Draft confidential


Dövlət idarəçiliyinin və Dövlət Qulluğunun İslahatı



Yüklə 1,78 Mb.
səhifə31/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   27   28   29   30   31   32   33   34   ...   112
Dövlət idarəçiliyinin və Dövlət Qulluğunun İslahatı


  1. Hökumətin yüksək təbəqələrində Azərbaycanı tez bir zamanda iyirmi birinci əsrin məlumat cəmiyyətinə çevirməklə bağlı ciddi maraq yaranmışdır. Prezident tərəfindən 2005-ci ilin oktyabr ayında təsdiq edilmiş Kommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Dövlət Proqramı e-höküməti də daxil olmaqla tədbirlərin geniş dairəsini müəyyən edir. ÖPS çərçivəsində dövlət sektorunun idarəçilik sistemlərinin müasirləşdirilməsinə və dövlət proqramına və AQS Tədbirlər Planına19 tam uyğun şəkildə təşkil edilməsinə yardım göstəriləcək. Bank tərəfindən həmçinin E-Hökümət və Dövlət Sektorunun İslahatı layihəsi çərçivəsində e-satın almalarının, kadrların və maliyyə vəsaitlərinin idarə edilməsi sistemlərinin və dövlət qulluğu interfeyslərinin hazırlanması və tətbiqi kimi sahələrdə tədbirlər dəstəklənəcək. Həmçinin təhsil sistemində məlumat və kommunikasiya texnologiyaları və regional məlumat təlim mərkəzlərinin yaradılmasına; İnternetə çıxış mərkəzlərinə; xüsusilə cavanlar arasında rəqəmli bölüşdürülmənin qarşısını almaq üçün xüsusi iqtisadi zonalara; və informasiya və kommunikasiya texnologiyası sektorunun inkişafına yardım göstəriləcək. Bankın dəstəyi analitik iş, texniki yardım və ola bilsin ki, layihənin icrası vasitəsilə göstəriləcək. Nəticələr Avropa Komissiyasının Ölkə Siyasəti və Təşkilati Qiymətləndirmə (ÖSTQ) və Dünya Bankı İnstitutunun (DBİ) İdarəçiliyin Göstəriciləri çərçivəsində yoxlanılacaq.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin