YATMIŞ CANAVAR
Təxminən Həmin günlərin birində qəzetlər San-
Kventin həbsxanasından zalım bir məhbusun qaçması
xəbərindən yazmışdılar. Bu. elə bir şəxs idi ki, anadan
olandan pozulub korlanmışdı. Heç bir kömək
yeri olmayan bu şəxs cəmiyyətin amansız əllərinə
düşmüşdü. Bu əllərə düşən adam isə nəyə desən dönə
bilərdi. Bu, heyvan idi, insan cildində heyvan və onu
vəhşidən, yırtıcıdan başqa heç nə adlandırmaq olmazdı.
San-Kventin həbsxanasında onu heç cür tərbiyə edə
bilmirdilər. İnadım heç bir cəza sındıra bilmirdi. O, son
nəfəsədək vuruşmağa qadir idi, qəzəbliydi, amma
döyülmək və əzilmək istəmirdi. Nə qədər qəzəblə
coşurdusa, cəmiyyət onunla bir o qədər amansız rəftar
edirdi və bu amansızlıq yalnız onun qəddarlığını artırırdı.
Aclıq, çəkişmə, vuruşma! Cim Holl həyatda bunlardan
başqa bir şey görməmişdi. Çimlə uşaqlıqdan, lap
körpəlikdən belə rəftar etmişdilər. O, sütül bir uşaq olanda
San-Fransiskonun ucqar hissəsində yaşayırdı və bu vaxt
cəmiyyət onu necə istəsəydi formalaşdıra bilərdi.
Həbsxanada üçüncü dəfə yatanda Cim Holl özü kimi
zalım və yırtıcı bir gözətçiyə rast gəlmişdi. Gözətçi onu hər
cür təqib edir, ona nəzarətçilərin qabağında şər atırdı.
Beləliklə,
güzəştlərindən
də
məhrum
etmişdilər.
downloaded from KitabYurdu.org
290
Gözətçiylə Cim arasında fərq bunda idi ki, birinci cibində
açar və tapança gəzdirirdi, Çimin əlində isə heç nə yox idi.
Lakin bir dəfə o, gözətçinin üstünə atılıb cəngəlliklərdə
yaşayan vəhşi kimi dişlərini onun boğazına sancdı. Bundan
sonra Cim Hollu təka- damlıq kameraya saldılar. O, burada
üç il qaldı. Kameranın döşəməsi, divarları və damı
dəmirdən idi. Bu müddət ərzində bir dəfə də olsun Cim
kameradan çölə çıxmadı, bir dəfə də olsun hava, günəş üzü
görmədi. Gündüzlər kamera ala-toranlıq olurdu, gecələr
isə zülmət və sükunət. Cim Hollu diri-diri dəmir qəbrə
qoymuşdular. O, insan üzünə həsrət idi. Heç kəslə kəlmə
kəsə bilmirdi. Ona yemək ötürəndə Cim vəhşi kimi
bağırırdı. O, bütün dünyaya nifrət edirdi. O, qəzəbdən
bütün günü, bütün gecəni hönkürtüylə ağlayırdı, sonra
həftələrlə, aylarla susurdu, bu səssizlik zülmətində, onun
qəlbinə işləmiş zülmətin dəli sükutunda cınqırını
çıxarmırdı.
Sonra necə oldusa, gecələrin birində o qaçdı. Nəzarətçi
inad edirdi ki, bu, ağlagəlməz bir hadisədir, ola bilməz.
Amma kamera boş idi, onun qapısı ağzında öldürülmüş
gözətçinin meyiti qalmışdı. Həbsxanadan çıxana kimi daha
iki adam öldürmüşdü və onların hamısını Cim Holl öz
silahsız əlləriylə boğub öldürmüşdü.
Cim Holl gözətçinin silahını götürüb dağlarda
downloaded from KitabYurdu.org
291
gizlənmişdi. Onun başı üçün külli miqdarda qızıl pul
ayırmışdılar. Tamahkar fermerlər əllərində silah onun
dalınca düşmüşdülər. Onun qanının qiyməti hesabına oğlu-
uşağı kollecə göndərmək, ya da girov kağızı almaq olardı.
Guya vəzifə borcunu yerinə yetirmək məqsədilə əlisilahlı
adamlar Hollu axtarmağa çıxmışdılar. Cinayətkarları
axtarıb tapan itli dəstə də onun qanlı izinə düşmüşdü.
Adamların şikayətinə görə, axtarış qrupu telefonla zəng
çalır, teleqramlar göndərir, xüsusi qatarlar sifariş verir, öz
axtarışlarını gecə-gündüz davam etdirirdilər.
Hərdənbir Cim Holl öz təqibçilərinin gözünə
görünürdü. Bu zaman adamlar onu tutmaq üçün şücaət
göstərir, yaxud da onu axtarmaq üçün hər yerə
səpələnirdilər. Bundan sonra bütün şəhər bu barədə
qəzetlər vasitəsilə xəbər tuturdu. Adamlarla qarşılaşanda
Cim Holl bir neçəsini öldürür, yaralayırdı. Yaralananları
xəstəxanalara aparırdılar, onların yerini isə digər insan ovu
həvəskarları tuturdu.
Bundan sonra Cim Holl itdi. İtlər onun izinə düşdülər.
Silahlanmış adamlar günahsız fermerləri tutur, onlardan
pasport tələb edirdilər. Hollun başı üçün müəyyən edilmiş
pulu almaq ehtirası ilə yanan adamlar dağlardan neçə dəfə
onun “meyitini” tapıb gətirmişdilər.
Bu müddət ərzində Siyera-Vista malikanəsində də
downloaded from KitabYurdu.org
292
qəzetlər oxunurdu. Bu xəbərləri maraqdan çox, həyəcanla
izləyirdilər. Qadınlar qorxurdular. Hakim Skott xoruzlanıb
onlarla məzələnirdi. Cim Holl məhkəmədə onun qarşısında
dayanmış, öz ölüm hökmünü ondan dinləmişdi. Bu dəfə
Cim günahkar deyildi. Onu ədalətsiz mühakimə edirdilər.
Oğrular və polislər arasında buna “məhbəslə diyirlənmək”
deyirdilər.
Cim Hollu etmədiyi cinayətə görə həbsxanaya
diyirlətdilər. Onun əvvəllər iki dəfə həbsdə olduğunu
nəzərə alan hakim Skott əlli il həbs hökmü oxudu.
Hakim Skott işin nə yerdə olduğunu o qədər də bilmirdi
və şübhə etmişdi ki, o, istər-istəməz, sübut dəlillərinin
qondarma olduğuna görə, polislərlə əlaqəyə girmişdi. Cim
Hollun cinayətdə təqsiri yox idi. Cim Holl hakim Skottun
bütün işlərdən xəbərdar olduğuna əmin idi və bu ədalətsiz
hökmü ona kəsməklə Skott polisin əlindən tutmuşdu. Buna
görə də, hakim hökm oxuyanda, Cimə əlli ıl iş kəsəndə
(ölüm ondan yaxşıydı) Cim Holl həyatın onunla bu qədər
amansız olduğuna nifrət etmişdi və bu vaxt hiddətlənib
yerindən durmuşdu. O qədər hiddətlənmişdi ki, göy
mundir geyinmiş düşmənləri axırda onu vurub yerə
sərmişdilər. O, hakim Skottu ədalət pərdəsini yırtan təməl
daşı hesab
etmiş, onu öldürməklə hədələmişdi. Sonra isə Cimi diri-
downloaded from KitabYurdu.org
293
diri həbsxana kamerasında basdırdılar... O isə burdan
qaçdı.
Ağ Diş bütün bunlardan xəbərsiz idi. Amma onunla
sahibin arvadı Əlis arasında bir sirr vardı. Hər gecə, bütün
Siyera-Vista malikanəsi yatandan sonra Əlis çarpayıdan
durub Ağ Dişi salona buraxırdı. Ağ Diş otağa
öyrəşməmişdi. O, ev iti deyildi və evdə gecələyə bilmirdi.
Sübh tezdən isə heç kəs yuxudan durmamış Əlis yerindən
səssizcə qalxıb canavar balasını həyətə buraxırdı.
Belə gecələrin birində hamı yuxuya gedəndən sonra Ağ
Diş ayıldı və yerində səssizcə uzandı. O, evdə naməlum bir
Allahın olduğunu duydu. Addım səsləri eşitdi. Ağ Diş
hürmədi. Bu, onun adəti deyildi. Naməlum Allah səssizcə
addımlayır, canavar isə hənirsiz onu izləyirdi. Çünki onun
bədəninə ilişən paltarı yox idi. O, səssiz hərəkət edirdi.
Şimal cəngəlliyində ürkək quşları tutmaq müyəssər
olmuşdu və o, quşu qəflətən qamarlamağın vacib olduğunu
bilirdi.
Naməlum Allah pilləkənin yanında dayanıb qulaq
verdi. Ağ Diş tərpənmədi, durmuşdu, hərəkət etmirdi və
səbirlə nə olacağını gözləyirdi. Pilləkən dəhlizə çıxırdı.
Burda onun sahibinin otağı yerləşirdi və orada sahibin əziz
və doğmaları yatırdılar. Ağ Diş tüklərini qabartdı, amma
səssiz-səmirsiz gözlədi. Naməlum Allah ayağını pillələrə
downloaded from KitabYurdu.org
294
qoyub yuxarı qalxmağa başladı.
Elə bu an Ağ Diş cumdu. O, bunu heç bir xəbərdarlıq
etmədən gördü, heç mırıldamadı da. Onun bədəni havada
ox kimi vıyıldadı və o, düz naməlum Allahın kürəyindən
yapışdı. Ağ Diş onun çiyinlərindən sallanıb dişlərini
boğazına batırdı. O, bütün ağırlığını naməlum Allahın
üstünə salıb, bircə dəqiqədə onu arxası üstə yıxdı. Hər ikisi
döşəməyə sərələndi. Ağ Diş kənara sıçradı, naməlum adam
təzəcə ayağa qalxmaq istəyirdi ki, canavar balası yenə
onun üstünə şığıdı, dişlərini yenə onun boğazına batırdı.
Siyera-Vista mülkünün sakinləri hövlnak yuxudan
ayıldılar. Pilləkəndən gələn səs-küydən düşünmək olardı
ki, orada böyük bir şeytan sürüsü döyüşür. Güllə açıldı: bir,
iki, üç... Kimsə dəhşət və ağrıdan inildədi. Sonra dəhşətli
mırıltı eşidildi. Və bütün bu səslər yıxılan mebelin
tarappıltısına və sınan şüşələrin cingiltisinə qarışdı.
Lakin səs-küy birdən qalxdığı kimi birdən də kəsildi.
Bütün bunlar cəmi üç dəqiqə çəkmişdi. Sakinlər təşviş
içində pilləkənin yuxarısına yığışdılar.
Aşağıda qaranlıqdan xırıltılı səslər gəlirdi. Elə bil
suyun üstündə hava köpüklənirdi. Tədricən xırıltı iisıltıyla
əvəz olundu, lap fit səsini xatırlatdı. Amma bu səslər də
tezliklə kəsildi, sanki kimsə güclə hava udurdu.
Uidon Skott işığı yandırdı. Pilləkən və dəhliz işıqlandı.
downloaded from KitabYurdu.org
295
Sonra hakimlə oğlu əllərində tapança ehtiyatla aşağı
düşdülər. Artıq gec idi. Ağ Diş öz işini görmüşdü.
Yıxılmış, sınmış mebelin arasında bir adam böyrü üstə
uzanmışdı, üzü əlləri ilə örtülüydü. Uidon Skott əyilib
həmin adamın üzünü açdı. Boğazında qızaran yaralar onun
ölümünün labüdlüyünü sübut edirdi. Hakim Skott qışqırdı:
- Cim Holl!
Ata və oğul bir-birinə mənalı-mənalı baxdılar, sonra Ağ
Dişə nəzər saldılar. Canavar balası da böyrü üstəydi.
Gözləri yumuluydu, amma adamlar onun üstünə əyiləndə
kirpiklərini qaldırıb baxmağa çalışdı, quyruğunu zorla
tərpətdi. Uidon Skott Ağ Dişi tumarladı və sığallanan
heyvan astadan mırıldandı. Amma bu mırıltı elə o dəqiqə
kəsildi. Ağ Dişin kirpikləri qırpılıb yumuldu, elə bil bütün
bədəni boşaldı və döşəmənin üstünə düşdü.
Skott pıçıltıyla:
- Zavallı, səninki qurtardı... - dedi.
- Hələ bilmək olmaz - deyə hakim Skott telefona
cumdu.
Ağ Dişin böyür-başını təxminən saat yarım nəzərdən
keçirən cərrah dedi:
- Düzü, onun yaşamasına ümidim yoxdur, mindən biri
sağ qalır.
Pəncərədən düşən ilk günəş şüaları elektrik işığını
downloaded from KitabYurdu.org
296
avazıtdı. Uşaqlardan savayı bütün ailə üzvləri cərrahın
başına yığışmışdı. Görəsən, cərrah Ağ Diş barədə nə
deyəcək?
Cərrah deyirdi:
- Dal ayaqları, qabırğalarının üçü sınıb, biri isə,
deyəsən, yüngülcə zədələnib, çox qan itirib. Ola bilsin ki,
başqa daxili zədələri də var. Görünür, onu təpikləyiblər.
Hələ güllələrin üçünün də deşib keçdiyini demirəm. Yox,
vəziyyəti çətindir, ümid çox azdır. Bir faiz güman varsa, o
da bəlkə çoxdur.
Hakim Skott ucadan dedi:
- O bir faiz ümidi itirmək olmaz! Nə qədər desəniz pul
verəcəyəm. İşığa salın, nə lazımdı, edin... Uidon tez San-
Fransiskoya teleqram vur, doktor Nikols gəlsin. Siz Allah,
inciməyin, doktor. Biz sizə inanırıq. Amma belə it üçün
gərək mümkün olan hər şeyi edəsən.
- Əlbəttə, əlbəttə! Başa düşürəm. Bu it ona layiqdir. O,
insan kimidi, qayğısına gərək qalasan. Xəstə uşağa qulluq
göstərdiyin kimi gərək ona baxasan. İstiliyini həmişə
yoxlayın. Saat onda bir də gəlib baxaram.
Ağ dişə insan kimi baxır, qulluq edirdilər. Hakimin
qızları xəstəyə baxan qadın çağırmağın əleyhinə oldular,
onlar bu işi öz öhdələrinə götürdülər. Ağ Diş isə cərrahın
ondan imtina etdiyi o yeganə ümidi həyatdan qopartdı.
downloaded from KitabYurdu.org
297
Əlbəttə, səhv etdiyinə görə cərrahı qınamaq olmaz. O,
nərmənazik insan bədənlərini dəfələrlə sağaltmış, neçə
nəslin bədənində cərrahiyyə əməliyyatı aparmışdı. Ağ
Dişlə müqayisədə həmin xəstələrin hamısı kövrək və zəif
idilər və həyatdan yapışa bilmirdilər. Ağ Dişsə şimal
cəngəlliyindən çıxmışdı. Bu cəngəllik heç kəsi kövrək və
zərif etmir, bu cəngəllik zəifləri məhv edir. Nə onun ata-
anasında, nə də əcdadlarında zəriflik əlaməti olmuşdu.
Şimal çöl- lüyü ağ Dişə dəmir orqanizm bəxş etmiş, onu
möhkəmlətmişdi. O, bütün ruhu, canı, nəfəsiylə həyatdan
bərk-bərk yapışmışdı. Bu inadkarlıq, yaşamağa ehtiras hər
hansı canlı varlığa xas idi.
Ağ Dişi gipsə salıb möhkəm sarımışdılar. Tərpənə
bilmirdi, həftələrlə ölümlə əlbəyaxa oldu. Çox yatırdı,
çoxlu yuxular görürdü və onun beynində bitib-tükənməyən
şimalın xəyalı canlanırdı. Ötən günlər təzədən oyanmışdı.
Hər tərəfdən Ağ Dişə əl uzadırdılar, o, yenə mağarada,
Kiççi ilə yaşayırdı, bütün bədənini əsdirərək Qrey Biverin
ayaqları altında sürünür, ona öz itaətkarlığını beləcə ifadə
edirdi, o, Lip-lipin təqiblərindən canını qurtarmağa çalışır,
qaçıb aradan çıxırdı...
Ağ Diş yenə sakit meşədə qaçırdı. Yenə aclıq içində ov
etməyə çıxmışdı, o yenə özünü kirşənin başında görür,
Mit-sahm, Qrey Biverin qırmanclarının yelləndiyini,
downloaded from KitabYurdu.org
298
qışqırıqlarını, “Hoydu”, “hoydu!” demələrini eşidirdi.
Kirşələr dərəyə qoşqu bir-birinə dəyirdi. Ağ Dişin
qarşısında onun Göyçək Smitlə bağlı günləri, məşəqqətli
həyatı, döyüşləri canlanırdı. Belə anlarda o zingildəyirdi,
mınldayır, yanında oturan adamlar isə deyirdilər ki, Ağ
Diş, yəqin, yenə pis yuxu görür.
Amma hər şeydən əvvəl ən əzabverici şey hər gün
təkrar olunan dəhşət idi; Ağ Diş yuxuda tramvay görürdü,
onun cingiltili səsini eşidirdi. Bu tramvay dəhşətlə
nərildəyə-nərildəyə, cırıldaya-cırıldaya onun üstünə
gəlirdi, lap elə bil nəhəng, güclü vaşaq kimi gəlirdi. Budur,
Ağ Diş kolluqda gizlənir, uzanıb sincabın ağacdan yerə
düşməsini gözləyir. Bax o öz ovunun üstünə atılıb və...
Sincab o saat dönüb olur vahiməli tramvay. Bu nəhəng
maşın onun üstündə nərildəyir, elə bil
üstünə dağ aşır, sonra uğuldayır, od püskürür. Qartal da
onun kimi. O da göydən daş kimi yerə düşürdü və o da
tramvaya dönürdü. Ağ Diş özünü yenə Göyçək Smitin
qəfəsində hiss edirdi. Onun başına adamlar yığışır və o
bilir ki, tezliklə yenə vuruşma-boğuşma başlanacaq. Qapı-
ya baxır, öz rəqibini gözləyir. Bu vaxt qapı açılır və həmin
dəhşətli tramvay yenə onun üstünə gəlir. Belə dəhşətli
qarabasmalar hər gün təkrar olur, ona hər gecə yuxuda
əzab verirdi.
downloaded from KitabYurdu.org
299
Nəhayət, gözəl günlərin birində onun sarğısını açdılar,
gipsini götürdülər. Bu gün necə də təntənəli gün idi! Bütün
Siyera-Vista Ağ Dişin yanındaydı. Sahib, onun Allahı
zavallı canavar balasının qulağının dibini qaşıyır, o isə
yumşaq nərilti ilə öz canavar mahnısını oxuyurdu. Skottun
arvadı Ağ Dişə "Misilsiz Canavar” adı qoydu. Bu təzə ad
heyrətlə, sevinclə qəbul olundu. Bütün qadınlar təkrar
etməyə başlamışdılar: “Misilsiz Canavar!”.
Misilsiz Canavar ayağa durmağa çalışdı. Lakin
səndirləyib yıxıldı. Sağalmağa hələ vardı, əzələləri öz
gücünü və çevikliyini itirmişdi. O öz zəifliyindən utanırdı.
Elə bil allahların yanında günah işlətmişdi. Var gücünü
toplayaraq, axır ki, pəncələri üstə qalxdı, o tərəf-bu tərəfə
silkələndi. Qadınlar bir ağızdan qışqırıb dedilər:
- Misilsiz Canavar!
Hakim Skott təntənəli baxışlarla qadınları süzüb
dilləndi:
- Sizin sözünüzdə həqiqət var! Mən həmişə bunu təsdiq
edirdim. Heç bir it Ağ Diş kimi edə bilməzdi. O canavardır,
əsl canavar!
- Bəli, misilsizdir, — deyə hakim razılaşdı. - Bundan
sonra mən onu elə beləcə çağıracağam; Misilsiz Canavar!
Həkim dedi:
- O təzədən yeriməyi öyrənməlidir. Qoy elə indidən
downloaded from KitabYurdu.org
300
başlasın. Onu həyətə düşürün.
Ağ Diş həyətə düşdü. Siyera-Vista malikanəsinin bütün
sakinləri iftixarla onun dalınca düşdülər. Zavallı canavar
çox zəifləmişdi, çəmənliyə çatan kimi otun üstündə
uzandı, bir az dincini aldı. Sonra əməliyyat davam etdi, hər
addımdan sonra Ağ Dişə tədricən güc gəlməyə başladı.
Damarlarındakı qan daha coşqun dövran edirdi. Tövləyə
çatanda darvazanın ağzında Kollini gördü. Kolliniıı dörd
yanında altı dənə sağlam küçük günəş şüaları altında
xumarlanırdı.
Ağ Diş küçüklərə anlaşılmaz heyrətlə baxdı. Kolli
hiddətdən mırıldandı və Ağ Diş ona yaxın durmamağı
qərara aldı. Skott çəmən
liyin üstündə sürünən küçüyü ayağı ilə Ağ Dişə tərəf'
itələdi. Ağ Diş tüklərini qabartdı, amma Allah onu
sakitləşdirdi. Bet Kollini tutmuşdu. İt Ağ Dişdən gözünü
çəkmir, mırıltısıyla bildirmək istəyirdi ki, arxayın olmaq
hələ tezdir.
Balaca küçük Ağ Dişə sarı süründü. Ağ Diş qulaqlarını
şəkləyib maraqla ona baxdı. Sonra onlar burunlarını bir-
birinə toxundurdular. Və küçük öz isti diliylə canavarın
çənəsini yalamağa başladı. Ağ Diş qeyri-ixtiyari olaraq
özü də dilini çıxarıb küçüyün üz-gözünü yaladı.
Allahlar sevincək halda bir-birini təbrik edir, əllərini
downloaded from KitabYurdu.org
301
sıxırdılar. Ağ Diş təəccüblü, anlaşılmaz baxışlarıyla onlara
göz qoyurdu. Bu vaxt özündə yenə zəiflik hiss etdi, yenə
səndirləndi, uzanaraq başını yana əydi. O biri balaca
küçüklər də onun yanına süründülər. Kolli narahat olsa da,
Ağ
Diş
küçüklərin
Yüklə Dostları ilə paylaş: |