Gəlirlə əlaqədar yoxsulluğun yarıbayarı azaldılması
2001-ci ildə Azərbaycan əhalisinin təqribən 50 faizi yoxsulluq vəziyyətində yaşayırdı. Rəsmi hesablamalara görə, 2004-cü ildə əhalinin 42.5 faizi yoxsul idi.
Mümkündür. Neft sektorundakı bum, habelə qeyri-neft sektorunda yeni iş yerləri yaradan iqtisadi fəaliyyətlərin genişlənməsi və sosial təminat sistemi siyasətləri, güman ki, Azərbaycanın bu məqsədə 2015-ci ildən daha tez çatmasına imkan verəcəkdir.
Natamam orta təhsil sahəsində (1-9-cu siniflər) qəbulun səviyyəsi 90 faizdən xeyli yüksək olsa da, yoxsul əhali arasında təhsili yarımçıq qoyanların sayı yoxsul olmayanlarla müqayisədə daha yüksəkdir. Bu sektorla əlaqədar narahatçılıqlar daha çox keyfiyyətlə bağlıdır ki, buraya getdikcə daha da qloballaşan iqtisadiyyatın tələblərinə cavab vermək üçün zəruri bilik və bacarıqların yaradılması ehtiyacı da daxildir.