Draft confidential



Yüklə 1,78 Mb.
səhifə21/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

Cari portfelin vəziyyəti


  1. BİA/BYİB-in cari portfeli 18 layihədən (16 BİA və 2 BYİB) ibarətdir. Bu günədək ümumi maliyyə öhdəliklərinin həcmi 940 milyon dollara çatmışdır ki, bunun 423 milyonu hələ istifadə olunmamışdır. Səkkiz cari infrastruktur layihəsinin iqtisadi artımı genişləndirəcəyi nəzərdə tutulur. Bura kənd yerlərinin inkişafı, suvarma magistral avtomobil yolları aiddir. Yeni layihələr hesabına bu öhdəliklər davam etdiriləcək və cari ÖTS dövründə mövcud layihələr başa çatdıqsa onların yerini digər layihələr tutacaq. Bank həmçinin elektrikin ötürülməsi sahəsində ilk BYİN kreditini vermişdir və bu layihə yeni ÖTS-ün dövründə davam edəcək. 2006-cı ilin iyununa BMK-nın ayırmaq öhdəliyi götürdüyü portfelin həcmi 49 milyon dollar təşkil etmişdir və istifadə edilməmiş portfel 41 milyon dollara bərabər olmuşdur. Portfel əsas etibarı ilə BTC layihəsinə (63 faiz) və dörd yerli maliyyə institutu üçün maliyyə bazarlarına yönəlmişdir.




  1. Sosial sektorlarda Bank hazırda təhsil layihəsinə yardım göstərir. Bu layihənin növbəti mərhələsinin yeni ÖTS dövründə başlanacağı gözlənilir. Birinci səhiyyə layihəsi bu il başa çatmışdır və onun ardınca ümumsektor yanaşmasını əks etdirən yeni layihə hazırlanmışdır. BİA həmçinin öz cari layihələri vasitəsilə pensiya və sosial təminat sahəsində islahatları və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasını dəstəkləyir.




  1. Ümumilikdə layihələrin icrası ilə bağlı çox az problem mövcuddur və 2005-6-cı maliyyə illərində vəsaitin orta istifadə səviyyəsi təxminən 20 faiz təşkil etmişdir. 2005-ci ildə aparılmış Ölkə Layihə Portfelinin İcmalı zamanı texniki yardıəm fəaliyyətinə ciddi nəzarət edilməsinin və ləngimələrə yol verməmək üçün layihələrlə bağlı inzibati prosedurlara daha çox diqqət yetirilməsinin əhəmiyyəti vurğulanmışdır.




  1. Yüklə 1,78 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin