Beşinci hiss
ƏHLİLƏŞMİŞ CANAVAR I
UZAQ SƏYAHƏT
Nəsə olacağını Ağ Diş qabaqcadan duymuşdu.
Yaxınlaşan hadisənin xəbəri hansı gözəgörünməz yollasa
gəlib ona çatmışdı. Günah allahların özündə oldu, özləri
Ağ Dişi şübhələndirmişdilər. Canavar balası duyuq
düşmüşdü. Əlbəttə, bu. allahların ağlına gəlmirdi, amma
onların niyyəti artıq itə bəlli idi. Ağ Diş komanın
artırmasına çıxmır, içəri girmirdi. Bilirdi ki, adamlar nəsə
etmək istəyirlər.
downloaded from KitabYurdu.org
247
Şam yeməyi vaxtı kayur dedi:
- Eşidirsiniz? Bu nə səsdir?
Skott qulaq verdi. Qapı arxasından astadan ağlamağı
xatırladan həyəcanlı zingilti səsi gəldi. Sonra aydın oldu
ki, Ağ Diş qapını iyləyir və bununla arxayın olmaq istəyir
ki, onun sahibi evdədir, keçən dəfəki kimi heç yerə gizlicə
getməyib.
Kayur dilləndi:
- Nəsə hiss edib deyəsən...
Uidon Skott Məttə yalvarıcı nəzərlərlə baxdı, lakin
dediyi sözlər gözlərinin ifadəsi ilə uyuşmadı.
- Kaliforniyaya canavar aparacağam?..
- Mən də elə onu deyirdim. Canavar hara.
Kaliforniyaya getdi hara?
Amma bu sözlər Skottun ürəyinə yatmadı. Ona elə
gəlirdi ki, Mətt onu məzəmmət edir. Dedi:
Ağ dərili adamların itləri onunla yola getməyəcək. O,
hamısını parçalayacaq. Pullarımı ancaq cərimə verməyə
sərf etsəm də, polis onu məndən alacaq, onunla öz bildiyi
kimi haqq-hesab çəkəcək.
Vallah, o yırtıcının biridi... deyə kayur təsdiq etdi.
Skott şübhəli-şübhəli onu süzdü. Sonra qətiyyətlə
bildirdi:
Bu, mümkün deyil!
downloaded from KitabYurdu.org
248
Əlbəttə, mister, mümkün olan iş deyil, Mətt razılaşdı.
— Gərək ona baxmağa da ayrıca adam tapasız...
Skottun bütün tərəddüdləri yox oldu. O, sevinclə başını
yellədi. Ətrafı bürümüş sakitlikdə Ağ Dişin zingiltisi
eşidilirdi. O, qapını iyləyir, az qala, ağlamsınırdı. Mətt
dedi:
- O, sizə yaman öyrəşib, mister!
Skott birdən coşdu:
- Mətt, bəsdi çərənlədin! Özüm bilərəm!
- Mən bir söz demirəm ki. Ancaq...
- Nə ancaq, ancaq?!
- Ancaq, - kayur pıçıldadı, sonra birdən hirslə əlavə
etdi. - Özünüzdən niyə çıxırsınız? Sizə baxan deyər ki,
doğrudan da, başınızı itir— misiniz...
Uidon Skott bir an özüylə vuruşdu, sonra lap yumşaq
tərzdə dedi:
- Düz deyirsən, Mətt! Heç özüm də bilmirəm nə edim.
Bədbəxtlik də burasındadır... Yox, əşi, iti özümlə
götürmək lap səfehlik olar.
- Sizinlə tamamilə razıyam, - deyə Mətt təsdiq etdi,
amma onun sözləri bu dəfə də sahibinin ürəyincə olmadı.
Sonra elə bil heç nə olmayıbmış kimi Mətt sözünə davam
etdi:
- Axı sizin getməyinizi o, haradan bilir? Bax, bunu
downloaded from KitabYurdu.org
249
başa düşə bilmirəm.
Skott qəmli-qəmli başını yelləyib:
- Elə mən özüm də başa düşmürəm, — dedi.
Səhərisi gün Ağ Diş açıq qapıdan boylanıb sahibinin
yola hazırlaşdığını, pal-paltarını həmin lənətə gəlmiş
çamadana yığdığını gördü. Sahibiylə kayur komaya girib-
çıxırdılar və komanın sakit həyatı pozulmuşdu. Ağ Dişdə
daha heç bir şübhə yeri qalmadı. O, çoxdan bu kədəri
duymuşdu, indi isə məlum olmuşdu ki, ona bədbəxtlik üz
verəcək. Allah yenə aradan çıxmağa hazırlaşırdı. Birinci
dəfə aradan çıxanda onu özüylə aparmamışdı, yəqin bu
dəfə də belə edəcəkdi.
Bu gecə Ağ Diş lap canavar kimi ulamağa başladı. O,
ağzını göyə, ulduzlara tutub ulayırdı, uşaqlıqda olduğu
kimi öz kədərini beləcə onlara bildirirdi. Bir dəfə də belə
ulamışdı. O vaxt şimal cəngəlliyindən qaçıb düşərgəyə
gələndə Qrey Biverin daxmasının yerində bir yığın zibil
görmüşdü. Onda da beləcə ulamışdı.
Komada təzəcə yatmaq istəyirdilər. Mətt dilləndi:
- O, yenə heç nə yemir...
Uidon Skott nəsə donquldandı və adyalı başına çəkdi.
- Keçən dəfə xiffətdən üzülmüşdü, bu dəfə, yəqin ki,
öləcək...
O biri çarpayıda uzanan Skott adyalın altından
downloaded from KitabYurdu.org
250
çımxırdı:
- Bəsdi çərənlədin! Qoca arvadlar kimi elə hey
deyinirsən!
- Tamamilə düzdür, - deyə kayur cavab verdi. Skottun
ürəyinə damdı ki, kayur ona altdan-altdan gülür.
Ertəsi gün Ağ Dişin narahatlığı və təşvişi daha da
artmışdı. O öz sahibini dabanbasma izləyirdi. Skott
komaya girəndə Ağ Diş artırmaya cumdu. O, qapının
arasından ortaya tökülmüş şeyləri gördü. Çamadandan
başqa, bir yeşik və iki böyük çanta da vardı. Mətt sahibinin
adyalını və dəri paltarlarını kətan torbaya yığırdı. Ağ Diş
bunu görüb dişlərini qıcırtmağa başladı.
Tezliklə komaya iki hindu gəldi. Ağ Diş onları da
diqqətlə izləməyə başladı. Hindular şeyləri çiyinlərinə alıb
Məttin dalınca təpədən aşağı düşdülər. Mətt çamadanı və
kətan torbanı götürmüşdü. Bir azdan Mətt qayıtdı. Skott
artırmaya çıxıb Ağ Dişi komaya çağırdı.
- Ay səni, yazıqcığaz! - deyə Skott nəvazişlə itə baxdı,
sonra onun qulağının dibini qıdıqladı, belini sığalladı. - Hə,
dostum, gedirəm. Səni belə uzaq yola apara bilmərəm. Di
sağ ol, salamat qal, gəl vidalaşaq. Hə, mırılda görüm,
mırılda...
218
Ağ Dişdən səs çıxmadı. Bunun əvəzində o, sahibinə
downloaded from KitabYurdu.org
251
kədərli, incik bir baxışla nəzər saldı, başını onun
qoltuğunda gizlətdi.
- Vaxtdı, mister! Fit verildi, - deyə Mətt sahibini
səslədi. Yukon çayından gəminin fiti eşidilirdi.
- Bəsdi vidalaşdınız! Qabaq qapıları bağlamağı
unutmayın. Mən dal qapıdan çıxacağam! Tələsin!
Hər iki qapı eyni vaxtda örtüldü və Mətt komanın o biri
böyründən çıxana kimi Skott artırmada gözlədi. Qapı
arxasından yavaşdan zingilti eşidildi, bu, ağlamaq səsinə
oxşayırdı. Sonra Ağ Diş bumunu qapının astanasına
dürtərək havanı dərindən sinəsinə çəkməyə başladı.
- Ondan muğayat ol, Mətt! - deyə Skott dərəni enəndə
tapşırdı. - Mənə onun haqqında yaz.
- Hökmən, - deyə kayur cavab verdi. - Dayanın!..
Eşidirsiniz?..
Skott ayaq saxladı. Ağ Diş ulayırdı. O, sahibinin meyiti
üstündə
ulayan itlər kimi ulayırdı. Bu ulartıda dərin kədər vardı. Bu
ulartı gah qəlbi göynədən iniltiyə dönür, gah fəryad
qoparır, gah da əvvəlki məhzunluqla təzədən başlayırdı.
“Avrora” gəmisi bu il ilk dəfə Klondaykdan yola
düşürdü. Göyərtəsi sərnişinlə doluydu. Qızıl axtarmaqdan
gələn bu adamlardan bəzilərinin bəxti gətirmişdi.
Bəzilərini isə “Qızıl yürüşü” var-yoxdan çıxarıb məyus
downloaded from KitabYurdu.org
252
etmişdi. Bu adamların hamısı vaxtilə bu yerlərə can at-
dıqları kimi, eləcə də burdan çıxıb gedirdilər. Taxta
körpünün üstündə duran Skott Məttlə vidalaşdı. Kayur
sahilə düşmək istəyirdi ki, birdən gözləri Göyərtənin
içində nəyəsə sataşdı. O, əlini Skotta uzatmamış boylandı.
Ağ Diş onlardan bir neçə addım aralı oturmuşdu, həsrətlə
öz sahibinə baxırdı. Mətt astadan söydü. Skott heç nə
anlamadı, itə tərəf qanrıldı.
- Siz qabaq tərəfdən qapını bağlamışdınız?
Skott başını tərpətdi və:
- Bəs dal qapını necə? - deyə soruşdu.
- Əlbəttə, bağlamışdım, - Mətt hirsləndi.
Ağ Diş büzüşüb qulaqlarını şəklədi, amma yaxın
gəlməyib kənarda oturdu.
- Çarəm nədi? Gərək özümlə aparım...
Mətt Ağ Dişə tərəf addımladı. İt kənara sıçradı. Kayur
onun dalınca yüyürdü, amma Ağ Diş sərnişinlərin ayaqları
arasından sivişib keçdi. Canavar balası o yan-bu yana
qaçır, göyərtəni dolaşır, kayur
,<=5^, 219
onu tuta bilmirdi. Skott çağıran kimi Ağ Diş itaətlə ona sarı
gəldi. Kayur gileyləndi:
- Onu nə qədər yedirtmişəm! Gör heç mənə yaxın
gəlir?! Siz onu yedirtmisiniz ki?! Pah atonnan, hardan bildi
downloaded from KitabYurdu.org
253
ki, sahib sizsiniz?!
Ağ Dişə sığal çəkən Skott birdən əyilib onun ağzındakı
təzə kəsikləri və gözləri arasındakı dərin yaraları göstərdi.
Mətt əli ilə itin qarnını yoxladı.
- Ay səni, pəncərəni yaddan çıxarmışıq. Baxın, qamı
da kəsik- kəsik olub. Yəqin ki, pəncərəni sındırıb qaçıb.
Uidon Skott eşitmirdi. Nəsə fikirləşdi. “Avrora” gəmisi
axırıncı tltini fışıldatdı. Sərnişinləri ötürənlər tələm-tələsik
sahilə endilər. Mətt dəsmalını çıxarıb Ağ Dişin yaralarını
sarımaq istədi. Skott onun əlindən tutub dedi:
- Salamat qal, Mətt! Əlvida. Görünür sənə canavar
haqqında məktub yazmaq lazım gəlməyəcək. Mən...
- Necə? - kayur qışqırdı. - Yəni götürürsünüz onu?..
- Elədir ki, var... Dəsmalını qoy cibinə. Özüm onun
haqqında sənə yazaram...
Mətt taxta körpünün üstündə dayandı.
- Oranın havasına dözə bilməyəcək! İstidə itin
tüklərini qırxın haa!..
Taxta trapı göyərtəyə çəkdilər. “Avrora” sahildən
aralandı. Uidon
Skott əlini yelləyib Məttlə sağollaşdı, sonra üzünü yanında
duran Ağ Dişə çevirdi.
- Hə, indi nə qədər xətrindi mınlda! Mırılda dedim
sənə, əclaf!
downloaded from KitabYurdu.org
254
Bu sözləri deyə-deyə Skott Ağ Dişi nəzərdən keçirə-
keçirə qulaqlarının dibini qaşıyırdı. Canavar balası
sahibinin ayaqları arasına sığınmışdı...
2
Yüklə Dostları ilə paylaş: |