Draft confidential


Azərbaycanın qarşısında duran çağırışlar



Yüklə 1,78 Mb.
səhifə3/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   2   3   4   5   6   7   8   9   ...   112

Azərbaycanın qarşısında duran çağırışlar

Təbii resurs sərvətlərinin idarə edilməsi


Qrafik 1: Neft gəlirləti, mənfəət və kapital

repatriasiyası

  1. A zərbaycanın mineral ehtiyatları 2003-cü ilin məlumatlarına görə 7 milyard barrel neft və 1,34 trilyon kub metr qazdan ibarətdir. Beynəlxalq konsorsiumlar hökumətlə hasilatın pay bölgüsü sazişləri əsasında yeni neft və qaz obyektlərini istismar edirlər. Neftin bir barrelinin qiymətinin təxminən 43 dollar səviyyəsində olması ehtimal edilərsə Azərbaycanın neft və qaz yataqlarının, habelə boru kəmərlərinin 20 il ərzində təxminən 340 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır (əməliyyat xərcləri daxil). 65 milyard dollar əməliyyat xərcləri çıxıldıqdan sonra dövlətin fiskal gəlirlərinin 175 milyard dollar olacağı gözlənilir ki, bunun təxminən 20 milyard dolları mənfəət vergisi şəklində dövlət büdcəsinə, təxminən 155 milyard dolları isə royalti formasında Dövlət Neft Fonduna (ARDNF) yönəldiləcək. Neft konsorsiumlarının investisiya olunmuş 40 milyard dolları, üstəgəl mənfəətlərini repatriasiya edəcəkləri gözlənilir. Kobud hesablamalara görə bu, qarşıdan gələn 20 il ərzində yalnız neft gəlirlərindən adambaşına ildə 1000 dolların düşməsi deməkdir. Yeni neft və qaz yataqları kəşf olunmazsa bu, Azərbaycanın neft bumunun sonu deməkdir. Post sovet inzibati amirlik sistemindən müasir bazar iqtisadiyyatına keçidin kontekstində bu nisbətən qısa müddətli və dəyişkən gəlir axınını idarə etmək, və bu zaman Holland sindromu və “resurs lənətinə” rast gəlməmək Azərbaycanın qarşısında duran mərkəzi vəzifədir.2




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin