Hazırda həyata keçirilən Maliyyə Sektoruna Texniki Yardım (MSTY) çərçivəsində müasir ödəniş sistemləri infrastrukturu yaradılmış, bank sektorunda beynəlxalq mühasibatlıq və maliyyə hesabatlılığı standartları və idarəçilik prinsipləri qəbul edilmiş, kreditlərlə bağlı risklərin idarəedilməsini asanlaşdırmaq üçün əsas infrastruktur müəyyən edilmiş və elektron ödəniş mexanizmlərinin geniş miqyasda istifadəsi üçün tələb olunan infrastrukturun tətbiqinə başlanmışdır. Maliyyə Xidmətlərinin İnkişafılayihəsi çərçivəsində communal ödənişlərin toplanılması üçün ödəniş sistemləri təkmilləşdirilmiş və kiçik şəhər və kənd ərazilərində poçt sistemləri vasitəsilə maliyyə xidmətlərindən və əsas biznes infrastrukturundan istifadə imkanları yaxşılaşdırılmışdır. Daha uğurlu maliyyə infrastrukturu və yaxşılaşdırılmış istifadə imkanları vergilər, təqaüdlər və social yardım kimi digər Hökümət islahatlarının da keçirilməsini asanlaşdıracaq və poçt idarələri infrastrukturu kənd təsərrüfatı sahələri də daxil olmaqla vətəndaşlara və şirkətlərə e-hökümət xidmətlərini təmin etməyə imkan verəcək.