Hal-hazıradək makroiqtisadi idraəetmə tədbirli olaraq Holland xəstəliyinin qarşısını almaışdır. Cari investisiya bumu və gözlənilən neft gəlirləri şəraitində makroiqtisadi sabitliyin qorunması problem olaraq qalır. Beynəlxalq Valyuta Fondu Maddə İV məsləhətləri və TY çərçivəsində ciddi siyasi dialoq vasitəsilə dövlət orqanlarına makroiqtisadi idarəetmədə yardım etməyə davam edir. Valyuta məzənnəsi və pul siyasəti ilə bağlı məsləhətlərin verilməsində Fond təşəbbüskar qismində çıxış edir. Bank makroiqtisadi idarəetməyə orta müddətdə yardım göstərəcək və vaxtında siyasət sənədlərini və Ölkənin İqtisadi Memorandumunu (ÖİM) hazırlamaq vasitəsilə alternativ neft qiymətləri trayektoriyası altında sabit maliyyə və pul siyasəti ilə bağlı uzun-müddətli layihələr hazırlayacaq. Makroiqtisadi vəziyyətə nəzarət etmək üçün iki sektorlu RMSM-X, ətraflı işlənmiş Neft Modeli, BVF-in Maliyyə Proqramlaşdırması Modeli, aylıq seriyalara əsaslanan erkən xəbərdarlıq sistemləri istifadə olunacaq.