Maddə
|
Parametrlər
|
İzahat/Nəticə
|
Maliyyələşdirmənin bölgüsü
Fərdi layihə xərclərinin Bank tərəfindən maliyyələşdirilə bilən hissəsinin limiti
|
100%-ə qədər
|
Bank tərəfindən 100% maliyyələşdirmə seçmə hallarda tətbiq olunur. Bu, böyük ehtimalla, icma əsaslı inkişaf layihələri və İnstitusional İnkişaf Fondunun (IDF) qrantı üçün lazım ola bilər.
|
Cari xərclərin maliyyələşdirilməsi
Bank tərəfindən maliyyələşdirilə bilən cari xərclərin ümumi məbləğinə tətbiq edilən hər-hansı limitlər
|
Cari xərclərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə səviyyəsində məhdudiyyət qoyulmamışdır
|
Cari xərclərin maliyyələşdirilməsinin məhdud məbləğdə qalacağı gözlənilir. Bank ümumi fiskal mövqe və perspektivlərin, habelə bunun cari xərclərin maliyyələşdirilməsinə təsirlərinin monitorinqini davam etdirəcəkdir. Fərdi layihələrin cari xərclərinin Bank tərəfindən maliyyələşdirilməsi məsələsini həll edərkən, Bank sektor və layihə səviyyələrində davamlılıq məsələlərini, o cümlədən gələcəkdə gözlənilən büdcə xərclərini nəzərə alacaqdır.
|
Yerli xərclərin maliyyələşdirilməsi
Bu, Bankın tərəfindən maliyyələşmənin tələblərinə daxildir: ölkənin inkişaf proqramı üzrə maliyyələşdirmə tələbləri dövlət sektorunun öz resurslarını (məsələn, vergilərdən və başqa gəlirlər) və gözlənilən daxili borcun həcmini üstələyəcəkdir; və Bank yalnız xarici xərcləri maliyyələşdirməklə fərdi layihələrin maliyyələşdirilməsinə yardım edə bilməyəcəkdir.
|
Bəli
|
Bankın yerli xərcləri maliyyələşdirməsi üçün tələb olunan meyarlar təmin edilmişdir. Bank fərdi layihələr üzrə yerli xərclərin zəruri hissəsini maliyyələşdirə bilər.
|
Vergilər və rüsumlar
Bankın maliyyələşdirməyəcəyi hər-hansı vergi və ya rüsumlar mövcuddurmu?
|
Xeyr
|
Əsassız hesab edilən hər-hansı vergi və ya rüsumlar mövcud deyildir. Layihə səviyyəsində, Bank vergi və rüsumların layihə xərclərinin həddən artıq böyük hissəsini təşkil edib-etmədiyinə baxacaqdır.
|