Draft confidential


Hökumətin yoxsulluğun azaldılması sahəsində strategiyası



Yüklə 1,78 Mb.
səhifə16/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   12   13   14   15   16   17   18   19   ...   112

Hökumətin yoxsulluğun azaldılması sahəsində strategiyası

Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədi (2003–05)


  1. YAİİDP-də inkişaf templərinin qorunub saxlanılmasında və sosial xidmətlərinin göstərilməsində özəl sektorunun vacib rol oynadığı etiraf olunur. Yoxsulluğun azaldılması və həyat şəraitinin yaxşılaşdırılması üçün üçün əsas strategiyalara dövlət xərclərinin idarə edilməsinin təkmilləşdirilməsi və maliyyə və kommunal sektorların gücləndirilməsi daxildir.



  1. 2003-cü ilin mayında direktorlar Şurasında təqdim edilmiş sənədin əməkdaşlar tərəfindən birgə qiymətləndirilməsində belə bir nəticə qeyd olunmuşdur ki, YAİİDP etibarlı yoxsulluğun azaldılması strategiyasıdır və Bankın və Fondun güzəştli yardımı üçün möhkəm bazanı təşkil edir. Lakin eyni zamanda qeyd edilmişdir ki, zəif idarəçilik və aşağı icra potensialı çətinlik yarada bilər.




  1. YAİİDP-in İkinci İllik İcra Hesabatı barədə əməkdaşların birgə qiymətləndirmə qeydində göstərilmişdir ki, ölkədə yoxsulluq səviyyəsi azalmaqda davam etmişdir və güclü artım meylləri mövcud olmuşdur. Eyni zamanda davamlı diqqət tələb edən digər sahələr, məsələn yoxsulluğun diaqnostikasının gücləndirilməsi, makroiqtisadi siyasətlərin əlaqələndirilməsi, inflyasiyanın tək rəqəmli səviyyəyədək azaldılması, sosial xidmətlərin maliyyələşdirilməsinin və səmərəliliyinin artırılması, enerji subsidiyalarının azaldılması, gömrük sisteminin islah olunması, maliyyə vasitəçiliyinin gücləndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi, özəl sektorun inkişaf qarşısında duran maneələrin aradan qaldırılması ehtiyacı, habelə infrastrukturun lazımi səviyyədə inkişaf etməməsi də qeyd olunmuşdur.

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin