Dr. Recep Albayrak Türklerin İranı


KÜREK-ÇAYI MUKAVELESİ/ ANTLAŞMASI



Yüklə 9,25 Mb.
səhifə360/430
tarix07.01.2022
ölçüsü9,25 Mb.
#82928
1   ...   356   357   358   359   360   361   362   363   ...   430
KÜREK-ÇAYI

MUKAVELESİ/ ANTLAŞMASI

14 Mayıs 1805/ Sefer ayı 1220
TRAKTATIN LAYİHӘSİ
QADİR ALLAH NAMİNӘ
Biz, yә’ni Şuşalı vә Qarabağlı İbrahim Xan ve bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfәttişliyinin infanteriya müfәttişi ki, Pavel Sisianov, olduqca mәrhәmәtli böyük İ.Ә.(İmperator Ә’lahәzrәtlәri) Aleksandr Pavloviçin verdiyi tam sәlahiyyәt vә ixtiyarla Allahın kömeyi ilә Şuşalı vә Qarabağlı İbrahim Xanın bütün ailәsi, nesli ve ölkәsi ilә Bütün Rusiya İmperiyasının vә indi baxtiyarlıqla hökmranlıq eden böyük İ.Ә.Aleksandr Pavloviç vә onun yüksek varislәrinin әbәdi tәbәәliyini qәbul etmәsi mәsәlәsinә başlayarak aşağıdakı şәrtlәri bağladıq, qәrara aldıq ve imzaladıq:
Birinci maddә
Mәn Şuşalı vә Qarabağlı İbrahim Xan öz adımdan, varislәrim vә vәliәhdlәrim adından İran vә ya hәr hansı ad altında olsa da, hәr cür asılılığından tәntәnәli surәtdә hәmişәlik imtina edirәm ve bütün dünya qarşısında bununla bildirirәm ki, mәn özüm vә varislәrim üzәrinde Bütün Rusiyanın böyük İ.Ә.-nin vә onun yüksek varislәrinin vә vәliәhdlerinin ali hakimiyyәtinden başqa heç bir dövlәtin hakimiyyәtini tanımıram, hәmin taxt-taca sәdaqet vә’d edirәm, çünki onun sadiq quluyam vә bu haqda, adәtә göre, muqәddәs Qur’ana and içmәliyәm.
İkinci maddә
İ.Ә. zati-alilәri (Xan) hәzrәtlәrinin bәlә sәmimi söz vәrmәsini qәbul edәrәk, özünün vә vәliәhdlәrinin adından İmperator sözü ilә vә’d edir vә söz verir ki, onlar zati-alilәri Şuşalı ve Qarabağlı İbrahim Xandan vә onun varislәrindәn öz sadiq tәbәәlәri kimi mәrhәmәt ve nәcib havadarlığını heç vaxt әsirgәmәyәcәklәr, buna subut olaraq İ.Ә. zati-alilәrinin (Xanın) vә onun varislerinin ölkәsinin bütövlüyünün saxlanmasına öz imperator zәmanәtini vәrir

Üçüncü maddә


Zati-alilәri Mәn Şuşalı vә Qarabağlı İbrahim Xanın Bütün Rusiya İmperatorlarının vә onların vәliәhdlәrinin öz üzerinde ali ve yәganә hakimiyyәtini bәlә sәmimiyyәtlә qәbul etmәsi muqabilinde qәrara alınır ki, adı çәkilәn xan, ondan sonra isә böyük oğlunun vә bu qayda ilә nәslin yaşca sonrakı böyüyü irsәn xanlığa bәrqәrar olmaq haqqında dövlәt möhrü ilә tәsdiq edilmiş imperator fermanından ibarәt investitura adından sonra bütün Rusiya İmperiyasının tәbәәliyinә sadıq olmasına, özü vә varislәri üzәrindә Bütün Rusiya İmperatorlarının ali vә yeganә hakimiyyetinin tanınmasına tәntәnәli surәtde and içmәlidirlәr. Andın forması traktata elave olunur ki, indi hakim olan Şuşalı vә Qarabağlı İbrahim Xan bu mәrasimi Gürcüstan Baş hakimini ve bu qәtnamәni başa çatdıran inf.-gen. knyaz Sisiyanovun iştirakı ilә yәrinә yәtirsin.
Dördüncü maddә
Mәn, Şuşalı vә Qarabağlı İbrahim Xan, mәnim vә varislәrimin Bütün Rusiya İmperiyasına sadıq tәbәәliyimiz vә hәmin imperiyanın ışıqlı ali vә yәqane hakimiyyәtini qәbul etmәyimiz haqda mәnim mövqәyimin tәmizliyini göstermәk üçün Gürcüstan Baş hakimi ilә qabağcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlәrlә әlaqә saxlamamağa, onlardan elçilәr gәlәrsә vә ya mәktub göndәrilәrsә, onlardan mazmunca tutarlı olanları baş hakimә göndәrmәyә vә ondan icazә istәmәyә, dәyәri az olanlarlar haqda isә mә’lumat vәrmәyә vә Gürcüstan Baş hakimi tәrәfindәn mәnim yanıma tә’yin edilmiş şәhsә mә’lumat vәrmәyә vә onunla mәslәhәtlәşmәyә söz vәrirәm.
Beşinci maddә
İ.Ә.-i Şuşalı vә Qarabağlı İbrahim Xanın ölkәsi üzәrindә özünün ali vә yәganә hakimiyyәtinin tanınmasını razılıqla qәbul edәrәk, özünün vә vasilәrinin adından söz verir: 1) hәmin ölkәnin xalqlarını Böyük Rusiya İmperiyasının sakinlәrinden az da olsa ayırmayaraq öz tәbәәlәri sayacaqdır. 2) İbrahim Xan zati-alilәrinin vә onun ocağından olan varislәrinin vә arxasının Qarabağ Xanlığı üzәrindә hakimiyyәti dәyişilmәz saxlanacaqdır. 3) Daxili idarә etmә ilә bağlı hakimiyyәt işlәri, mәhkәmә vә divanxana işlәri, bununla yanaşı ölkәdәki yığılan gәlir zatı-alilәrin (Xanın) sәlahiyyәtindә qalacaqdır. 4) Zati-alilәrinin vә onun sülalәsinin, elәcәdә onun ölkәsinin qorunması üçün Şuşa qalasına 500 nәfәrlik Rusiya qoşunu qәrargah vә baş zabitlәri ilә, (habelә) toplarla birlikdә yeridilәcәk, ciddi müdafiә üçün isә Gürcüstan Baş hakimi şәrait vә ehtiyaca görә bu dәstәni güclәndirәcek vә zati-alilәrinin ölkәsini Bütün Rusiya İmperiyasına mәxsus olan bir ölkә kimi hәrbi quvvә ilә müdafiә edәcәkdir.
Altıncı maddә
Mәn, Şuşalı vә Qarabağlı İbrahim Xan, mәnim sadiq tәbәәlik istәyimin әlamәti olaraq söz vәrirәm: 1) İstәr indi, istәrsә de sonralar yuxarıda adı çәkilәn qoşuna lazım olan buğda vә darı yarmasını (Gürcüstan) Baş hakiminin müәyyәn ettiyi qiymәtlә tәdarük edәcәyәm, çünki onların Yelizavetpoldan gәtirilmәsi ya çox çәtindir ya da tamamilә qeyri mümkündür. 2) Qoşunların Şuşa qalasına yәrlәşmәsi üçün qoşun rәisinin bәyәndiyi evlәri ayıracaq vә lazimi qәdәr odunla tә’min edәcәyәm. 3) Şuşa qalasına Yelizavetpol tәrәfindәn yoxuşu sahmana salacaq ve yolu arabaların qedişi üçün yararlı edәcәyәm. 4) Hökümәt Şuşa qalasından Cavada qedәn yolu qaydaya salmaq istәsә, onda bu iş üçün lazımi olan işçilәr hökümetin müәyyәn etdiyi mәzәnnә ilә mәnә vәrilmәlidir.
Yeddinci maddә
İ.Ә.-nin zati-alilәri Şuşalı vә Qarabağlı İbrahim Xana vә onun varislәrinә böyük ehtiram vә mәrhәmәt әlamәti olaraq onu vә varislәrinin üzәrindә Bütün Rusiya İmperiyasının gerbi olan bayraqla tәltif edir, bayraq onun yanında saxlanmalı vә bu ölkә üzәrindә әlahәzrәt tәrәfindәn bәxş edilmiş xanlıq ve hakimiyyәt rәmzi kimi muharibәyә gәdәndә özü ilә aparılmalıdır.

Sekkizinci maddә


Mәn, Şuşalı vә Qarabağlı İbrahim Xan, İ.Ә.-nin yüksәk razılığı ilә özümün gelirimden hәmişәki kimi istifadә etmәyә icazem olduğundan İ.Ә.-nin Tiflisdә yәrlәşәn xәzinәsinә ildә 8000 çervon bac vermәyi öhdemә alıram, bac iki müddәtә, yә’ni bir hissәsi fevralın 1-dә, o biri hissәsi isә sәntyabrın 1-de, özü de bu traktatın İ.Ә. tәrәfindәn tәsdiqi zamanı birinci hissәsinin, yә’ni 4000 çervonun ödәnişi ilә başlanır. Bundan başqa Asiya qayda-qanunu ilә and içmәklә yanaşı, mәn böyük oğlum Mәmmәdhәsәn-Ağanın ikinci oğlu Şükürallahı hәmişәlik Tiflisdә yaşamaq üçün qirov vәrmәliyәm.

Doqquzuncu maddә


İ.Ә. özünün xususi mәrhәmәti ilә, Tiflisdә sәdaqәt bildirmәk üçün saxlanılmalı olan zati-alileri (Xanın) nәvәsinin dolanışlığı üçün Rusiya pul vahidi ile günde 10 gümüş manat iltifatla bexş edir.
Onuncu maddә
Bu muqavilә әbәdi müddәtә bağlanır ve bundan bәlә hemişelik heç bir dәyişikliyә uğramamalıdır.
On birinci maddә
Bu traktın İ.Ә. tәrәfindәn onun dövlәt möhürü vurulmuş Ali Fәrmanı ilә tәsdiqi bu sәnәdin imzalanmasından 6 ay gәçәnәdәk vә ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakıların hәqiqәtә uyğun olduğunu (bildirmәk) üçün aşağıda imza edәnlәr Yelizavetpol dairәsinin düşerqesinde, Kürәk çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-de (Müselman tәqvimi ile 1220-ci il Sәfәr ayında) bu meddelere qol çәkәrәk öz möhürlerini vurdular. (Трактат Между КараБахской Ханом и Российской Империей о Переходе Ханства Под Власть России От 14 Мая 1805 Года, ‘Акты, ТиФлись 1868’/ Азәрбајҹан тарихи узрә гајнаглар. Бакы 1989, сәh. 272-276)





Yüklə 9,25 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   430




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin