Downloaded from KitabYurdu org


səhifə17/20
tarix03.07.2022
ölçüsü
#117336
1   ...   12   13   14   15   16   17   18   19   20
Cek-London-Ag-dish

CƏNUB TORPAĞINDA 
Ağ Diş San-Fransiskoda gəmidən düşdü. O, heyrətə 
gəlmişdi. Onun təsəvvüründə Allahın surəti və qüdrəti 
birləşmişdi. Hələ heç vaxt ağ dərili adamlar ona bu qədər 
ecazkar 
görünməmişdilər. 
Bunu 
San-Fransiskonun 
sürüşkən səkiləri ilə addımlayanda hiss etdi. Ətrafda dəri, 
kətan komalar əvəzinə nəhəng binalar ucalmışdı. Küçələr 
müxtəlif növ təhlükəylə doluydu: uşaq arabaları, karetlər, 
maşınlar, faytonlara qoşulmuş böyük atlar... Enli yollarda 
qorxunc tramvaylar hərəkət edirdilər. Onlar elə bil, 
bərkdən uğuldayır, cingiltili səslər çıxarırdılar. Bu səslər 
vaxtilə Ağ Dişin şimal meşələrində rast gəldiyi vəhşi 
vaşaqların fınxırtısını xatırladırdı. 
Ətrafdakı hər şey nəhənglərdən xəbər verirdi. Bütün 
bunların arxasında hökmlü insanın varlığı hiss olunur, 
şeylər dünyasına hakimlik edən insanın qüdrəti duyulurdu. 
Bu mənzərə Ağ Dişi heyrətə gətirmiş, mütəəssir etmişdi. 
O, vahimə içindəydi. Öz məzlumluğunu dərk edən Ağ Diş 
elə bil təzədən küçüyə dönmüş, şimal cəngəlliyindən Qrey 
Bi- verin düşərgəsinə təzəcə düşmüşdü. Burda nə qədər 
downloaded from KitabYurdu.org


255 
allah vardı, ilahi! Onları görən Ağ Dişin gözləri alacalandı. 
Küçənin səs-küyü onun qulaqlarında guruldayırdı. 
Özünü itirmişdi. İlk dəfə hiss etdi ki, indi sahibindən 
daha çox asılıdır və Skottun dalınca düşüb onu 
addımbaaddım izlədi, allahını gözdən qoymadı. 
Şəhərin xatirəsi uzun müddət Ağ Dişin yuxularında 
dolaşdı. Elə həmin gün Skott iti zəncirlədi və onu yük 
vaqonunun küncündəki çamadanların, yeşiklərin arasında 
bağladı. Burada enlikürək, güclü bir allah da vardı. O, 
cırıltıyla sandıqları və çamadanları itələyir, vaqona daşıyır, 
yükləri bir-birinin üstünə yığır, yaxud da qapının arxasında 
duran o biri allahlara tullayırdı. Və burada, bu cəhənnəm 
xarabasında Skott Ağ Dişi tərk etdi. Daha doğrusu, Ağ Diş 
sahibinin yüklərini görüb izləyənə qədər özünü yalqız hiss 
etdi. Yalnız bundan sonra o, Skottun yüklərinin keşiyini 
çəkərək arxayınlaşdı. 
Bir saatdan sonra Uidon Skott vaqonun yanında 
göründü. Enlikürək Allah donquldandı: 
- Lap vaxtında gəlmisiniz.. Bu it məni sizin 
çamadanlara yaxın buraxmayıb... 
Ağ Diş vaqondan düşdü. Onları araba gözləyirdi. 
Skotta bir kişiylə qadın yaxınlaşdı. Qadın əl-qolunu açıb 
sahibi qucaqladı... Bu, deyəsən düşməndi!.. Uidon Skott 
dərhal ondan aralanıb hiddətdən dəlilik edən, mırıldayan 
downloaded from KitabYurdu.org


256 
Ağ Dişi tutdu. 
- Qorxma, ana! - Skott dedi və Ağ Dişi sakitləşdirməyə 
çalışaraq əlavə etdi. - Elə bilir siz mənə, nəsə xətər 
yetirmək istəyirsiniz. Bunu etməyə isə icazə verilmir! 
Qorxma, anacan, qorxma! O, tezliklə hər şeyi başa 
düşəcək. 
Qorxudan rəngi-rufu ağaran missis Skott güldü. 
- Demək, belə çıxır ki, mən öz oğlumla itin yanında 
görüşüb söhbət edə bilməyəcəyəm, hə?.. 
Qadın Ağ Dişə baxdı. İt mırıldanır, tüklərini qabardır, 
qadından gözünü çəkmirdi. 
Skott dedi: 
- Tezliklə başa düşəcək! Özünüz görəcəksiniz, 
mütləq... 
Sonra sahib Ağ Dişlə mülayim-mülayim danışmağa 
başladı, onu sakitləşdirəndən sonra ciddi tərzdə dilləndi: 
- Sənə dedim ki, otur! Uzan! 
Bu sözlər Ağ Dişə tanış idi. Buna görə də əmrə 
könülsüz tabe oldu. 
- Hə, anacan! 
Skott gözlərini Ağ Dişdən çəkməyərək əlini uzatdı. 
Sonra yenə itə əmr etdi: 
- Uzan! 
Ağ Diş tüklərini pırpızlaşdırdı, qalxdı, dərhal yerinə 
downloaded from KitabYurdu.org


257 
oturdu. 
O, 
naməlum 
allahların 
düşmənçilik 
hərəkətlərindən gözlərini çəkmədi. Buna baxmayaraq, nə 
sahibini qucaqlayan qadın, nə də kişi ona heç bir xətər 
gətirmədilər. Naməlum adamlar və Skott şeyləri arabaya 
qoydular, özləri də orada oturdular. Ağ Diş də onların 
dalınca yüyürməyə başladı. 
Ağ Diş hərdənbir atlara yanaşıb sanki xəbərdarlıq 
etmək istəyirdi ki, o, atların sürətlə apardığı Allaha xətər 
toxunmasına yol verməyəcək. 
Bir azdan fayton daş darvazadan içəri girdi və sıx qoz 
ağaclarıyla əhatə olunmuş xiyabanla irəlilədi. Xiyabanın 
hər tərəfi çəmənlik idi və adda-budda palıd ağacları 
görünürdü. Qayçılanmış yaşıl otlağın üstünə günəşdən 
yanmış qızılı-çəhrayı zolaq düşmüşdü. Bir az irəlidə isə 
yamyaşıl təpələr vardı, xiyabanın qurtaracağında alçaq 
təpəliyin üstündə üzün aynabəndi və çoxlu pəncərəsi olan 
ev görünürdü. 
Bütün bunlara yaxşıca tamaşa etməyə ağ Diş macal 
tapmadı. Araba xiyabana daxil olan kimi onun üstünə 
hiddətlənmiş, qəzəbdən gözləri qızmış bir çoban iti cumdu. 
Bütün tüklərini qabartmış Ağ Diş təmkinlə, sakit-sakit 
sarsıdıcı zərbə endirməyə hazırlaşdı. Lakin tutaşma baş 
vermədi. Ağ Diş yarı yolda dayandı. Elə bil qurumuşdu, 
sonra çömbəldi. O, bircə dəqiqə bundan əvvəl 
downloaded from KitabYurdu.org


258 
ayaqlarından vurub yıxmaq istədiyi itdən necə olur-olsun 
uzaqda qalmağa çalışdı. Bu, dişi it idi və Ağ Dişin cinsinə 
mənsub olanların qaydasına görə dişilərə hücum et-
mirdilər. Dişi itə hücum etmək Ağ Diş üçün öz instinktinin 
hökmü əleyhinə getmək idi. Amma dişi itə instinkt tamam 
başqa şey deyirdi. Çoban iti şimal çöllərindən qeyri-
ixtiyari qorxurdu. Xüsusilə Ağ Diş kimi şimal itlərini 
görəndə vahimələnirdi. Ağ Diş çoban iti üçün canavar idi, 
ona düşmən idi. Və bu düşmən canavar hələ uzaq-uzaq za-
manlarda onun əcdadlarının xılını məhv etmişdi. Buna 
görə də çoban iti Ağ Dişin üstünə şığıdı. Canavar balası 
könülsüz mırıldadı. Çiynində kəskin diş yarası hiss edib 
zingildədi. Amma çoban itini dişləmədi. Təşvişlə geri 
sıçrayıb itin böyrünə keçməyə çalışdı. Ancaq bütün 
cəhdləri əbəs idi - çoban iti ona yol vermirdi. 
Arabada oturmuş yad adamlardan biri çığırdı: 
- Hey, Kolli, gəl bura! 
Uidon Skott güldü, dedi: 
- Eybi yoxdu, ata. Qoy Ağ Dişə dərs olsun. O, hələ 
burada çox şey öyrənəcək. Qoy elə, bəri başdan öyrənsin. 
İşin olmasın, birtəhər keçinər. 
Araba aralandı. Kolli isə hələ də Ağ Dişin qabağını 
kəsmişdi. Canavar balası onu ötüb qaçmağa çalışdı. O, 
yoldan dönüb otluğa cumdu, çoban iti isə bu biri tərəfdən 
downloaded from KitabYurdu.org


259 
qaçdı. Ağ Diş yenə onun cənginə keçdi. 
Canavar balası geri dönüb o biri otluğun içinə girdi, 
amma bu da mümkün olmadı. Ev iti onun qabağını 
kəsmişdi. Araba isə canavar balasının sahibini, Allahını 
aparırdı. Ağ Diş arabanın ağaclıqlar arasında yavaş-yavaş 
gözdən itdiyini gördü. O, çıxılmaz vəziyyətdə idi. Çoban 
iti əl çəkmirdi. Bu vaxt Ağ Diş ona tərəf döndü. Köhnə 
fəndlərini işlədib, əvvəlcə itin çiynindən, sonra 
ayaqlarından vurub yıxdı. Çoban iti o qədər bərk qaçırdı 
ki, Ağ Dişin zərbəsi onu kəllə-mayallaq aşırıb bir neçə dəfə 
yerdə fırlatdı. İt dırnaqları ilə yerdən yapışıb dayanmağa 
çalışır, ucadan zingildəyirdi. O, təhqir olunmuş 
qürurundan hiddətlənmişdi. 
Ağ Diş daha gözləmədi. Yol açıq idi və ona da elə bu 
lazım idi. Çoban iti isə vəngildəyə-vəngildəyə onun 
dalınca yüyürdü. Ağ Diş sürətlə qaçırdı. Çoban iti ona çata 
bilməzdi. O, hürə-hürə, haray-həşir sala-sala qaçır, bütün 
gücünü yığıb sıçramağa hazırlaşırdı. Ağ Diş isə sakitcə, 
arxayınçılıqla qaçırdı. 
Evə gəlib çatanda Ağ Diş sahibinin faytondan 
düşdüyünü gördü. Canavar balası evin girəcəyində 
dayandı. Bu vaxt ona hücum ediləcəyini başa düşdü. Onun 
üstünə şotland köpəyi şığıdı. Ağ Diş ona yaxşıca dərs 
vermək üçün hazırlaşmağa çalışdı. Lakin gec idi. 
downloaded from KitabYurdu.org


260 
Şotland köpəyi yetişmişdi. Köpək yandan Ağ Dişin 
üstünə cumdu. Bu gözlənilməz zərbədən Ağ Diş şar kimi 
yerdə diyirləndi. Amma ayağa duranda onun görkəmindən 
cin yağırdı, qulaqlarını başına sıxmışdı, dodaqlarım və 
bumunu qəzəblə əsdirirdi o, az qala dişlərini şotland 
köpəyinin boğazına batıracaqdı. 
Sahib köməyə yeridi. Amma o çatana kimi Kolli özünü 
yetirmişdi. Çoban iti şotland köpəyinin ölümcül 
yaralanmasına imkan vermədi. Kolli qasırğa kimi canavar 
balasının üstünə cumdu. Şimal cəngəlliyindən gəlmiş bu 
qonağa çoban itində nifrət oyanmışdı. Onun təhqir 
olunmuş ləyaqəti və ədavətli kini bu nifrəti yalnız 
alışdırmışdı. Cəngəllikdən gəlmiş qonaq bic idi, çevik 
fəndlərlə onu ötüb keçmiş, hələ bir Kollini yerə də 
sərmişdi. Buna görə də, Ağ Diş şotland köpəyinin işini 
bitirmək istəyəndə Kolli onun üstünə şığıdı və ikinci dəfə 
onun ayağından dişdəm götürdü. 
Bu vaxt hadisə yerinə çatan Skott Ağ Dişi tutdu, atası 
isə itləri geri çağırdı. 
Skott Ağ Dişi sakitləşdirə-sakitləşdirə donquldandı: 
- Arktikadan gəlmiş bu bədbəxt canavara yaxşı qəbul 
düzəldiblər burda. Ömründə cəmi bir dəfə onun 
ayaqlarından vurublar. Burda isə bu bir dəqiqənin içində 
iki dəfə yazığı kələ-mayallaq aşırıblar. Daha sözüm 
downloaded from KitabYurdu.org


261 
yoxdur. 
Araba çıxıb getdi. Evdən naməlum allahlar çıxdılar. 
Onlardan bəzisi sahibdən bir az aralı durmuşdu. Amma iki 
qadın yaxın gəlib Skottu qucaqladı. Ağ Diş bu düşmənçilik 
hərəkətinə yavaş-yavaş, tədricən öyrəşməyə başladı. 
Çünki bu hərəkətlər sahibinə heç bir xəta gətirmirdi, 
allahların ifadə etdikləri sözlərdə isə təhlükə hiss olunmur-
du. Naməlum adamlar Ağ Dişə də yanaşmaq istədilər. 
Ancaq canavar balası mırıldadı, Skott isə adamları 
xəbərdar etdi. Ağ Diş öz sahibinin ayaqlarına qısıldı, Skott 
onun başını nəvazişlə tumarlayaraq sakitləşdirdi. 
Şotland köpəyi əmr eşitdi: 
- Dik! Gəl yerinə görüm! 
Köpək pilləkənləri qalxıb aynabənddə uzandı, amma 
hürməyindən qalmayıb gözünü qonaqdan çəkmədi. Qadın 
allahlardan biri Kol- Iinin boynunu qucaqlayıb onu 
oxşamağa başladı. Amma Kolli heç cür sakit olmurdu
canavarın gəlişinə həyəcanlanmışdı. O mırıldayır, dişlərini 
qıcırdırdı. Kolliyə elə gəlirdi ki, canavar balasını it cinsinin 
içinə buraxan allahlar böyük səhv etmişlər. 
Allahların hamısı aynabəndə qalxdılar. Canavar balası 
sahibini bir addım belə gözdən qoymurdu. Dik yenə 
mırıldandı. Ağ Diş də tüklərini qabardıb cavab səsi 
çıxartdı. 
downloaded from KitabYurdu.org


262 
- Kollini evə aparın, - deyə Skottun atası dilləndi. - Bu 
ikisi isə qoy boğuşsun. Boğuşandan sonra barışıb dost 
olarlar. 
Skott güldü, dedi: 
- Onda, dostluğunu Dikə sübut etmək üçün Ağ Diş 
onun yasında mərsiyəçi rolunu oynamalı olacaq... 
Ata tərəddüdlə əvvəlcə Ağ Dişə, sonra Dikə, daha sonra 
isə oğluna baxdı. 
- Deyirsən yəni... 
Skott başını tərpətdi. 
- Düz deyirəm. Sizin it bir-iki dəqiqəyə məhv olacaq... 
Skott Ağ Dişə döndü: 
- Gedək, gəl gedək, zavallı canavar! Görünür, evə 
Kollinin yerinə səni aparmalı olacağıq... 
Canavar balası ehtiyatla pilləkənləri qalxdı və 
aynabəndə daxil oldu. O, quyruğunu qaldırmışdı, gözlərini 
isə Dikdən çəkmirdi, eyni zamanda evdə qarşılaşa biləcəyi 
gözlənilməz təhlükəyə də hazır durmuşdu. Amma evə 
girəndə heç bir hadisə baş vermədi. 
Otağın künclərini diqqətlə yoxladı, təhlükə olub-
olmadığına göz yetirdi. Sonra razılıqla mırıldanıb 
sahibinin ayaqları yanında uzandı. O, hər şeyə diqqət 
yetirir, ətrafdakı hadisələri izləyirdi. Ona elə gəlirdi ki, bu 
tələnin içində, hardasa böyük bir dəhşət gizlənib və o, 
downloaded from KitabYurdu.org


263 
həmin dəhşətlə hər an döyüşə girişməyə hazır idi. 


Yüklə

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin