DöVLƏTMƏMMƏd azad I seçİLMİŞ ƏSƏRLƏRİ Bakı – 2012



Yüklə 1,69 Mb.
səhifə8/11
tarix24.06.2018
ölçüsü1,69 Mb.
#54712
1   2   3   4   5   6   7   8   9   10   11

Fəsil
Aytdı bir söz ol rəsulullah yenə,

Qadir olub zinəti tərk edənə.


Ərməyə kim qadir olsa bir kişi,

Ərməsə şahanə qisvət bir puşəşi.


Tanrı birlə olsa onun könlü pak,

Sinəsin eşqində etsə çak-çak,


2165 Ha qəni olsa oşol ər, ha fəqir,

Haq yolunda özünü tutsa həqir,


Nə qədər gər dövləti olsa ziyad,

Tutsa özün bir qəribü namurad,


Gözlərindən durmayıb axdırsa yaş,

Tanrının eşqində qoysa canü baş,


Barçalardan görsə pəs öz halını,

Saymasa samanca dünya malını.


Şübhəsiz, Tanrı sevər ol kimsəni,

Haq bilədir çün onun canü təni.


2170 Həm ona örtər kəramət hülləsin,

Yəni tapar ol kişi məhbub isin.

Qullar içrə olar ol kəs əhli-xas,

Qılsa təqva azığın, ərsə palas.


Qılsa xalis niyyətin kim, Tanrıya,

Qiyməti artar qızıl tək, ey uya.


Tanrı gözlər qullarının niyyətin,

Gözləməz leyk fel birlə surətin.


Ol kişi haqq eşqində divanədir,

Barçadan keçmişdir ol, həmxanədir.


2175 Olar ilə hiç kişinin işi yox,

Geymək ilə yemədən təşvişi yox.


Olsa dərviş, xakisər ol kimsələr,

Sünnət ilə yola yetərlər olar.

Sünnət ilə zahirin zivər qıla,

Həm ədəbi özünə rəhbər qıla.


Can ilə könlün tutar haqdan yana,

Özü sarıdan açar haq yol ona.


Əlqərəz, ixlas ilə haqq istəgil,

Fəqri-sabir könül içrə aragil.




  1. Tanrı demiş: «Olsa kim munun bilə,

Var düruram, şübhəsiz, onun bilə».
Yürsə kim təqva tutub, ehsan bilə,

Daima bilgil onu sübhan bilə.


Olsa hər kim haq bilə haqq ondadır,

Aləmi-fani ara hər handadır.


Olsa kim haq bilə Xıdır bil onu,

Rəhbərindir kim, yola göndər səni.


Bir saət tut ömrünü başdan ayaq,

Ötməsin qəflətdə saət, ol oyaq.


***
2185 Ey xudaya, yarı qıl mən zarına,

Mən şikəstə bidilü bimarına.


Ömür ötsə zövqü şövqü şükr ilə,

Həsrətü qəm, giryə birlə zikr ilə.


Zikrindən bir dəm farağat olmasa,

Könlümü dünya qəminə salmasa.


Əhli-dillərə rəfiq etsən məni,

Bəhri-rəhmətə qəriq etsən məni.


Bəs dəmi-axırda iman birlə can,

Barsa dərgahına min-min əl-aman.


***


  1. Gər fəqirlər olmasaydı dünyadə,

Bəs həlak olardı baylar, ey dədə.
Baqi dövlətdir fəqirlər dövləti,

Gərçi görsə munda çox kin həsrəti.


Cənnətə baylardan əvvəl girər ol,

Şübhəsiz, tanrı cəmalın görər ol.


Hər kişi sevsə oları can bilə,

Ölsə, gedər dünyadan iman bilə.


Hər kişi olar bilə söhbət tapar,

Ruzi-məhşərdə olar birlə qopar.




  1. Olar ilə hər kişi yesə təam,

Bağışlar Tanrı onu, ey nikü nam.
Rəhmətinə haqq onu tuş eyləyər,

Olarınla həşrdə eyş eyləyər.


Bir fəqirə bir kişi yetmiş qədəm

Atsa, ol qılsa ziyarət biləm.


Həcci-məqbulun səvabın dər zaman,

Yazar Allah olara, tutma güman.


Olara hər kim təvazö eyləsə,

Lütf edib ya bir şirin söz sözləsə,


2200 Haq verər olara ulu mərtəbə,

Yetirər oları ali mənsəbə.


Həm bülənd qılar oları, ey kişi,

Ruzi-məhşər olmaz olar təşvişi.


Olara hər kim təkəbbür eyləsə,

Qəsd edib, ya bir yaman söz sözləsə,


Eyləyər Tanrı xar oları özü,

Olmaz olara nəsib, uçmaq üzü.


Rəhm edib hər kim olara versə don,

Hüllə verər haqq onun birinə on.


1205 Olara kim xeyr edib at mindirər.

Ruzi-məhşər haq buraq at mindirər.


Hər kişi versə təsəddüq olara,

Birinə – on, ona – yüz ehsan gorə.


Xidmət etsə olara kim bir günü,

Haqqa yüz il xidmət etdi, ey qəni.


Tanrı olar ol kişilərdən riza,

Rədd qılar ondan dəxi yetmiş bəla.


Həm qəza tirinə qalxan olar ol,

Ömrün onun həm uzaqraq qılar ol.




  1. Həm rəva olar onun hər hacəti,

Olar ərzan hər dü aləm dövləti.

Oların kim sözlərini dinləyir,

Sirri-haqdan çox mənanı anlayır.
Xidmətini qılma olardan dariğ,

Ruzi-məhşər haqq onu qılgil şafiq.


***
Ey fəqir, gəl, bil fəqirlik qədrini,

Olasan şah ol uluğ məhşər günü.


Sizlərə haq demiş: əshabi-yəmin,

Himmətinlə çün ötər dünya qəmin.




  1. Haq demiş alimlərı ol sağ qolu,

Tutan üçün cəhd edib ol din yolu.
Haq sevib vermiş fəqirliyi sana,

«Səbr edib qılgil şükürlər sən mana».


Fəqr mülküdür əcaib mülki-tan,

İxtiyar etmiş onu baban, atan.


Sərvəri-aləm onu etmiş qəbul,

İxtiyar etmiş həmmə sahib üqul.


İxtiyar edən könül sultanıdır,

İxtiyar edən cahanın canıdır.




  1. İxtiyar etmiş həmmə peyğəmbaran,

İxtiyar etmiş dürur əhli-iman.
Övliya bil ixtiyar edənləri,

Cani-dildən əmri-haq tutanları.


Bəs fəqirlik fəxridir sərvərlərin,

Cəhd ilə haqq istəyən rəhbərlərin.


Bil həqiqət fəqiri can içrə can,

Qüdsi-pak bil, ona olma bədgüman.


Övliya bil, tutgil olar əmrini,

Cani-dil təlimi-din olsun günü.




  1. Övliyadır cümlə aləm zinəti,

Haqdan enən cümlə xəlqin rəhməti.
Dirəyi dünyayi-dindir övliya,

Qütbi-asmanü zəmindir övliya.


Övliyadir həm xudanın məzhəri,

Övliyadir cümlə xəlqin rəhbəri.


Övliya hər kimsəyə qılsa nazar,

İstəyən məqsudunu haqdan tapar,


Olsa qanad hər kişiyə övliya,

Ol uçub yetər bəcid haqdan yana.


2230 Övliyanı görən ol haqqı görər,

Kim yarasa dostuna, haqqa yarar.


Övliyadır xəlq ara haqdan rəsul,

Elmi-hikmət olara olmuş nüzul.


Övliyadır xəlqi haqqa çağıran,

Dürlü əsrarın onun xəlqə yayan.


Övliyadan hely ərməsdir cahan,

Gərçi kim, fəsad var axırzaman.

Övliyalardır bilin əsrari-haqq,

İstə, var, olarda köp əxbari-haqq.




  1. Bu cahana övliyalar can ərər,

Olmayan saət cahan viran ərər.
***

Bir xəbər içrə bu söz dedi rəsul,

Ümmət ərsən can bilə etgil qəbul:
«Ruzi-məhşərdə fəqirlər Tanrıya,

Uğraşarlar, hiç şəkki yox, ey uya.


Der üzrlər haq-təala bulara,

Dosta dostun üzrü tək dünya ara.


Der: «Sizə dünyanı layiq görmədim,

Ondan ötrü sizə dünya vermədim.




  1. Yəni öz əhlim deyib mən sizləri,

Eylədim işbu nəcasatdan arı.
Çünki dünyadır nəcasatlar başı,

Ol nəcasat istəmək itlər işi.


Bu nəcasata bulaşmasın deyib,

Bu nəcisi vermədim sizi sevib.


İzzətim ulusu imdi sizlərə,

Kim, bu gün girin miyani-haqq ara.


Dünyadə kim sizə versə loxma nan,

Eygilik qılsa sizə ancaq həman




  1. Ya ki bir su versə sizə içməyə,

Ya libası versə sizə ərməyə,
Ya ki olar sizə ehsan etsələr,

Ya təvazö birlə ikram etsələr.


Oları sizə bu gün bağışladım,

Sizlər üçün olara lütf işlədim».


Oların qolun tutub: Siz, bihesab –

Der – behişt içrə girinlər, la əzab».


Bir fəqirə kim təvazö eyləsə,

Lütf ilə, yumşaqlıq ilə söyləsə.




  1. Haqq üçün kim eyləsə ehsan ona,

Etsə ehsan tan iməs sübhan ona.
Qıl təvazö, bit sözə canın bilə,

Cənnət içrə geyər sən onun bilə.


***
Hər fəqir kim, yoxdur səbri, ey dədə,

Rusiyah bil onu iki dünyadə.


Çünki ol kəs əmri-haq rast tutmadı,

Hər dü aləm məqsədinə yetmədi.


Xəlqə zinharın deyən dünya ara,

İki aləmdə onu bil üzü qara.




  1. Hər fəqir kim, arzular ol dünyanı,

Tanrı öz dərgahından qovlar onu.
Hər fəqir kim, zahirin ziba qılar,

Hiç gümansız batini bərhəm olar.


Yəni kimsə zahirin zivər edər,

Batinin haqq edər onun dərbədər.


Tanrıya qulluq qılıb səbr etməsə,

Haq yolunda özün əskik tutmasa,


Daima dünya bilə olsa işi,

Ötsə va-həsrət bilə yazü qışı,


2260 Zahirin oxşaş qılıb fəqr əhlinə,

Batin içrə olsa dost fisk əhlinə.


Can ilə düz tutmayın haq yolunu,

Olmasa həm sevsə dünya malını.


Dünya üçün baylara əysə başın,

Sevsə onu, dışlasa din yoldaşın.


Nəfsinə seyr içrə hesab verməsə,

Barçalardan özün əskik görməsə.


Hübbi-dünya, hübbi olsa özü,

Düşməsə didari-haqqa sirr gözü.




  1. Olmasa batində haqqa üzrxah,

Bu fəqirdən Tanrıya gətir pənah.
Duzəx əhlinə yavuq bilgil onu,

Əfzəl ondan, şübhəsiz, şakir qəni.


***
Olma mail dünyaya, ey əhli-dil,

Tövbə edib can bilə haqqa əyil.


Gər fəqirsən, əhli-səbr et özünü,

Var, qaraltma iki aləm üzünü.


Hörmətin saxla, yüngüllük eyləmə,

Kim, dilin saxla, öküş söz söyləmə.




  1. Tanrı bilə eyləgil küyün həman,

İlməsin hiç gözünə yaxşı-yaman.
Zikir birlə ertə-axşam zində ol,

İşbu gen aləm ara hər handa ol.


Bəndəlik qıl Tanrıya şami-səhər,

Mərifət tap, bul xudayından xəbər.


Tanrı əmrin tut, düzəltgil yolunu,

Bul təriqət, gözləmə sağ-solunu.


Can bilə tut barçadan özün aşağ,

Axirəti fikr edib, şayla yarağ.


2275 Uçmaq istə, eylə şad et özünü,

Bular mən deb, gül-gül açgil üzünü.


Duzəxindən qorxuban zar eyləgil,

Bu aləmdən özün bimar eyləgil.


Can bilə Tanrıya olgil üzrxah,

Fəzl əyəsi ol dürur, ümidgah.


Um şəfaət haq rəsulullahdan,

Fəxri-aləm, ol həbibullahdan.

Asi ümmətə şəfaət edici,

Ol dürur məhşər günü əl tutucu.




  1. Həm dəxi sevgil onun dörd yarını,

Barça övlad, barça əshab varını.
Övliyayü əhli-dilləri tamam,

Bil özünə dost, sevgil, ey qulam.


Bil duan özünə mömin qulları,

Tutmagil xar bu müsəlman elləri.


Olsa özündən uluğ, düşün atan,

Olsa gər səndən kiçik, sangil balan.


Gər sənin birlə bərabər olsa yaş,

Bil duan, düşün gözün üstündə qaş.




  1. Demə özünü filan, tutma, ulu,

Barça pəs tut özünü, ol qorxulu.
Xəlqi-aləmi özündən yaxşı bil,

Desə layiqdir sana son: «əhli-dil».


***
Haq rəsul nəzm işarət eylədi,

İşbu nəzmi ruhuma sözlə dedi.


Nə qılayın, məndə yox nəzmə məcal,

Nəzm etməklik mən tək ümmidən muxal.


Qədri-bəhrə göndərib fikrim quşun,

Bitsə dedim ol rəsul fərman işin.




  1. Mən kimi nakəsə fərman oldu, vah,

Cani-dil bu işə heyran oldu, vah.
Qəm dumanı könlümə çökdü həman,

Mərifət dəryası coşdu ol zaman.


Yaşlar axdı gözlərimdən durmayın,

Bitdi nəhli-mərifət göz görməyin.


İşbu nəhlin meyvəsin can bəççəsi,

Yedi, bidinc oldu, ah etdi bəsi,


Həng tutub əfğan ilə söz başladı,

Tanrıya tapşırdı işin, dışladı.




  1. Rəhmət izisi qadirə yalvardı can,

İstəyib ol şərri-şeytandan aman.
Yarı istəb övliyalar ruhundan,

Zarı birlə başladı işbu sözün.


Nəzmə çəkdi bu hədisi fikr edib,

Söz ara de Tanrı adın zikr edib.


Tanrının nemətlərin fikr etdi uş,

Mümkir ərməs sanamaq, şükr etdi uş.


Arasında saldı sözlər az-öküş.

Mənasın fəhm eyləyər aşna bəguş.




  1. Bilgənincə həm nəsihət eylədi,

Mərifət birlə hekayət eylədi.
***
Çünki bu dörd birlədi dünya qiyam,

Oldu bu söz işbu dörd birlə tamam.


Xətm olundu bu kitab dörd bab üzə,

Bizdən olsun yadigar əhbab üzə.


Dörd bilə olar qiyam ki barça kar,

Çün nizami tək rəsulun, çariyar.


Hər nə candar əhlinə dörd payını,

Gəzməyə qıldı səbəb qadir qəni.




  1. Hərgah öylərə olar qanad çalar,

Olsa gər tam öy, onadır dörd divar.
Əlqərəz, dörd birlə alıb kari-haq,

Düzləmiş, fikr et, sanadır bu sapaq.


Yəni bu dörddür cahan salim qılan,

Yerləriyü göyləri daim qılan.


Ondan ötdü oldu bu nəzmə səbəb,

Talibi-haqq olsa kim, olsun tələb.


Ərbəin dedikləri dörd ondadır,

İşbu dörd həm ərbəin sanındadır.




  1. Əlqərəz, otursa hər kim ərbəin,

Haqqı istər, tapasıdır, ey əmin.
Tanrı hər bir işə etmişdir səbəb,

Fəzli-haqdan olsa hiç ərməz əcəb.


***
Müstəcəb etgil duamı, Birivar,

Kim oxusa, rəhmətin qılgil nisar.


Yarı vergil kim oxusun, dinləsin,

Can qulağı mənasından anlasın.


İşbu nəzm içrə əgər sorsan sənə,

Min yüz altmış yeddi ərdi, bilsənə.




  1. Bu kitap ismin nədir deb sorsa, ad

Qoydular adın munun «Vəzi-Azad».
Təmmətil-kitab biavnil-məlikil-vəhhab.

Vallahu əlam bis-səvab.

Təmmət tamam şüd,

Şeytan rusiyah şüd.

Sənə 1336
Hər ki xanəd dua tamağ darəm,

Sanki mən bəndeyi-günahkarəm.


Xuda ura bəhədd ali məratib,

Ki xahəd fatihə dər həqqi-katib.


Bayığ əz müştəri bəha xahəd,

Katib əz nəziran dua xahəd.


Yazğıcı yazanda unutqan olar,

Oxucu oxuyanda düzəltgən olar.




  1. Şüb bətövfiqi-xudayi-la yənam,

İn kitab dər ruzi yekşənbə təmam.


RÜBAİYYAT

1

Gəl, yetiş dərməndə qullar dadına,



Zarı birlə inləyən fəryadına,

Eyləyib təqlid, olar zikr eyləyir,

Lütf edib, ya zövqi-şövqün oduna.
2

Qəflət ilə zikr edənlər könlün aç,

Dərdlidirlər, sən həkimsən, qıl əlac,

Qulları tutmuş ümid səndən yana,

Rəhm edib, gəl, rəhmətin dərgahın aç.
3

Yol itirmişdir bular, dərməndə-zar,

Getsə tapmaz, dursalar yoxdur qərar,

Ulaşarlar azaşan itlər kimi,

Qıl nida fəzlin bilə, ey Birivar.
4

Ümmidirlər, asidirlər bəndələr,

Xidmətə layiq deyil şərməndələr.

Lütfi-ehsanın bilə tut əllərin,

Barçadan üzmüş əlin dərməndələr.
5

Tövbeyi-tövfiq bəxş et, həm nədəm,

Bağışla cümlə günahkarı bu dəm,

Çün haçan qullar dönüb gəldi sana,

Barça qullardan xəta, səndən kərəm.
6

Qulların çün gəlməyə yox üzləri,

Handa layiq gözləməyə gözləri,

Qəlblərindən sən xəbərdarsan, xocam,

Tövbə-təğsir dillərində sözləri.

7

Tövbeyi-tövfiqi təmkin eyləgil,



Rəxşi-eşqin olara zin eyləgil,

Dillərində gərçi təqlid etsələr,

Qəlblərin fəzlin bilə çin eyləgil.
8

Eyləmiş qullar həmmə çirki-günah,

Əfv abın tök olara, ya ilah,

Gər yamandır, getməyə yox yerləri,

Səndən özgə kimdir olara pənah.
9

Fəzl edib bax bu qərib qullarına,

Asi, cafi bayü yoxsullarına,

Lütfünə layiq iməs gərçi bular,

Feyzi-rəhmət tök həzin dillərinə.
10

Masivadan cümlə üzgil özlərin,

Zikri-təsbih ilə aydar sözlərin,

Layiqi-didari-cahan olsalar,

Fəzl edib aç oların can gözlərin.
11

Cümlə möminlər pənahısan, xuda,

Əfv eylə cürmü-günahı sən, xuda,

Zari-heyran azaşan qullarına,

İmdi görkəz doğru rahı, sən xuda.

12

Bəs qatı heybətlidir məhşər günü,



Lərzə urar barçanın canü təni,

Ol rəsulun şəfqətin qılgil nəsib,

Səndən alsın asiyü dərməndəni.

13

Ol siratın körpüsindən keçməyi,



Hövzi-kövsər şərbətindən içməyi,

Barça möminlərə ərzan eyləgil,

Həm nəsib et huriləri xoş qucmağı.
14

Seyr edib uçmaqda bağü bağçalar,

Həm əcaib köşki-eyvan taxçalar.

Rəngbərəng əngurü xurma, meyvələr,

Dürri-yaqut zərnigar sandıqçalar.
15

Azığının biri süddür, biri bal,

Biri xəmrü, biri sudur xoş, zülal,

Bizi şol möminə həmsan eyləgil,

Bəzi gün, ayü nücum, bəzi hilal.
16

Hüllə olar yəni olar geymişi,

Dürlü nemət, dürlü meyvə yemişi,

Xoş kabablar, xoş şərablar ruzi qıl,

Ol sevər qullar məzacı sevmişi.
17

Səlsəbilü zəncəfil şərbətləri,

Dürlü nemət, dürlü don qisvətləri,

Qullarından, ey xuda, qılma dariğ,

Cümlə dostuna olan şəfqətləri.
18

Tuba ağac sayələr cənnətləri,

İşbu cənnət mömin olanlar yeri,

Ol Burağı dostlara qılgil nəsib,

Ləlü yaqut ol mürəssə yəhəri.

19

İsti yox, həm soyuq yox ol cay ara,



Xəstəlik yox, həm ölüm yox olara,

Ağrısız, əndişəsiz qılar bizi,

Ruzi eylər Tanrı əltsə ol yerə.
20

Hər kişinin göz yetincə bağı var,

Mülki-əsbab, qəsri-eyvan dağı var,

Qıl nəsib mömin olan xas qullara,

Buyi-vəsli, şəmmeyi-didarı var.
21

Haq rəsulullah civarın qıl nəsib,

Bizi qılgil cümlə əqvami-qərib,

Ruzi qılsan cami-eşqdən bizlərə,

Olsaq ol didar üçün çün əndəlib.
22

Anmasaq sağ ilə solu, bigüman,

Bilməsək yaxşı-yaman əhli-zaman,

Zövqü şövqü eşqi-kamil dünyada,

Niza edər həm can təndən, həm iman.

23

Qıl nəzər biçarələrin halına,



Fəzl edib dılaşma bəd əfalına,

Qaytarıb oları cümlə nəhyidən,

Lütf edib salgil həqiqət yoluna.
24

Qadira, qüdrətlisən hər nəsnəyə,

Külli şeyə səndən özgə yox əyə,

Xaliqi-şey, raziqi-heysən, əyyam,

Qul haçan vəsfinə layiq söz deyə.

25

Talibi-məqsədi düçar eyləgil, ey Birivar,



Tanla yoldaş eylə, ya Mühəmməd, çariyar,

Ya ilahi, talibə hür güzarın yar eyləgil.

Gor içində oların cayını gülzar eyləgil.
26

Bu Azadi bir qulundur xarü xas,

Fani içrə ömrün ötürdü əbəs,

Lütf eləgil, uzatmış ümid əlin,

Hər dü aləm sən mana fəryadrəs.
Təmmət tamam şüd,

Şeytan rusiyah şüd.


Qalən nəbi əleyhissəlam:

«Əl-xətt baqı vəl ömr fani»

(Peyğəmbər əleyhissəlam dedi:

«Yazı baqi, ömür fanidir»).


Qələm güftəd: mən şahi-cahanəm,

Qələmkeşra bə dust mirəsanəm.

(Qələm deyir: mən cahan şahıyam,

Qələmkeşi dostuna yetirənəm).

«BEŞ NAMAZ» (MƏSNƏVİ)

Həmdülillah, şükrülillah ol haqqa,

Tərbiyət qıldı bir ovuç toprağa,
Xoş əcaib, görklü surət etdi, gör,

Verdi canü adların öyrətdi, gör.


Zikri-əlvan ilə ol açy zylan,

Sevdi haqq özü onu cährü nəhan.


Dəxi bir xoş surət ona qıldı yar,

Eyşi-işrət birlə qıldılar müdar.


5 Bir-birə yanaşmağı qıldı səbəb,

Verdi olara öküş övladı pəb.

Hely əkən dolu oldu bu cahan,

Möminü kafir, həmmə yaxşı-yaman.


Çünki xəlq etdi, məni bilsin dedi,

Əmr edən qulluq mana qılsın dedi.


Bizdən ötrü oldu peyda külli şey,

Bizi haqq özündən üçün qıldı hey.


Qarnımız doydu yeyib nemətlərin,

Bilsə yaxşı qul onun minnətlərin.


10 Bu cahan nemət sərili xanıdır,

Özü onun hakimi, sultanıdır.


Qullarına qismət edən qasim ol,

Nə verərsə bəndəsinə hakim ol.


Qismət etmiş kimə ruzi-əzəl,

Artıq almar eyləyirsə yüz əməl.

Bəndəyə layiq budur – qane ola,

Nəfs itin buraxmaya, mane ola.


Xas quludur haq rəsulullah yenə,

Haq bilib göndər səxavət xanına.


15 Dostların dost, düşmənin düşmən bilən,

Ol dürur məhşər günü şəfqət bulan.


Bəs şəhadət zikrin aytgil dil bilə,

Həm dəxi qəlbi bilən bavər qıla.


Beş namazın haqq üçün qılar dəvam,

Ruzə tutar sidq ilə mahi-siyam.


Həm zəkat qılar əda malı bilə,

Həcc qıla eymən-aman malı bilə.


Qullara tövfiqi-taqət ver, xuda,

İki aləm qoymagil müztər, xuda.


20 Qullarının daima sən yarısan,

Ruzi qılgil aşiqə, didarısan.


Fəsil
Bəndə olsan Tanrıya qıl bəndəlik,

Ruzi-məhşər çəkməgil şərməndəlik.


Bəndəlik oldur, xudayın fərzini

Qıl əda, boynundan açgil qərzini.


Həm dəxi tutgil rəsulun sünnətin,

Can bilə qılgil ol ərin xidmətin.


Vacib olmuş tutmaq əmrin, ey vəli,

Tanrıya əltər səni sünnət yolu.


25 Fərz ilə sünnəti tutan əhli-xas,

Ruzi-məhşər qorxudan olar xilas.


İki adil olsa davaya hüzur,

Davasın qılar onun qazi, mürur.


Fərz ilə sünnət iki adil güvah,

Tutsa möhkəm kim, qəbul eylər ilah.


Bu ikisi tutmasa keçməz sözü,

Bəndə mən deməkliyə olmaz üzü.


Bəndəyə dərkar imanü son namaz,

Vəsfi-halın gəl eşit, ey əhli-raz.


30 Tanrının xosnudluğudur beş namaz,

Həm mələklər dostluğudur beş namaz.


Bu namazdır ənbiyaların yolu,

Mərifət bustanında açan gülü.


Bu namaz bilgil həman əsli-iman,

Kim oxusa, könlündə qalmaz güman.


Həm dualara icabətdir namaz,

Həm dəxi məqbuli-taətdir namaz.


Rizqinə həm bu namaz bərkət dürur,

Həm bəndəyə bu namaz rahət dürur.


35 Həm səlahıdır tamam möminlərin,

Həm sitəm etkicisidir cinlərin.

Həm əyəsinə şəfaət etkici,

Həm dəxi dərməndə gün əl tutğucu.


Həm çıraq olar yenə qəbr içrə bil,

Ta qiyamət olunca, ey əhli-dil.


Ol uluğ məhşər günündə bu namaz,

Sayə salar üstünə, ey dilnəvaz.


Başına tac, əyninə olar libas,

Rəhm istidən qılar bişubhə pas,


40 Nur olub alnında yürər hər qayan,

Yetirər mənzil-məqama bigüman.


Pərdə olar duzəx ilə arada,

Oda yandırmaz eyəsin, ey dədə.


Haq-təala qaşında olar dəlil,

Haq bağışlayar onu biqalü qil.


Həm tərəzi pəlləsin qılar ağır,

Qoymagil hərgiz namazın, ey sağır.


Həm sirat üzrə səlamət keçirər,

Həm dəxi duzəx alovun keçirər.


45 Bəs sarayi-cənnətə yetən mahal,

Bu namaz miftah olar biqılü qal.


Beş namazın ol cahan içrə səni,

Məqsədinə yetirər, qoyma onu.


Beş namaz həm din öyünün nurudur,

Beş namaz uçmaq içinin hüyrüdür.

Beş namazdır zinəti-dünyayi-din,

Beş namaz qıl, din öyün saxla əmin.


Yaxdı dinin kim namaz tərk eylədi,

Ya dilində ləfzi-küfri söylədi.


50 Ey müsəlman, yaxma dinin, qıl namaz,

Qoyma təbistanı, güz, həm qışü yaz.


Fəsil
Bir xeyli-taətindir, beş namazın qoymagil,

İki aləm rahətindir, beş namazın qoymagil.


Beş namazın tərk edən olar xəbislər xəbisi,

Ey müsəlman, zinətindir, beş namazın qoymagil.


Bəs cuhud, tərsayi-səgdən əskik ərər tərk edən,

Ey igid xoş hörmətindir, beş namazın qoymagil.


Kim namazın tərk edər, oldu şəyatin eşşəyi,

Ardın-arxan nüsrətindir, beş namazın qoymagil.


55 Tanrı haq deyən namazın tərk edərmi dünyada,

Haqqa qılan xidmətindir, beş namazın qoymagil.


Beş namazı qılanlara ikram edər cümlə mələk,

İzzətindir, izzətindir, beş namazın qoymagil.


Bəndəlik eylə deyib xəlq eyləmiş Tanrı səni,

Bəndəlik minnətindir, beş namazın qoymagil.


Hər kişi qılsa namazı uçmaq onu arzu edər,

Uçmaq içrə nemətindir, beş namazın qoymagil,


Qıl nəsihət sözlərin haq qullarına, ey Azad,

Bəs ki aləm hümmətindir, beş namazın qoymagil.


Qalən nəbi əleyhissəlam
60 İşbu peyğəmbər sözüdür, ey cüvan,

Sidqi-ixlas eyləgil cəhrü nəhan.


Hər kişi Tanrı rəsulun haq bilə,

Bu hədisinə onun bavər qıla.


Kimsə gər tərk eyləsə bir vəqt namaz,

Özün öldürdü bıçaqsız, biniyaz.


İki vəqt tərk eyləsə kimsə onu,

Misli öldürdü nəbilər varını.


Kim onun üç vəqtini tərk eyləsə,

Kəbə viran eylədi on mərtəbə.


65 Kimsə gər tərk etsə onu dörd kərə,

Anasın qıldı zina yetmiş kərə.


Kimsə qoysa beş namazın dünyada,

Ol kişiyə eyləyər Tanrı nida.


Der ki: «Sən məndənü mən səndən bəri,

Çıx cahandan, istəgil özgə yeri.


Tutmadın əmrimi, çün oldun iraq

Varmı Tanrın məndən özgə yaxşıraq?»


Tanrını bilən namazın qoymaz ol,

Qəsd ilə iblis ləinə uymaz ol.


70 Kim yaratsa, pərvəriş qılsa sana,

Eyləməzsən neyüçün xidmət ona.


Yol vararsan düşmənin başçı tutub,

Xaliqini, raziqini unudub.


Kim əyəsin dost bilər, dostu sevər,

Düşmənin düşmən bilər, dəxi qovar.


Ol yolu tut, ey igid, çəp rahı qoy,

Haq yolun tut, azdıran gümrahı qoy.


Qulların sağ yola sal, ey zülcəlal,

Əmrinə tövfiq, həm rizqi-halal.


75 Qullarını qılmasan bidar özün,

Məstdir olar, qılmasan huşyar özün.


Qullara fəzl eylədi bu beş namaz,

Kim, əda edər, ola əczü niyaz,


Ehtiyat birlə təharət eyləyər,

Tanrıya xalis ibadət eyləyər.


Vacibü sünnət, ədəb ərkanları,

Sidq ilə bərcay gətirər oları.


Hely qılar qeylü qaldan sinəsin,

Həm arığ qılar könüllər kinəsin.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin