Draft confidential



Yüklə 1,78 Mb.
səhifə109/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   104   105   106   107   108   109   110   111   112
Korrupsiya ilə mübarizə. Bank və BMK korrupsiya sahəsində Avropa Komissiyası ilə sıx əməkdaşlıq edəcəkdir, çünki korrupsiya sonuncunun Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planını durğunlaşdırır. Gözlənilir ki, Avropa Komissiyası 2005-ci ilin yanvar ayından qüvvədə olan Korrupsiya ilə Mübarizə haqqında Qanunun və korrupsiya ilə mübarizəyə dair dövlət proqramının (bu sənəd Ölkə Tərəfdaşlıq Strategiyasının dəstəklədiyi siyasət çərçivəsi ilə sıx əlaqəlidir) tətbiqini gücləndirmək, habelə təsirini və icra vəziyyətini qiymətləndirmək üçün plana xüsusi tədbirlər daxil edəcəkdir. Gömrük və vergi qanunvericiliyi və proseduralarının Aİ standartlarına və beynəlxalq standartlara uyğun şəkildə sadələşdirilməsi və optimallaşdırılması sahəsində Avropa İttifaqının aparıcı rol oynayacağı gözlənilir.



  • Məhkəmə islahatları. Bir sıra donorlar qanun layihələrinin hazırlanması, proseduralarda dəyişikliklərin edilməsi və hakimlər üçün təlimlərin təşkili sahələrində Ədliyyə Nazirliyi və məhkəmələrlə iş aparırlar. Avropa Şurası və Avropa İttifaqı qanun layihələrinin hazırlanması, 100 əlavə hakimin seçilməsi və işə götürülməsi və nəzarət sistemlərinin yaradılması üzərində işləyirlər. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və GTZ təlimlərin təşkili ilə məşğuldur. Amerika Vəkillər Assosiasiyası, Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsü (ABA CEELI) hüquqi təhsil və məlumatlandırma, hakimlər üçün etika və kommersiya hüququ sahəsində təlimlərin təşkili və mübahisələrin alternativ həlli yolları ilə bağlı iş aparır. İlkin məsləhətləşmələrdən görünür ki, donorlar son illərdə onların köməkliyi ilə gündəliyə gətirilən və təsdiq edilən bir çox qanunları və insan hüquqları ilə əlaqədar islahatları praktikada həyata keçirmək üçün ədliyyə qurumlarının institusional potensialının və ya infrastrukturunun mövcud vəziyyətindən tam razı deyillər. BİA məhkəmə islahatlarının icrası və təlimlərlə bağlı donorlarla (Niderland, Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT, Avrasiya Fondu və Soros Fondu da daxil olmaqla) yaxından əməkdaşlıq edəcəkdir.




  • Kənd təsərrüfatı. BİA kənd təsərrüfatı üzrə proqramını ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, AİB, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və GTZ ilə əlaqələndirir; bu təşkilatlar kənd təsərrüfatı sektorundakı istehsalçılara kreditlər təqdim edir, kiçik və orta sahibkarlığı dəstəkləyir və kənd yerlərindəki müəssisələrin rəqabətə davamlılığını artırmaq üçün çalışırlar. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi kiçik və orta müəssisələrə və fermerlərə onların bazarlara çıxışını yaxşılaşdırmaq üçün kömək edən üç proqram həyata keçirir. Habelə agentlik kənd yerlərində mikrokredit təşkilatlarını gücəndirmək üçün bir proqramın icrasına başlayır. AİB şəhərdən kənar yerlərdə mikromaliyyə qurumlarına kredit xətti açaraq dəstək vermək üçün yeni bir layihə planlaşdırır. BİA Avropa İttifaqının Ərzaq Təhlükəsizliyi proqramı və TACİS ilə kənd təsərrüfatı sahəsində aparılan fəaliyyətləri əlaqələndirmək üçün birgə işləyir. Kənd yerlərinin inkişafı və əməkdaşlıq məsələləri (xüsusilə ərzaq təhlükəsizliyi sahəsində) müzakirə olunmuşdur. BİA daşınmaz əmlak və kadastrın inkişafı ilə bağlı fəaliyyətlərini AİB, KfW və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi ilə əlaqələndirir. Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsinin ikinci mərhələsi bütün tərəflərlə onların fəaliyyət göstərdiyi sahələrə uyğun olaraq sıx əlaqələndiriləcəkdir.




  • Səhiyyə. BİA ailə klinikalarının və rayon səhiyyə proqramlarının yaradılması sahəsində öz fəaliyyətini BMTİP və UNİCEF ilə əlaqələndirir. GTZ milli səhiyyə monitorinqi sistemini təkmilləşdirir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin/Qafqaz-Azərbaycan $5 milyon dəyərində olan yeni başlanmış layihəsinin əsas məqsədi ilkin səhiyyə xidmətinin yenidən müəyyən olunması və restrukturizasiyasıdır ki, burada xidmətin keyfiyyətini yüksəltmək üçün maliyyələşmənin və vəsaitin ayrılmasının təkmilləşdirilməsi nəzərdə tutulur. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi digər proqramlara Uşaq Dözümlüyü Proqramı (Mercy Corps) və Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması (ACQUIRE) aiddir. ABŞ-ın Kənd Təsərrüfatı Departamenti ilkin səhiyyə xidmətinə (ADRA vasitəsilə) və HİV/AİDS proqramına (IRD vasitəsilə) dəstək göstərir. UNİCEF təhlükəsiz analıq, yenidoğulmuşlara qulluq, qidalanma və HİV/AİDS-in profilaktikası və ona yoluxanlara xidmət sahələrində öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Eyni zamanda, UNİCEF YADİDP çərçivəsində bütövlükdə səhiyyə sektorunda islahatların aparılmasına dəstək göstərir. Azərbaycana Birgə Yardım layihəsi erkən mayinə/müalicə xidmətlərini dəstəkləyir, BMT-nin Əhali Fondu isə reproduktiv sağlamlıq proqramını həyata keçirir. AİDS, Malyariya və Vərəmlə Mübarizə üzrə Qlobal Fond Səhiyyə Nazirliyinə HİV/AİDS layihəsi üçün $6 milyon məbləğində qrant vermişdir və malyariya və vərəmlə mübarizə üçün əlavə vəsaitin ayrılması nəzərdən keçirilir. GOPA/KfW Azərbaycanda vərəmin müalicəsi üçün DOTS üsulunun tətbiqində iştirak etmişdir. İnteqrativ ilkin səhiyyə xidmətini, epidemioloji və sanitar nəzarəti gücləndirmək üçün vərəm halları daha geniş şəkildə axtarılıb aşkar edilməli və izlənilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı Səhiyyə Nazirliyinə ilkin səhiyyə xidməti, səhiyyə siyasəti və strategiyaları, səhiyyə sektorunda maliyyələşmə, tütün, HİV/AİDS, vərəmlə əlaqədar proqramlar və immunizasiya sahələrində texniki yardım göstərəcəkdir.




  • Təhsil. AİB erkən uşaqlıq dövründə inkişaf layihəsinin icrasına başlamışdır. Soros Fondu erkən uşaqlıq dövründə inkişaf sahəsinə dəstək verməklə BİA-nın proqramını tamamlayır. Açıq Cəmiyyət İnstitutu və BTC/CQBK xüsusi ehtiyacları olan uşaqları adi bağçalara və ibtidai siniflərə inteqrasiya etmək üçün kənd yerlərində inkluziv/inteqrativ təhsil proqramı həyata keçirilər. Yapon hökuməti ibtidai məktəblərin inşası və təmiri üçün qrant təqdim etmişdir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı orta peşə təhsilinin inkişafı üzrə layihə hazırlayır. Səudiyyə Fondu Bakıda beş orta məktəbin tikintisini maliyyələşdirmişdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi orta və ali təhsillə əlaqədar qrant layihəsini nəzərdən keçirir. UNİCEF, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi vətəndaş təhsili, seçicilərin maarifləndirilməsi və gənclərlə bağlı layihələrin vasitəsilə bu sektorda iştirak edirlər.




  • Sosial müdafiə. BİA ilə sıx əlaqələndirmə şəraitində, BMTİP Sosial Müdafiə Fonduna 2006-cı ilin sonuna qədər fərdi uçot sisteminin yaradılması üçün göstərdiyi yardımı davam etdirəcəkdir. Avropa İttifaqının TACİS və Ərzaq Təhlükəsizliyi proqramları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlı sosial yardımın icrası sahəsində göstərdikləri yardımı davam etdirməyi planlaşdırırlar. Bu layihələr hələ də hazırlanmaqdadır.




  • Məcburi köçkünlər. BİA və AİB məcburi köçkünlərin iqtisadi imkanlarının yaxşılaşmasına və onların cəmiyyətə inteqrasiyasına kömək etmək üçün birgə iş aparırlar. Onların səyləri BMT-nin Qaçqınlar üzrə Ali Komissiarlığının və Ümumdünya Ərzaq Proqramının göstərdiyi daha təcili humanitar dəstəyi (müvafiq olaraq, sığınacaqlar və ərzaq təhlükəsizliyi) tamamlayır.




  • İnfrastruktur. Hazırda bir sıra donorlar, o cümlədən AİB, AYİB, İİB, Küveyt Fondu, OPEK Fondu və Səudiyyə Fondu, Şimal-Cənub və Şərq-Qərb yol dəhlizinin müxtəlif hissələrinin müasirləşdirilməsini maliyyələşdirirlər. Bank bu sektorda əhəmiyyətli dərəcədə iştirak etdiyindən, AİB ilə bu yaxınlarda əldə edilən razılığa uyğun olaraq Dünya Bankı nəqliyyat sahəsində ümumi rəhbərliyi və əlaqələndirməni həyata keçirəcəkdir. AYİB və AİB-in texniki yardımları Bankın Azərbaycan Magistral Avtomobil Yolu Layihəsi ilə başlayan texniki yardım proqramı ilə əlaqələndirilir və onu davam etdirir. Bankın su sektoruna yardımı AİB və KfW-in ikinci dərəcəli şəhərlərdə və kənd yerlərində su təchizatına göstərdiyi dəstəklə tamamlanır. AİB Şəhərlər Alyansı Proqramı çərçivəsində iş aparır və özünün Şəhər İnkişafı Strategiyasında üç əyalət şəhərlərində şəhərin inteqrativ və hərtərəfli planlaşdırılması yanaşmasına mərkəzi yer verir. Enerji sektoruna gəldikdə, Bank ARDNŞ-in restrukturizasiyası və kəşfiyyat, hasilat və boru kəməri ilə bağlı əsas investisiyaları ilə əlaqədar AYİB-lə sıx iş birliyi qurmuşdur. Bank bu sektorda donorların əlaqələndirən aparıcı qurumdur.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin