Dr şİrvani "Dlvan"



Yüklə 155,84 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü155,84 Kb.
#108707
1   2   3   4
Bənna bu binada qoyduğu hər daşm müqabilində Mükafatdan başqa hədsizsavab qazanacaq!(6)

Şairin XV yüzillikdə qələmə aldığı bu sözlərində də böyük haqq, ədalət vardır. Çünki bənna hansısa adi bir binanı yox, həqiqətən də əsl sənət əsərini, gözəlliyin özünü yarada bilmişdi. Əsrlər ötüşür, hörgüsündə qızılı, ağ rəngli enli və ensiz daşla-rın növbələşdiyi saray isə günəş şüalarmın tə"siri altında ilin ayrı-ayrı çağlarmda müxtəlif çalarlara çalır, firuzəyi kaşılarla üzlənmiş günbəz və qübbələri göz oxşaya-raq insanları valeh edirdi. Bu səbəbdən də bənnanın qazandığı savab hədsizdir, dün-ya durduqca, saray da durur, saray durduqca, bu savab əməlin bəhrəsi olan gözəllik də yaşayır. Şair yazır:



Xarratm onun üstündə düzəltdiyigünbəz (qübbə)

Fələyin mühəndislərinə nümunə olacaq(7).

Burdan görünür ki, orta əsrlərdə günbəz və ya qübbə qaldırılmazdan, burada əv-vəlcə taxta işləri, yə"ni xarrat işləri görülürmüş və yalnız bundan sonra günbəz yığı-lırmış. Günbəzin mütənasibliyi, dəqiq ölçü biçimi xarratm ustalığından, onun işinin keyfıyyətindən asılı olurdu. §air xarratın saray üzərində quraşdırdığı günbəzin mütə-nasibliyini Allah-talanın hökmü ilə, ilahi güclə yaradılanlarm — təbiət möcüzələrinin mütənasibliyinə qarşı qoyur. Bədr Şirvani yer üzündəki bütün canlı varlıqların ən alisi olan insan dühasının bu nailiyyətini təbiət m6"cüzələri üçün bir nümunə sanır və bunu şerində belə verir:



Belə naxışlarm qarşısmda rəssam naxış çəkə bilər Oyalnız utandığmdan rəng verib - rəng ala bilər. Sanki şəfəq hər səhər öz rəngini ona edib, О göy kimi та vı', günəş kimi qızıhdır(8).

500 ildən artıq bir müddət keçib, amma şairin haqlı sualı hələ də öz gücündədir. Saray kompleksinin digər abidələrində qorunub saxlanmış islimi naxış şəbəkələri -timpanlardakı arabeskalar həqiqətən də mükəmməl sənət nümunələridir, məhz bu səbəbdən rəssamlar, nəqqaş və me'marlar, dizaynerlər bu gün də bu ornamentlərdən bəhrələnirlər. Çox təəssüflər olsun ki, bu gün bu naxış şəbəkələri saray binasında qorunmamışdır. Lakin Bədrin yuxarıdakı dörd misrada yazdığını saray binasının həm eksteryerinə, həm də interyerinə aid etmək lazımdır. Çünki onun yazdığmdan belə mə'lum olur ki, sarayın günbəzlərində səhər şəfəqinin rəngləri var imiş, onlar goy kimi mavi, günəş kimi qızılıymış. Əgər biz sarayı görmək şərəfmə nail olmuş alim və səyyahlarm yol qeydlərini, əsərlərində verdikləri sarayın təsvirlərini nəzərə al-saq, onda Bədr Şirvaninin 'Divan' ını tam cür'ətlə mö'təbər mənbə hesab etməliyik. Məsələn, 1734-çu ildə Bakıdan keçən lohann Lerx sarayı görmüş və onun təsvirin vermişdir. Bu təsvirdə göstərilir ki, sarayın dam örtüyü (günbəz və qübbələri) fıruzə-yi rəngli daşlarla, yə ni kaşı parçaları ilə örtülmüşdür (9).



XX əsrin 37-39-cu illərində sarayda təmizləmə-qazmtı işləri aparmış rus arxeolo-qu V.N.Leviatov isə «Памятники Азербайджанской культуры (Бакинский дворец Ширваншахов)» adlı kitabçasmda yazır: Saraym ərazisində müxtəlif yerlərdə bütöv kaşı parçalarma və onların fraqmentlərinə rast gəlinir: onlann bə"ziləri lekal, yə"ni əyri səthə malikdir. Bu о deməkdir ki, onlar günbəzlərin üzlənməsi üçün istifadə edilə bilərdi (10). Bu qiymətli fakt isə özü-özlüyündə ı.Lerxin və Bədr Şirvaninin söylədiklərini real surətdə təsdiqləyir. Saray şairinin yazdığından belə nəticə çıxar-maq olar ki, saraym interyeri — iç səhmanı da son dərəcə gözəl naxışlarla bəzədilib-miş. Bədrin verdiyi bu mə'lumatı təsdiqləyən daha bir tarixi fakta nəzər yetirək. Bakı qubernatorunun 1892-ci il hesabatmda göstərilir ki, sarayın daxilində və bə"zi digər tikililərində tə"mir və yenidənqurma işləri onunla nəzər — diqqəti cəlb edir ki, tag-bend və cünbəzlərin hər yerdə mozaik, yəni naxışlı səthləri məhv edilmiş, tağbənd-lərin bir hissəsi arakəsmələrlə əvəz edilmiş, bəzi yerlərdə pəncərələr açılmış, digər yerlərdə — Divanxanada isə əksinə keçidlər tutulmuşdur (11). Mədhin başqa bir yerində şair yazır:


Yüklə 155,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin