman,

Olma təfriq zikri-fikrindən zaman.


Əhli-eşqə iki aləmgahıdır,

Zikri-fikri saəti-Allahıdır.


Zikri-fikrindən qəribi, ey xuda,

Fəzli-ehsanın bilə qılma cüda.


1130 Saəti-ömrünü məsud eyləgil,

Ah ki didarını məqsud eyləgil.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə