Draft confidential


Qoşma 6 İnkişaf Sahəsində Tərəfdaşlarla Əməkdaşlıq



Yüklə 1,78 Mb.
səhifə108/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   104   105   106   107   108   109   110   111   112
Qoşma 6
İnkişaf Sahəsində Tərəfdaşlarla Əməkdaşlıq
Bank, xüsusilə struktur islahatları sahəsində, inkişaf məsələləri ilə məşğul olan digər tərəfdaşlarla yaxından əməkdaşlıq edir. Bütövlükdə islahat proqramı çərçivəsində Bankın SAK-II və Yoxsulluğun Azaldılmasına Yardım Krediti vasitəsilə göstərdiyi dəstək və BVF-in maliyyələşdirdiyi Yoxsulluğun Azaldılması və İqtisadi Artıma Dəstək Kredit Mexanizmi (PRGF) arasında sıx əlaqələndirmə aparılmışdır. 2004-cü ilin dekabr ayında PRGF-in dördüncü icmalı qənaətbəxş şəkildə başa çatdırılmış və 2005-ci ildə proqram yekunlaşdırılmışdır. AİB, Avropa İttifaqı və İİB mövcud potensialın artırılması sahəsində həlledici əhəmiyyətli dəstək göstərmişlər. Avropa İttifaqının TACİS proqramı vergi sisteminin müasirləşdirilməsinə kömək etmişdir. Bank Xəzinədarlıq Sistemləri, Dövlət İnvestisiya Proqramı və kommunal islahatlar sahəsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə vahid komanda kimi işləmiş və büdcə islahatı sahəsində ABŞ Xəzinədarlığı ilə birgə iş aparmışdır. Bank ARDNŞ-in restrukturizasiyası ilə əlaqədar AYİB və ABŞ Ticarət və İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq etmişdir. Eyni zamanda, YAİİDP-in tərtibi və icrasına dəstək vermək üçün Dünya Bankı öz səylərini AİB, İsveçrə və BMTİP ilə birləşdirmişdir. BMTİP MİM-lərin monitorinqinin YAİİDP-in icra vəziyyəti üzrə sonuncu hesabata daxil edilməsinə xüsusilə kömək etmişdir. Bank, BVF və hökumət arasında intensiv üç istiqamətli dialoq və digər donorlarla, xüsusilə Avropa İttifaqı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə sıx əməkdaşlıq makro/maliyyə, menecment/ idarəetmə mühitində əldə edilən nailiyyətlərə dəstək vermişdir. Ölkəyə Yardım Strategiyasının davam etdiyi müddətdə bu əməkdaşlıq aşağıdakı əsas sahələri əhatə edir:



  • Makroiqtisadi idarəetmə və dövlət xərcləri. Bank BVF-lə sıx əməkdaşlığını davam etdirəcəkdir. Xəzinədarlığın müasirləşdirilməsi ilə əlaqədar, Bank ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə birlikdə avtomatlaşdırma sahəsini maliyyələşdirir. Bundan başqa, Bank Dövlət İnvestisiya Siyasəti və onun Səmərəliliyi (DİSS) layihəsi üzrə fəaliyyətlərini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə əlaqələndirir – bu layihə çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və digər seçmə əlaqədar nazirliklərdə əsaslı xərclər büdcəsinin tərtibi, investisiya layihəsinin hazırlanması və uzunmüddətli büdcənin planlaşdırılmasının təkmilləşdirilməsinə dəstək verilir. ABŞ Xəzinədarlığı büdcənin tərtibi prosesinin təkmilləşdirilməsi və büdcənin proqram əsasında hazırlanmasına keçmək üçün Maliyyə Nazirliyi ilə uzun müddət ərzində bir sıra fəaliyyətlərin aparılmasına dəstək verir.




  • Maliyyə sektoru. BİA və BVF 2005-ci il üzrə Maliyyə Sektorunun Qiymətləndirilməsi üzrə Hesabatı (FSAP) hazırlamaq üçün sız əməkdaşlıq etmişdir; bu əməkdaşlıq FSAP-dakı tövsiyələrin icrasına kömək etmək üçün davam etdiriləcəkdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi bank nəzarəti sahəsinə dəstək göstərir. KfW Kredit Zəmanəti Fonduna və Əmanətlərin Sığortalanmasına dəstək baxımından mühüm rol oynayır. Avropa İttifaqının çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin və institusional quruculuğun gücləndirilməsinə dəstək verəcəyi gözlənilir.




  • Mühasibat. Bank və BMK yekunlaşdırılmaqda olan Mühasibat və Audit üzrə sonuncu ROSC hesabatı (Standartlara və Kodlara Riayət üzrə Hesabat) çərçivəsində AİB və Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmişdir. Avropa İttifaqı, Bank (BMK da daxil olmaqla), İİB və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi mühasibat sahəsində islahatlara və mühasibat haqqında yeni qanunun icrasına kömək etmək üçün çox sıx iş aparırlar. Bank siyasəti hazırlayan və icra edən şəxslərə, tənzimləməyə cavabdeh şəxslərə və özəl sektorun iştirakçılarına Azərbaycanda maliyyə hesabatlılığı və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi sahəsində göstərilən yardımı genişləndirmək üçün Kanada və İsveçrənin təqdim etdiyi Məsləhət Xidmətləri üçün Trast Fondundan istifadə etmişdir.



1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin