Downloaded from KitabYurdu org


səhifə14/20
tarix03.07.2022
ölçüsü
#117336
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Cek-London-Ag-dish

İNADKAR 
Uidon Skott ümidsiz halda dedi: 
Yox, belə alınmayacaq! 
O, yanını yerə basıb oturdu və özü kimi ümidsiz halda 
çiyinlərini çəkən kayura baxdı. İkisi do nəzərlərini Ağ Dişə 
yönəltdi. Ağ Diş tüklərini qabardıb mırıldanaraq zəncirdən 
dartınır, qoşqudan açılmış itlərə çatmaq istəyirdi. İtlər 
Məttdən necə lazımdı dərs almışdılar - dəyənək dərsi və 
buna görə də Ağ Dişə baş qoşmamağı üstün tutdular. Onlar 
tamam kənarda uzanmışdılar və adama elə gəlirdi ki. Ağ 
Dişi saya salmıdılar. 
Skott dilləndi: 
- Hə... Xalis canavardı. Canavarı öyrətmək olar? 
- Bilmək olmaz hələ... - deyə Məti etiraz etdi. - Bəlkə 
canavardan çox itin tökdüklərini yığışdırıb? Nə isə... 
Amma mən bir şeyə qəti əminəm... 
201 
L
Kayur susdu və başım sirli-sirli Muzhayd dağlarına 
torof yırğaladı. 
downloaded from KitabYurdu.org


220 
Skott onun sözünü kosib hirslə dedi: 
Məni hövsolodon çıxarına. No var. dc golsin... 
Kayur çiyninin üstündən baş barmağı ilo arxadakı Ağ 
Dişi göstorib dedi: 
- Onun canavar, ya it olması vacib deyil. Yalnız onu 
əhliləşdirmək istuy iblor. 
Ola bilməz! 
Deyirəm sizə ki, onu ohliloşdimıok istəyiblər, hətta 
qoşquda da olub. Gəlin, yaxından baxııı. Sinəsində xalta 
yerləri var, sürtülüb. 
Düzdii, Göyçək Smitdəıı əvvəl o, qoşqu iti olub... 
Gəlsənə, biz də qoşaq? 
- Qoşaq deyirsən, qoşaq da... 
Amma az keçmədi ki. bu istək söndü və Skott başını 
yelləyib dedi: 
İki hoftədi bizimlodi, deyəsən lap qəddarlaşıb, 
azğınlaşıb. 
Mətt təklif verdi: 
- Gəlsənə onu zəncirdən açaq. Görək no olur, hə? 
Skott inamsızlıqla ona baxdı. 
Mətt davam etdi: 
Düz deyirəm, vallah. Onsuz da si/, onu bir dəfə 
buraxmaq istəmisiniz. Gəlin bir də yoxlayaq. Amma 
dəyənəyi də götürün ha... 
downloaded from KitabYurdu.org


221 
Yaxşı, indi sun gör bir şey edə bilirsənmi? 
Kayur dəyənək götiirdii, bağlanmış Ağ Dişin yanına 
gəldi. Canavar balası dəyənəyə göz qoyurdu. Elə bil şir 
onu qovan adamın qırmancına baxırdı. 
- Görün, gözlərini dəyənəyə necə zilləyib, Mətt dedi. 
Bu, yaxşı əlamətdir. Demək, o qədər axmaq it deyil. Nə 
qədər ki əlimdə dəyənək var, üstümə tullanmaz. Səfeh-zad 
deyil ki... 
Məttin əli Ağ Dişin boynuna yaxınlaşan kiıııi o, 
tüklərini qabardıb mınldadı, sonra yerə qısıldı. Gözlərini 
Məttdən çəkmədən onun əlindəki dəyənəyə də diqqətlə 
baxdı. Mətt cəld zənciri açdı və geri çəkildi. Ağ Diş 
azadlığa çıxdığına inanmırdı. Neçə ay idi ki, zəncirdəydi. 
Göyçək 
Smit 
onu 
alan 
gündən 
yalnız illərlə 
döyüşdürəndən-döyüşdürənə zəncirdən açırdı. Qalan 
günləri zəncirli qalırdı. 
Bos indi o, neyləsin? Bəlkə allahlar onun başına yenə 
növbəti bir oyun açmaq istəyirlər? Ağ Diş ehtiyatla bir-iki 
addım atdı və hər dəqiqə hücum gözlədi. O no etməyi, 
özünü necə aparmağı bilmirdi. Azad 
lığı yadırğamışdı. Hor halda yaxşısı budur, onu izloyən 
allahlardan bir az aralı dursun, komanın o biri küncüno 
çəkilsin. Bclo do eldi vo hor şey yaxşı qurtardı. 
Qaçmaz ki? - deyo Skotl soruşdu. 
downloaded from KitabYurdu.org


222 
Motl çiyinlərini çəkdi. 
Risk yaxşı şeydi! 
Yazıq! Hor şeydən çox, o, insan nəvazişinə möhtaedır, 
- Skottun itə yazığı gəldi, o, komaya girdi, ət gətirib Ağ 
Dişə atdı. Ağ Diş kənara sıçradı və inamsızlıqla uzaqdan 
əl tikəsinə baxdı. 
Birdən Mətt qışqırdı: 
Dayan, Meyeə! 
(iee idi. Meyeə ətin üstünə cıımdu, qamarlayıb 
götürəndə Ağ Diş sürətlə şığıdı, onun ayaqlarından vurub 
yıxdı. Motl irəli cumdu. Ağ Diş artıq öz işini görmüşdü. 
Meyeə zorla qalxdı. Boğazından axan qan qarın üstünü 
qızartdı. 
Skott tələsik söylədi: 
l leyif Meyeədən, amma əeəb oldu onunçün! 
Mətt təpiklə Ağ Dişi vurmaq istədi. Lakin canavar 
balası bir-neçə sıçrayış etdi, dişlərini şaqqıldatdı, çığırtı 
qopdu. Ağ Diş hiddətlə ulayıb geri çəkildi, Mətt isə əyilib 
dişlənmiş ayağına baxdı. 
Dişlədi axır ki... dedi və cırılmış şalvarını və alt 
paltarını göstərdi. Orada qan dairəsi vardı. 
Skott səsini yavaşıdıb dedi: 
Sənə dedim axı, bunun xeyri yoxdu. Bu itdən ötri'ı çox 
yanırdın. İt mənim do başımdan çıxmır. Nə olar, başqa yol 
downloaded from KitabYurdu.org


223 
yoxdur. 
Bu sözlərdən sonra o, tapançasını çıxartdı, güllə dolu 
barabanı hərlədi. 
Qulaq asın, mister Skotl, Mətt yalvardı. Bu itin başına 
Allah bilir nələr gəlib. Axı birdən-birə onu ram elmək 
olmaz. Ona vaxt verin... 
Meyeə bir bax, Skott dedi. 
Kayur çolaq olmuş ilə baxdı. İt qan içində qarııı üstünə 
sərilmişdi və görünür son nəfəsi gcdib-gəliıdi. 
Əcəb oldu onunçün. Mister Skotl, siz özünüz belə 
dediniz. Özgə tikəsinə göz dikənin axırı faciəli olar. Belə 
də gözləmək olardı. Bircə qəpiyim də olsa, yeməyini 
döyüşsüz özgəsinə verən itə qıymaram. 
Özünüzə bir baxın, Mətt. İtlərlə məsələ aydındı, 
qurtarmaq lazımdı. 
- Mənə də əcəb oldu, - deyə Mətt köksünü ötürdü. - Axı 
onu niyə vurdum? Siz özünüz dediniz ki, o, düzgün hərəkət 
edir. Demək, onu vurmaq lazım deyildi. 
- Gəlsənə, bu iti güllələyək, savab iş görərik, - deyə 
Skott təkid etdi. - Onsuz da onu əhliləşdirən deyilik! 
- Mister Skott, gəl bu yazığa vaxt verək. Qoy görək 
özünü necə aparır. Bizim olunca it nələr çəkib, nələr gəlib 
başına, bir Allah bilir. Gəlin sınaqdan keçirək. Əgər 
etimadı doğrultmasa, mən özüm onu güllələyəcəyəm. 
downloaded from KitabYurdu.org


224 
- Elə mən də onu öldürmək istəmirəm, - deyə, Skott 
tapançasını yerə qoydu. - Qoy gəzsin, baxaq görək, 
xoşluqla onu ram edə biləcə- yikmi? Bu saat bir də 
yoxlayım. 
O, Ağ Dişə yaxınlaşdı və onunla mülayim-mülayim, 
astadan danışmağa başladı. 
Mətt dedi: 
- Dəyənək götürün, hər ehtimala qarşı! 
Skott dəyənək götürmədi və Ağ Dişin etibarını 
qazanmaq məqsədilə onu dilə tutmağa başladı. Ağ Diş 
təklənmişdi. O, bu Allahın itini yırtmışdı, dostunu da 
dişləmişdi. Onu ən ağır cəzadan başqa nə gözləyə bilərdi? 
Hər halda o, barışığa girmədi. Tükləri dimdik qalxdı, 
bədəni gərildi, hər şeyə hazır dayandı. Sonra dişlərini 
qıcadıb diqqətlə ona tərəf gələn Skotta baxdı. Skottun 
əlində heç nə yox idi və Ağ Diş onu özünə lap yaxın 
buraxdı. Allahın əli onun başı üstünə endi. Ağ Diş büzüşüb 
torpağa qısıldı. Bax, təhlükə də, satqınlıq da elə burada 
gizlənmişdi. Allah əllərinin məğlubedilməz hökmranlığı 
ona yaxşı bəlli idi. Buna baxmayaraq tükünə toxunmağa 
dözə bilmirdi. O, daha qəzəblə mınldadı, lap yerə qısıldı. 
Əl isə aşağı enirdi. Canavar balası bu əli dişləmək 
istəmirdi, təhlükəyə mətanətlə dözürdü. O, hələ ki, 
instinktlə mübarizə apara bilirdi - həyatın ac ehtirasıyla 
downloaded from KitabYurdu.org


225 
mübarizə apara bilirdi. 
Skott əmin idi ki, bir şey olsa, əlini tez çəkə biləcək. 
Amma bu gün ona bir şey məlum oldu: Ağ Diş qıvrılan 
ilan kimi sürətlə və dəqiq sıçrayıb sanca bilir. 
Skott bu qəfil hücumdan çığırdı və sol əli ilə dişlənmiş 
sağ əlini tutdu. Mətt ucadan söydü və onun yanma qaçdı. 
Ağ Diş geri süründü və tüklərini pırpızlaşdırıb dişlərini 
şaqqıldatdı, hədələyici baxışlarla adamları süzdü. Yəqin 
ki, onu indi daha dəhşətli kötəklər gözləyirdi. Göyçək 
Smitin kötəklərindən də dəhşətli kötəklər. 
Skott birdən qışqırdı: 
- Dayan, nə edirsən? 
Mətt artıq komaya cumub tüfəngini götürmüş və 
astanada durmuşdu. O, yavaş-yavaş, arxayınca dilləndi: 
- Söz vermişdim, yerinə yetirməliyəm. Dedim iti 
güllələyəcəyəm, demək güllələyəcəyəm... 
- Yox, əl saxla. 
- Dedim ki, güllələyəcəyəm, vəssalam! Baxarsız! 
İndi Skott Ağ Dişi müdafiə edirdi. 
- Özün dedin ki, qoy yoxlayaq, vaxt verək. Axı biz 
təzəcə başlamışıq. Birdəfəlik olmaz axı. Gör bir, bax ona! 
Onlara baxan Ağ Diş elə qəzəblə mırıldayırdı ki, 
damarda qan donurdu. O, Skotta yox, kayura 
hiddətlənmişdi. 
downloaded from KitabYurdu.org


226 
Mətt ucadan dilləndi: 
- Hə, nə deyirsiz? 
Skott tələsik cavab verdi: 
- Bir gör, necə başa düşür! Bicin biridi, tüfəngi də 
bizdən yaxşı tanıyır. Belə ağıllı iti saxlamağa dəyər. Silahı 
qoy yerinə. 
- Yaxşı. Gözləyək də... - Deyə Mətt silahı kötüklərə 
dayadı. - Siz Allah, bir ona baxın. 
Ağ Diş sakitləşib mırıltısını kəsdi. 
- Bir də götür tüfəngi, baxaq görək nə edir. 
Mətt silahı götürdü. Ağ Diş yenə mınldadı. Mətt 
tüfəngdən aralanan kimi Ağ Diş dişlərini gizlətdi. 
- Hə, bir dəfə də elə. Çox maraqlıdı, vallah. 
Məti silahı götürüb yavaş-yavaş çiyninə qaldırdı. Ağ 
Diş dərhal mırıldadı, Tüfəng yuxarı qalxdıqca onun 
mırıltısı da güclənirdi. Mətt lüləni ona tərəf döndərməmiş 
Ağ Diş kənara sıçrayıb komanın dalında gizləndi. Mətt ağ 
qarı nişan almışdı - itin durduğu yer boş idi. 
Kayur yavaş-yavaş silahı endirdi, dönüb öz sahibinə 
baxdı. 
- Düz deyirsiz, mister Skott! İt çox ağıllıdı. Onu 
öldürmək olmaz, heyifdi... 
downloaded from KitabYurdu.org


227 

Yüklə

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin