Azərbaycanda iş yerlərinin 40% kənd təsərrüfatı sahəsində cəmləşdirilmişdir. Bununla əlaqədar olaraq kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun davamlı inkişafında və yoxsulluğun azaldılmasında əsas təhrik edici faktordur. Hal-hazırda icra edilən Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi (KTİKL) çərçivəsində torpağın qeydiyyatı və kənd təsərrüfatına maliyyələşdirmə imkanlarına və marketinq məlumatına çıxış yaxşılaşdırılır. Əlavə KTİKL-II Layihəsi çərçivəsində fermerlərin pul qazanmaq imkanları artırılacaq və kənd təsərrüfatına maliyyə xidmətlərinin gücləndirilməsi, bazar əlaqələrinin və kənd təsərrüfatı sahibkarlarının və istehsalçılarının məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində biliklərin və məlumat tədbirlərinin əlavə müasirləşdirilməsi və daşınmaz əmlakın pilot qeydiyyat sisteminin genişləndirilməsi vasitəsilə fermadan kənar kommersiya fəaliyyəti təşviq ediləcək.