DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012



Yüklə 1,69 Mb.
səhifə7/11
tarix24.06.2018
ölçüsü1,69 Mb.
#54712
1   2   3   4   5   6   7   8   9   10   11

Fəsil
Bəs əzabi-qatıraq məşhər günü,

Biəməl alimlərədir, bil munu.


Alim ərsən, biəməllik qılmagil,

Özűnü duzəx oduna salmagil.


Həcvə tutma haq-təala ayətin,

Alma boynuna xudanın lənətin.


1760 Haq rəsul qövlünə pərva eyləgil,

Özgə iş qoygil, bu sövda eyləgil.


Çün elm bildin, əməl qıl, durmagil,

Tanrə əmrin tut, özün yaş görməgil.


Var, sələflər sünnətin tut, ey kişi,

Xələfin sələflərdən azmı işi.


Qıl əməl, gözləşmə, fariq olmağı,

Tanrıya asan olar can almağı.


Etibar çün yox dürur dəmdən dəmə,

«Yaxşı əməl eylədim, dinlə» demə.

1765 Bil qənimət hər dəm, saət ötür,

Xurdü büzürg ötdülər, ibrət götür.


Elm oxub əməl edənləri xuda,

Qəti sevmişdir, eşit, ey kətxuda.


Nəfsi-şeytan yoluna salma özün,

Xabi-qəflətdən oyandırgil gözün.


Salma könlə dünyalıq əndişəsin,

Can bilə tutgil vəlilər pişəsin.


Tanrı sevdi çün əməl verdi sana,

Elm birlə aşina olgil ona.


1770 Aşina qılgil ona ­– biganə kan,

Öyrədib olara islami-iman.


Bil elmin qədirni, şükrün gətir,

Qullarına Tanrı peyamın yetir.


Haq rəsul yerində etmişdir əmin,

Sən əmin ol, yegil imdi din qəmin.


Bu əminlikdə xəyanət etməgil,

Tutgil əmrin, rahi-qəflət tutmagil.


Yoxsa olarsan ziyankar əhlindən,

Ayrılarsan bu əminlik gelindən.


1775 Onda olarsan yamanlardan yaman,

Duzəx içrə dışlayarlar bigüman.


Tanrı dostum dedi, dostluq eyləgil,

Xoş söz ilə xəlq ara vəz eyləgil.


At nəsihət babından hər yana ox,

Danələr saçıb, teyində qur duzaq.


Gah kəmənd salgil xəlayiq boynuna,

Gah müvafiq ol oların oynuna.

Gah cihad etgil qəlizə yüz bilə,

Gah nəsihət eylə yumşaq söz bilə.


1780 Şayəd ol haq qulları yola gələ,

Haq rəsul əmrini boynuna ala.


Gər budur işin, vəliyullahsan,

Naibi, həm haq rəsulullahsan.


Xəlq ara ehsan ərər, bil, yaxşı söz,

Eyləyib ehsan, səvab algil ucuz.


Ey bəradər, xoş söz ərmiş yaxşılıq,

Xoş söz ilə eyləgil yaxşı qılıq.


Bəs şirin söz xəlqə ehsandır bəsi,

Sözlə yumşaq olsan adam yaxşısı.


1785 Bəs şirin sözdən cahan xəlqi sana,

Meyl edər cani-dil səndən yana.


Bəs şirin söz birlə ol zalim ilan,

Meyl edib çıxar hinindən bigüman.


Bəs yaxşı söz dinə salar kafəri,

Dışlar öz dinin, olar ol din əri.


Bəs şirin söz zalimi dinə qatar,

Nəhyidən qaçıb xuda əmrin tutar.


Gərçi xoş söz deməyə ərzan dürur,

Cümlə xəlqə, şübhəsiz ehsan dürur.


1790 Vermək ilə xəlq ara bu xoş sözü,

Həm tükənməz, həm məlul olmaz özü.

Aləm içrə yaxşılıq dop-doludur,

Xoş qılıq, xoş söz olardan uludur.


Bəs şirin söz həm görülər cümləyə,

Xurdi-büzürg, alimü xas dinləyə.


Gər nəsihət eylər isən, ey ulu,

Xoşluq ilə söyləgil, ey bəxtlu.


***
Həzrəti Musadan Haruna xitab ­­–

Haqdan oldu, oxugil, budur kitab:


Qövluhu təala «Vəkulu ləhum

qavlən mərufən»1 əl-ayət.




  1. Həm yenə peyğəmbərə əmr eylədi,

Xəlq ara vəzi-həsəm söylədi.
Oxugil, ayət budur, görsün gözün,

Vəz edəndə bəs şirin olsun sözün.


Qovluhu təala: «Udgu ila səbili rəbbikə

bil-hikməti vəl mavizatil-həsəna»2 , əl-əyat.


Hikmət ilə xəlqi sal haq yoluna,

Kim ümiddir yetsə məqsəd elinə.


Bu həqaiq könlü çün oxşar yerə,

Elmi-hikmət birlə onu sevdir yerə.

Hikmət əhlin rəhbər et biz qullara,

Bayu fəqir həm müsəlman ellərə.


1800 Vəz töxmün ək könüllər yerinə,

Əşkü abın tök könül kirlərinə.


Gözləri töksün peşimanlıq suyun,

Canları minsin bu eşqin Rəfrəfin.


Qanadın yelpəb, uçub özün sarı,

Kylə min, ol seyr edər mənzilləri.


Ta səlamət ellərinə yetir, ah,

Müstəcəb etgil duamı, ya ilah.


Fəsil
Dürlü-dürlü könlü xəlqə verdi haqq,

Sən əcaib sirr, ona ibərdi haqq.

1805 Bu könüllər bəzi yumşaq yer kimi,

Bəzisin qılmış onun daşlar kimi.


Bəzisin onun oxşadıb şor yerə,

Bəzisin tutmuş onun zəngar yerə.


Bəzisi onun bülənddir, bəzi pəs,

Bəzisin etmiş abad, bəzi şikəst.


Əhli-dil bilmək gərəkdir munları,

Sonra görkəzə gərək haq yolları.


Olara varan nəsihətdir həman,

Olsa yumşaq bitər, bil bigüman.


1810 Vay əgər kim olsa daş könlü onun,

Yoxmayar ona nəsihət qılanın.


Yalçı üzrə sypanar, varan axar,

Su təyinə ötməz, ondan näçykar.


Olsa şoran könlü onun, ey kişi,

Bitməz əkənin, olar düşvar işi.


Bəs gül əksən bitər onda xarü xas,

Kim, cəfa etmək əbəs olar, əbəs.


Olsa gər könlü onun zəngar-qara,

Ol nəsihət əkəsən, var, ol yerə.


1815 Kim ümid oldur ki, zəngar ayrıla,

Düşsə baran ol yerə hasil gələ.


Düşsə barangər bülənd yerlər üzə,

Bitər otlar onda, düşgü bu sözə.


Yağmuru tiz-tiz gərək leykin ona,

Yoxsa höşk olar qulaq tutgil muna.


Pəs yer kim, Tanrıdan baran gələr,

Hər tərəfdən üstünə su yığılar.


Rəhməti-haq handa kim mənzil tutar,

Yəni onda, şübhəsiz, hasil bitər.


1820 Barçadan könlün pəs etsən, ey barar,

Rəhməti-haq şübhəsiz tutar qərar.

Çün abad olsa gərək könlün öyü,

Girməyər hərgiz ona rəhmət suyu.

Rəhməti-haq, yəni dışından axar,

Nəsnə kim, yarılmaz, ondan nə çıxar.


Para-para qıl bu könlün öyünü,

Girsin, iç, haq versə rəhmət suyunu.


Kimə versə bu şikəstə dili-haqq,

Munis etdi özünə ol qulu haqq.


1825 Könlü oldu ol qulun haq mənzili,

Məclisi oldu onun haq məxfili.


Olmayar ol qul dəmi haqdan cüda,

Haqdan olar, çıxsa onda hər nida.


Haq bil onu leyk ərər surətdə qul,

Bil sözün haqdan sən onun, ey oğul.


Yox düşündü yəni ol kəs özünü,

Açdı onun Tanrı batin gözünü,


Ol göz ilə hər tərəfə gözlədi,

Tanrı bir deb, barça işdə sözlədi.


1830 Aldı ondan barça əşya pəndini,

Yetdi vəhdətə tapıb dilbəndini,

Bəd əz an birikdi, bir oldu özü,

Gəldi birlə hər nə aydılan sözü.


***
Hər ağac kim, yəni ol meyvə verər,

Bilgil onun meyvəsi haqdan ərər.


Leykin ağacı səbəb etdi ona,

Meyvə verən haqq ərər, bitgil muna.


***
Qıl nəsib vəhdət öyün mən bəndəyə,

Mən kimi ağlar gəzən dərməndəyə.


1835 Tiği-eşqin birlə ur divanəvər,

Şəmi-vəhdət içrə sal pərvanəvər.

Qıl meyi-vəhdət bilə huşyari-sər,

Oda sal kim, oddan olsun bixəbər.


Məsti-müstəğrək olub eşqində, ah,

Anmasın yaxşı-yaman, ey padişah.


Çeşmi-dil daim görüb didari-yar,

Bərqərarr olsun kuyində Birivar.


Qıl duamı müstəcəb mən bəndəyəm,

Xidmətə layiq deyil, şərməndəyəm.

1840 Yəni alim haq yolun bilən dürur,

Həm bilib, ona əməl qılan dürur.


İstəyəndə həm ta ki rahi-səvab,

Xəlqə verən ehtiyat birlə cavab.


Qıl dürüst ixlasını, sevgil onu,

Tut payəndaz yolunda canü təni.


Az olarsa gərçi onda elmi-həqq,

Can bilə tut əmrin, onu tutma dəqq.


Alim üçün surə həm Quran ərər,

Kim uzundur, bəzisi qısa ərər.


1845 Həm uzun, həm qısaca bitmək gərək,

Əmrini vacib bilib, tutmaq gərək.


Bəs ki, ixlas birlə alim deb onu,

Kim ziyarət eyləsən ol kimsəni –


Yeddi qat yer, asmanda günah –

Eyləsən, haq bağışlar, ey nikxah.


Yeddi ol miqdar səvablar yazılar,

İsmi əşrar arasında pozular.


Gər ona Allah üçün versən təam,

Ya təvazö eyləyib, versən salam,


1850 Haq sana yüz min günahını keçər,

Səkkiz uçmaq eşiyin şəksiz açar.

Dürlü-dürlü meyvələr dəxi ona,

Həm əcaib huri qızı ondan yana –


Şübhəsiz, Tanrı ona edər əta,

Diri əkən düşməyin əndər xəta.


Kimsə versə ya ona bir qisvəti,

Ya haqq üçün versə – mindirsə atı.


Tanrı verər bihesab ol hüllə don,

Cənnət içrə həm ona verər orun.


1855 Həm burax atlar mürəssə zin ilə,

Uçmaq içrə ol minib seyran qıla.

Hər nə hacət kim, xudadan istəsə,

Uçmaq içrə, şübhəsiz, məqbul ola.


Budur işin xeyir əyəsi – mərdi-xas,

Barça qorxudan xuda edər xilas.


***

Ey xudaya, razı qıl möminlərə,

Xeyri-ehsan eyləməklik olara.
Yollarında xaki-pa qılgil məni.

Xidmətində qıl nisar canü təni.


1860 Yetsə oların ayaq kövşi mana,

Sürmə qılsam tozunu gözdən yana.


Fəsil

Bir quruhu ol uluğ məhşər günü,

Kim, hesab edər əzim süxən onu.
Bəs günahı oların olar qaran,

Eyləyər ehsanlarından bigüman.


Kim buyurar bu səbəb qadir qəni:

«Duzəxə atın, deyib bu cümləni».


Çün rəvan olğac zaman duzəx sarı,

Əmr edər Cəbrailə: «Sor oları,


1865 Dünyada alim bilə məclis qurub,

Oturubmudur bular xəlqə urub?»

Məclis oldunuzmu alim birlə» deb,

Sorayar oları Cəbrail gəlib.

Olar aydar kim: «Oturmadıq bilə,

Getmədik alimlər ilə bir yola».


Der yenə Cəbrailə qadir oğan:

«Sorgil ol, varmı bular alim sevən?»


«Sevdinizmi alimi» deb, sorar ol,

Ol güruh «yox» deb, cəvabın verər ol.


1870 Der yenə: «Sor olara bir süfrədə,

Alim ilə yeyibmidirlər dünyadə?»


Der olar: «Alimlər ilə yemədik,

Alimə sən nə kişisən demədik».


Der xuda Cəbrailə: «Sorgil yenə,

Sakin oldumu bular bir məskənə?»


Yəni onda alim oturmuş ola,

Zikri-təsbih haqqa gətirmiş ola.


Sorasa deyər olar: «Oturmadıq,

Alim oturan yerə biz varmadıq».


1875 Tanrı der kim: «İsmi alim isminə,

Oxşayırmı, sorgil olardan yenə».


Sorar ol Cəbrail olardan bu dəm,

Oların bənzətməyərlər fir-rəqəm.


Der yenə Cəbrailə qadir oğan:

«Varmı olar, yəni kimsəni sevən –


Ol dəxi alimlərı sevmiş ola,

Alim əmr edən işə getmiş ola?»

Yəni Cəbrail gəlib sorar bu dəm,

Bu sualda eyləyər ol xəlq «Nəam».


1880 Yəni: «Sevdik alimi sevənləri» –

Degəc an rəhm eyləyər haqq oları.


Tanrı der Cəbrailə: «Tut qolların,

Daxil etgil cənnətə olar varın.


Yəni alim sevgisindən mən sizi,

Bağışladım» deyər ol qadir izi.


Rəyən cənnətə girər ol kişi,

Olsa onun alimi sevmək işi.


Ey xudaya, əhli-islam qullara,

Qıl nəsib alimi sevmək olara.


1885 Alimə büğzü ədavət tutmasın,

Kim, günahı üstə-üstə etməsin.


Fəsil
Dedi peyğəmbər xəbərdə bu sözü:

«Dağ yaratmış sürxi-tilladan izi


Yeddi asman birlə ərş arasında,

Dünyadan qırx hissə olar, ey dədə.


Yəni şundağ uluğ olar ki ol dağ,

Bu cahan yanında olar misli-zağ.


Çün qiyamət gün olar yoxdur güman,

Dilindən iqrar ilə təsdiq cahan,


1890 Canibi-haqdan yetişər bir nida:

«Alim ilə kim otursa dünyada


İşbu dağı ol səvab mizanına –

Sal» deyib haqq əmri olar, görsənə.


Tanrı fərmanı bilə mizan üzə

Qoyarlar, gələr ağır, bit bu sözə.


Olsa gər bu dağca olarda günah,

Ol səvab olar ağır, sən gurlama.


Bu müraət haq-təaladan olar,

Haqq üçün alimə çün xidmət qılar.


1895 Olsa alim sevgisi hər kimsədə,

Ya elm sevgisi olsa, ey dədə.


Zində olsa dünya içrə nə qədər,

İşləsə hər nə ki onda xeyri-şər,


Şərin onun yazmayar onda mələk,

Görməyə müştaq ola yeddi fələk.


Der həqaiq kim: «Xudanın dostunu –

Sevdi ol, çünki sevərik biz onu».


***
Dedi bu sözdə peyğəmbər, ey qəni:

Sevdi şəksiz alimi sevən məni.


1900 Kim, məni sevən – xudanı sevən ol,

Qullar içrə ol olar sevgili qul.


Cay verərlər cənnət içrə ol qula,

Haq rəsulullah bilə qonşu ola.


Hövzi-kövsər dairəsində haq rəsul,

Xəlqi canlıqdan sevər, ey bül-füzul.


Öz keyfi birlə suvarar alimi,

Çün həvalədir bulara din qəmi.


Ondan ötdü bildi dost haqq oları,

Sevdi dəxi onu dost bilənləri.

1905 Tanrı dostunu dost bilməklik həman,

Barça əməl əfzəlidir, ey cüvan.


Dostunu dost, düşmənin düşmən bilən,

Ol dürur Tanrı qatında öyülən.


Fəsil
Həzrəti Musaya haq vəhy eylədi:

«Məndən üçün işlədinmi iş» dedi.


Dedi Musa: «Eylədim ruzə, namaz,

Həm təsəddüq, zikr, təsbihü niyaz.


Həmd dedi, oxudum Tövrati-kitab,

İşlədim varı sənin üçün səvab».


1910 Haq dedi Musaya: «Gər qılsan səlat,

Ol sana hüccət dürur, ey nik zat.


Ruzə tutsan ol sana qalxan olar,

Həm təsəddüq üstünə kölgə salar.


Eyləsən təsbih əminlikdir sana,

Eyşi-işrətlər yetər səndən yana.


Gər kitabım oxusan hürü qüsur,

Şübhəsiz cənnətdə taparsan sürur.


Zikrim aytsan nur olar sənin üçün,

Hansı işi işlədin mənin üçün?»


1915 Dedi Musa: «Ey xuda, bildir mana,

Hansı əməl işləsəm olar sana?»


Tanrı dedi: «Dostumu tutdunmu dost,

Düşmənim tutdunmu düşmən dürüst?»


Bildi Musa ondan, əməl əfzəli

Tanrı dostun dost bilməkdir, bəli.


Düşmənin bilmək yenə düşmənini,

Haqq üçün iş işləmək, bilgil munu.


Həm yenə kamil qılar imanını,

Tanrı iman birlə alar canını.


***
1920 Ya ilahi, ruzi qıl möminlərə,

İzzət-ikram eyləmək alimlərə,


Qıl nəsib şəfqətlərin sən, ya cəlil,

Ruzi-məhşər qılmagil xarü zəlil.


Saxla şeytan qarətindən oları,

Nuri-iman birlə varsın canları.


Hər dü aləm oları tut fəzl ilə,

Yoldaş etgil alimə, əhli-dilə.


Fəsil
Bəs elm dürdür, yox onun qiyməti,

Haqq ona verdi bəşarət hümməti.


1925 Salsa ol gövhər – içinə hər fəqir,

Könlü olar şübhəsiz bədri-münir.


İşıldar cümlə bədən birlə damar,

Dersən: onda seyr edər şəmsü qəmər.


Misli doğmuşdur içində afitab,

Görünər rahi-xəta, rahi-səvab.


Sahibi gündüz isədir elm – gün,

Açıq eylər görməyə batin gözün.


Sahibi gecə olarsa, aydır ol,

Rövşən olar həm yaman, həm yaxşı yol.


1930 Eyəsin gər gecə desən, ol – çıraq,

Çölə oxşatsan əyəsin, ol – bulaq.


Əyəsi olsa bədən, oldur ürək,

Nanə olsa əyəsi, oldur dirək.


Gövdə olsa əyəsi, ol canıdır,

Əyəsi el desən, ol sultanıdır.


Əyə olsa həftə, ol cumə günü,

Əyəsi il olsa, ol qədrin tünü.


Əyəsi can olsa, ol imanıdır,

Əyəsi dərd olsa, ol dərmanıdır.


1935 Dünya olsa əyəsi, cənnətdir ol,

Əyəsi yerdir, yağan rəhmətdir ol.


Desən: öydür əyə, ol Kəbə öyü,

Əyə od desən, ol – rəhmət suyu.


Əyəsin su desən, ol – abi-həyat,

Mürdə desən əyəsin, oldur zəkat.


Özgə əzadır əyə, ol üz kimi,

Ya təam içrə salınan duz kimi.


Gər quş olsa, bu elmdir qanadı,

Həm elmdir cümlə aləm zinəti.


1940 Gərsə elmi olsa az ulduz olar,

Elm əyəsi handa gedənin bilər.


Ol bilər küfr ilə iman yolunu,

Haqqü nahaq sözləyənlər halını.


Bəs elm haqdan uluğ rəhmət dürur,

Hər dü aləm dövlətü nüsrət dürur.


Elm əyəsin haqqa layiq eyləyər,

Tanrı dərgahında sadiq eyləyər.


Həm əyəsin Tanrıya eylər yavuq,

Barçasından könlünü qılar soyuq.


1945 Gər biriksə elm əməli bilə,

Doğru getdi haqqa rast yolu bilə.

Gər gedərsə kimsə doğru yoluna,

Ol yetər, əlbəttə, məqsəd elinə.


***
Əmri-haqda yaxşı işdir ittifaq,

Məqsədin tapar könül olsa aşağ.


Gər biriksə işdə bir neçə kişi,

Niyyət etsələr düzətmək bir işi.


Haqq oların istəyin qılar qəbul,

Bitər ol iş fəzlindən, ey bül-füzul.


1950 Elm, əməl ilə ixlas, üç vəli,

Birikərsə görkəzər doğru yolu.

Birikənlər dövləti möhkəm olar,

Olara haq fəzlindən nüsrət gələr.


Birikənlər tapdılar mənzil-məqam,

Birliyin bəxş et, xuda, bizə müdam.


Ruzi qıl elmü əməl, ixlas ilə,

Ruzigarımı keçirgil xas ilə.


Ol yaxın qullara həmdəm eyləgil,

Könlümü qəmindən pürnəm eyləgil.


1955 Zalimü cahil bilə etmə karın,

Qılmagil yövmül-cəzada hasirin.


Bu nəsihətdən budur məqsəd sana,

Alim ərsən, var, əməl qılgil ona.


Yoxsa sənsən cümlə cahillər başı,

Bəlkə sən iblis ləinin yoldaşı.


***
Bil bu cahilliyi dərddir, dərman yox,

Gövdə sayılsa, içində canı yox.


Bir qaranğı öyə bənzər cahili,

Marü pələng, cümlə dərrrəndə dolu.


1960 Onda iman zərrəsi təprətməyər,

Təprədirsə yırtıcı onu yeyər.


Ya ki iman şəmi əndər yaxılar,

Cəhli-zülmün badı dəysə, ol ölər.


İşbu zülmət bir qaranğı öy bu dəm,

İçi dolu yırtıcı, dərdü ələm.


Axtarıb varsan için sən, ey filan,

Barça pələng, yırtıcı, sansız ilan.


Gəl qaçı vər, etmə ayrı təşvişi,

Yanaşarsan dişlər olar, ey kişi.

1965 Ya dəxi oxşat onu kor kimsəyə,

Yox gözü bir nərsəyini görməyə.


Hər nə gəlsə alnına qoygil ayaq,

«Nə durar alnımda» deb, eylər sayaq.


Nə bilər ol yaxşı yaman, yol nədir,

Bilməyər hiç dərd nədir, dərman nədir.

Bilməyər ol küfr nə, iman nədir,

Nə bilər ol gül nədir, bülbül nədir.


Anmayar ol qul nədir, sultan nədir,

Fərqin etməz can nədir, canan nədir.


1970 Bilməyər həm öy nədir, ol düz nədir,

Bilməyər xoş üz nədir, tərs üz nədir.


Bilməyər hansı halal, hansı haram,

Ağzına urar, qərəz, olsa təam.


Bilməyər rahi-səvab, rahi-xəta,

Canına hər dəm verər yüz min cəfa.


Kor əkən bir kimsədən almaz xəbər,

Gözlü sanar özünü, hər yan gəzər.


Şübhəsiz özün həlak eylər bu kəs,

Heyf ona ötürdü ovqatın əbəs.


1975 Desə bir gözlü: önün cardır sənin,

Yəni desə kim, yamandır edənin,


Bəs xəbər versə, gedər yolun ona,

Yəni birdirsə varar elin ona,


Etməyin sözün, qəti versə cavab,

Özü bilsin, sən öküş tapdın səvab.


Bil onu cümlə şakilərin başı,

Ruzi-məhşərdə üqubətdir işi.


Tutsa əmrin gözlünün gözsüz qərib,

Uysa ona, özünü bilsə həbib,

1980 Yetirər, əlbəttə, özün mənzilə,

Məqsədə yetərr onu özü bilə.


Ol yaman işi sana görməz rəva,

Cahil ərsən alimə uy, müddəa.


Yəni cahillik köyünə getməgil,

Özünü duzəx içinə atmagil.


Elmə uysan, cənnətə başlar səni,

Cəhlə uysan, duzəxə dışlar səni.



Dördüncü bab
Dördülənci bab əhli-dilləri,

Mərifət bustanında bülbülləri


1985 Dərviş aydarlar oların adını,

Zikr edər həm oların irşadını.


Vəsfi-halın bir zaman aysa gərək,

Əhli-dillərə onu yaysa gərək.


Dərviş oldur könlü olar dolu qəm,

Özünü düşünsə xəlq içrə adəm,


Xəlqdən özün könlündə bilər səva,

Can öyündə haqqı bilər müddəa.


Verəninə Tanrının qane ola,

Haq yolunda nəfsinə mane ola.


1990 Versə Tanrı fəzl ilə gər dövləti,

Olar artıq zarı birlə həsrəti.

Olmayar könlündə zərrə sevgisi,

İlla, olar onda Tanrı öygüsü.


Dünyanın varı bilə yoxun həman,

Bir sağınar könlü içrə, ey cüvan.


Gəlməsi birlə fərəhnak olmaya,

Getməsindən dəxi qəmnak olmaya.


Xəlqi-aləmdən həmmə məyus ola,

Həm libasi-fəqr ilə məlbus ola.


1995 Könlündə haq qorxusu ola tamam,

Həm gözü yaşlı ola, bil, ey qulam.


Biriyayü bitamah ola özü,

Pəndü vəz etmək ola xəlqə sözü.


Həm sükutluq birlə ovqat eyləyə,

Yəni bir söz deməyə, az sözləyə.


Həm dəxi ol sahibi-ixlas ola,

Haq-təala qullarında xas ola.


Əhli-səbr ola onun özləri,

Həm şirin həm yumşaq ola sözləri.


2000 Gözlərində ola ol nuri-həya,

Həm rəhmdil ola ol əhli-ziya.


Gərçi eyş etməyə təndir malları,

Artıq ola Tanrıya əməlləri.


Olmayar hərgiz elmdən bixəbər,

Olsa əməl bielm köpdür xətər.


Yəni alim elm ilə əməl edə,

Yoxsa şeytan bir günü ixmal edə.


Həm dəxi ola onun könlü sınıq,

Gər sınıq olsan, sana rəhmət ilıq.

***
2005 Tanrı çün vəhy eylədi İsmailə,

Kim: «Məni sınıq könüllərdə dilə».


«Handa taparam səni» qıldı sual,

«Mən fəqir, sabir qatında» dedi ol.


Həm ayaq ucunda olar gözləri,

Düşməyə zalim üzünə üzləri.


Həm şəriət içrə ola üstüvar,

Həm təriqət yolunda çabuqsüvar.


Həm dəxi ola olar kani-ədəb,

Gülməyə hiç gərçi söz olsa əcəb.


2010 Könlü olar mərifət gəncxanəsi,

Olar ol haqq eşqinin divanəsi.


Din öyünün şəms ilə mahı ola,

Ol həqiqət mülkünün şahı ola.


Həm mükəmməl olar, ol həm əhli-hal,

Tapar ol yaranlarından həm kəmal.


Könlü içrə keçər eşq odu-yalın,

Gül köyündə seyr edə can bülbülün.


Könlü olar masivalardan arı,

Anla onu yaxşıların sərvəri.


2015 Dünya təliqətlərin atar qıraq,

Varından təfrid ilə olar iraq.


Qeylü qal, kibrü xəbisdən könlünü –

Eyləyər saf, ayinə tək, bil munu.


Həm açıq olar onun könül gözü,

Hər zaman görünər ol məşuq üzü.

Cəzbə içrə məşuqun bular tamam,

Vasili-didar ola ma la kəlam.


Haqdan açılar ona kəşfi-kəmal,

Görər ol könül gözü ziba cəmal.


2020 Həm təcəlli nuru öldürər onu,

İşbu yolda fani qıldırar onu.


Düşər ol boynunda eşqin kündəsi.

Həm ayağına səlasillər bəsi.


Bəndəlikdə bəndəyi-fani ola,

Haq yolunda haq bilə baqi ola.


Fani olar – işbu yolda ölər ol,

Haq-təala birlə baqi qalar ol.


Haq bilən birikər ol ali məqam,

Haq bilən olar onun seyri dəvam.


2025 Könlü onun bəlkə beytullah ola,

Zikri-fikri, sanışı Allah ola.


Həm görər gözü onun Tanrı bilə,

Eşidər qulaqları Tanrı bilə,


Qolları onun xuda birlə tutar,

Həm ayaqları onunla seyr edər.


Dillərində sözləri haqdan gələr,

Xeyri-şər nə kim nəfəs qılsa bular.


Tanrıdan bilmə oları sən cüda,

Qıldı çün olar bu yolda can fəda.

2030 Haq-təala eşqində çün öldülər,

Bəs diyət lazımi ona saldılar.


Tanrının özü diyət oldu ona,

Qüdrət ilə özünü saldı ona.


Masivalardan üzülsə bir kişi,

Birikər haqqa, tamam olar işi.


Keçsə kim candan, yetər cananına,

Xidmət edən söz qatar sultanına.


Ölməzindən iləri hər kim ölər,

Tanrısına özünü həmdəm qılar.


2035 Tanrı eşqində ölən olar halal,

Hər dü aləm tapdı mülki-bizəval.


***
Öldürilmən eşqi-haqda, ey cüvan,

Bəs halal demə onu, xud mürdə san.


Canın onun eşqində çün yaxmadı –

Sirr gözü birlə xudaya baxmadı.


Bu sifətli dərvişi sən, ey fəta,

Övliya bil, övliya bil, övliya.


Bilmək olmaz sirrini hər kimsənin,

Haq bilər sirrin vəli hər nəsnənin.


2040 Övliya bil, şöylə qula ver qolun,

Ol sənin haqdan sarı açar yolun.


Yuyucu bilgil onu, sən ol ölü,

Pak edər, bişübhə, qılar, ey ölü.


Ya onu saygil ana, özün bəççə,

Tərbiyət eylər sana ol bir neçə.


Ya onu bilgil təbib, sən yaralı,

Dəri eylər, səfalar onun əli.


Ya özün bilgil əkin, dehqan odur,

Haq yetirsə sana su verən odur.


2045 Ya onu san bir dəmirçi, sən dəmir,

Olsa haq tövfiqi dəm birlə kömür.


Ya onu tikinçi bil, özünü biz,

Olsa haq tövfiqi əsbab, ey əziz.


Der isən hikmət sözün payanı yox,

Əql ərişmək barçaya imkanı yox.


Mürdə gövdə tez can olar pədid,

Etiqadda bil Cüneydü Bəyazid.


Etiqad et bil onu Xıdri-zaman,

San vəli sən, bil onu qəlbi-cahan.


2050 Zərrə onu Tanrıdan bilmə cüda,

Malü canın yolunda etgil fəda.


Tanrını ixlas ilə tapar kişi,

Olmasa ixlas, əbəs rənc çəkmişi.


Etiqad et, etiqad et, etiqad,

Etiqad ilə bular bəndə murad.

Etiqadın olmasa haq yoluna,

Yetməzsən əsla məqsədinə.


Etiqadın gəl dürüst etgil bu dəm,

Bəd əz an haq yoluna qoygil qədəm.


***
2055 Dinlə imdi, ol rəsuli-kibriya,

Bu söz ilə Tanrıya qıldı dua:


«Kim fəqir oldurü oldurma, qəni,

Fəqrlə həşr et uluğ məhşər günü».


Tanrının əhli dürur miskin, fəqir,

Gərçi xəlq yanındadır xarü həqir.


Zahirində gərçi olsa xirqə puş,

Batinidir Tanrının eşqincə cuş.


Zahirində gərçi arrıqdır təni,

Batini gənc, könlüdür gənc xirməni.


2060 Zahirində gərçi olsa binəva,

Aləm əhli ondan alarlar nəva.


Zahirində örtüşü yırtıq dürur,

Haq qatında hörməti artıq dürur.


Gərçi yoxdur yemək-içmək ləzzəti,

Tanrı qatında öküşdir izzəti.


Zahirində gözlərindən yaş axar,

Batinində haq cəmalına baxar.


Zahirində yoxdur onun mənzili,

Batini bağ, açılar əlvan gülü.


2065 Fani içrə yoxsulü rindədir ol,

Cənnət içrə uluğ padişahdır ol.


Gərçi aləm içrə yoxdur qiyməti,

Ərşi-əladan bülənddir hümməti.


Bizamanü bitərəddüd, bicəhət,

Batini haq birlən eylər məsləhət.


Zahirində baş açıq, yalın ayaq,

Batinində hülləyü huri buraq.


Zahirində təşnə ləbdir, ey ənam,

Batinidir suların dəryayi-am.


2070 Zahiridir gərçi xəlqi-Allah bilə,

Batinidir oların Allah bilə.


Daima haq birlədir könülləri,

Gərçi özgə sözdə olsa dilləri.


Zahirən görsən olar bikardır,

Batini haq zikrində dərkardır.


Zahirində gözləməz alim üzün,

Haqq onun açmış dürur batin gözün.


Zahirində dersən: anmaz yolunu,

Batinində anlayar haqq əhvalını.


2075 Dünya içrə daima giryan ərər,

Ötsə ondan xürrəmü şadman ərər.

Firqətü hicran odu yaxmış onu,

Eşqində kül eylədi canü təni.


Tanrı birlə bəs onun arasında,

Kim, ölüm körpüsü qalmış, ey dədə.


Bu ölüm körpüsündən keçən zaman,

Tanrı birlə birikər, tutma güman.


Çünki bilsən bu sifətli dərvişi,

Anlagil, budur onun batin işi.


2080 Əhli-haq bil, əhli-haq bil, əhli-haq,

Könlün içrə bitgil onu, tutma dəqq.


Bəs təvazölər qılıb, tutgil əziz,

Qoy önündə, olsa təami-ləziz.


Əyninə sal puşəşi, qıl ehtiram,

Sal öyünə, eyləgil zəfi-kiram.


İzzətin bil sən onun haqq izzəti,

Hörmətin bil sən onun haqq hörməti.


Əhlindən Tanrı cüda ərməz, yəqin,

Vergil, alsın əlinə, onun haqqın.


2085 Satın al uçmağını malı bilə,

Bil, bu sözlər Tanrının qalı bilə.


Tut olar əhvalından hər dəm xəbər,

Ol məşəqqət gündə olar qol tutar.


«Fəqr fəxrimdir» dedi şahi-cahan,

Hörmətin bərcay qılın cahrü nəhan.

Mən dedim: hörmət tutun fəqr əhlini.

Hər zaman sorun oların halını.


Surətin görmən, görün sirətlərin,

Tanrı vermiş ta əbəd dövlətlərin.


2090 Baqi dövlət, gənci-neməti xuda,

Olara vermiş, eşit, ey kətxuda.


Olara olman könüldə bədgüman,

Niyə sizdən zail olmasın iman.


Haqq oların hacətin qılmış rəva,

Hər dü aləm sevmiş onu, müddəa.


Ol bu gün dost, oların birlə otur,

Hər nə kim hacətləri olsa bitir.


Hacətini bitirər Allah sənin,

Rahət, asayiş bular canü tənin.


2095 Hər kişi kim, haqq əzizin görsə xar,

Qıldı özün duzəx əhli birlə yar.

***

Bir kişi etdi sual peyğəmbərə,



«Bəs fəqir nədir» dedi ol sərvərə.
«Bir xəzinədir – dedi ol dəm ol an –

Tanrının xəznələrindən, ya filan».


Saniyən sordu bu söz ol qorxulu,

Dedi kim: «Haqdan kəramətdir ulu».


Salisən soradı, dedi bu sözü:

«Fəqir mülkün kimsəyə verəməz izi.


2100 Kim, məgər görər məlayikə rəva,

Ya peyğəmbər mürsələ qılar əta».


***
Bu fəqr mülki xuda gənci ərər,

Dürri-gövhər Tanrıdan inci ərər:


Zinət eylər batinin bu dürlü gənc,

İstər ərsən İşbu gənci eylə rənc.


Gənc öyüdür, övliyanın batini,

Bu təriqət eyləmiş rəbbi-qəni.


Həm dəxi haqdan kəramətdir yenə,

Vermiş onu lütf edib qullarına.


2105 Demək olmaz olara hər təkmə söz,

Dikmək olmaz dəxi olar sarı göz.


Desələr söz can ilə könlə yaxar,

Misli-rəhmət əbru üzrə bərq çaxar.


Bəs ağırdır oların süstü həman,

Dəqq tutub, olara olma bədgüman.


Aləm içrə oları bilgil mələk,

Ruhları seyran edər bu nuh fələk.


Bəs məlayiklər bilə gəzər olar,

Rəhmətin dəryasında üzər olar.


2110 Nuh fələk sufisi birlə İşbular,

Xanəgahi-ərşdə zikr eyləyələr.


Qüdsi birlən oturub ol xəlvətə,

Dəm çəkibən çimər olar rəhmətə.


Surəti-adəm, vəli sirətdə ruh,

Açılar olar sarı feyzi-fütuh.


Zikr içində hayü huy edər olar,

Feyz urub, bihuş olub yatar olar.


Oları bil haq-təalaya yavuq,

Etiqadın qıl dürüst, olma soyuq.




  1. Zikr içində bir zaman cəzbə çəkər,

Özünü məhv eyləyib, haqqa baxar.
Oları bilgil zaman peyğəmbəri,

Yola gedən yolçuların rəhbəri.


Yaxşı, yavuz yolları verər xəbər,

Bəzi azar oların, bəzi tutar.


Həm şəriət, həm təriqət yolların,

Bilər olar ol həqiqət halların.


Bu təqid mənzilləri əyan ona,

Kəşf edib açmış izim, sübhan ona.





  1. Olar ərmiş işbu yollara bələd,

Haq qatında sözləri olar nisənd.
Əhdlərin möhkəm bil onun haq bilə,

Ol rəsululla şahi-əsdəq ilə.

Tanrı birlə əhd edən gün canları,

Ulaşan gün can bilə imanları.


İşbu gündə əhd edişdilər olar,

Bəndəmiz deb, Tanrı sən deb aydılar.


Riştənin ucun tutub İşbu zaman,

Möhkəm olub tutdular, tutma güman.


2125 Yəni oları həqiqət şahı bil,

Bəs qaranğının bu rövşən mahı bil.


Dolunaya bənzəsə gər bu fəqir,

Bəzisın ulduzca bil, görmə həqir.


Ey xudaya, tut məni ixlas ilə,

Ruzigarımı ötürgil xas ilə.


Bu qaranğı könlümə qıl yağtılıq,

Ruzi qıl yaxşı ədəb, yaxşı qılıq.

***
Ol rəsulullah ayıtdı bu sözü:

«Aç könül gözün, açılsın dost üzü».


2130 Haq yaratdı bu cahanın xəlqini

İşbu yerin palçığından, bil munu.


Ənbiya birlə fəqirlərı dedi,

Cənnətin palçığından xəlq eylədi.


Kim arada eyləsə, ey müttəqi,

Tanrı əhdində ki möhkəm olmağı.


Bəs fəqirləri əziz tutar tamam,

Cani-dildən dinlə sözü, ey qulam.


Dinlə imdi, bir fəqirin hörməti,

Tanrı yanında uluğraqdır qəti.




  1. Yeddi yerlər, yeddi asmanlarından,

Həm məlayik, bəhri-bərr, dağlarından.
Haqq əziz etmiş fəqirləri bilin,

Cani-dildən olara hörmət qılın.


Həm fəqir olan, fəqir olmaq gərək,

Barçadan könlü həqir olmaq gərək.


Daima haqqa sənalar eyləyib,

Ağlayıb köp, azıraq həm gülməyib.


Qalibil-vəqt səcdədə olar başı,

Dinmədən axar iki gözündən yaşı.




  1. Eyləyər haqqa rəyasətlər öküş,

Möhnəti-bihədd çəkib, alar ülüş.
***
Çünki haq vəhy eylədi peyğəmbərə:

«Zikri-təsbih eylə» deb ol sərvərə.


«Ur başını səcdəyə, dedi ona,

Bəndəlik qıl, gəl yavuq məndən yana».


Demədi kim, mal yığıp ol sövdagar,

Pak ərməs hirs ilə kim dünya yığar.


Bu sözə tutma güman, ey müttəqi,

Gər inanmasan budur ayət, oxu.


Qovluhu təala: «Vəbud rəbəkə

hətta ya’ tikəl – yəqin»1, əl-ayət.

2145 Qıl bu dünyadə mücərrəd özünü,

Bivəfa əmtəə salma gözünü.


Var gələn halını fikr et dünyaya,

Anadan mücərrəd çıxıbdın, ey uya.


Qıl qəmi-dünyadan özünü azad,

Kim üzüldü dünyadan, tapdı murad.


Üz özünü dünyadan, birləş ona,

Rəhbər olar cümlə şey səndən yana.


Dünya birlə axirət ərmiş duan,

İkisin birə haram etmiş oğan.




  1. Fəqr isən dünyanı qoygil, ey kişi,

Dünya üçün yemə zərrə təşvişi.
Axirətin qıl nikahın ixtiyar,

Hər dü aləmdə olasan bəxtiyar.


Könlünü var axirətə bağlagil,

Arizu qıl hər dəm onu, ağlagil.


Qəlbini tutgil aşağ ol xaki-sar,

Eşq atına özünü qılgil süvar.


Tanrı yolunda onu sürgil rəvan,

Gah yürüşə sal onu, gah qıl dəvan.




  1. Başçı tut, mənzillərin versin xəbər,

Başçısız azar, bu yoldur pür xətər.
Yürügil mənzilbə-mənzil, dəmbə-dəm,

Rənc çəkib, məqsəd elinə at qədəm.


Tanrı birlə özünü eylə cəlis,

Varından vəhşət qıl, özün tut ənis.


Məqsəd oldur, məqsəd oldur, məqsəd ol,

Mətləb oldur, mətləb oldur, mətləb ol.


Kim məqami-vəhdətə yetirdi pa,

Verdi könlün birə, birikdi xuda.




  1. Kim, niçik bir olanı tək od, dəmir,

Yel tapıb körük bilə yanıb kömür.
Ya misal et bəhrə girdi qətrəyi,

Ya ki dersən günə düşdü zərrəyi.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin