Draft confidential


Enerji Təminatının Etibarlılığının Yaxşılaşdırılması



Yüklə 1,78 Mb.
səhifə44/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   40   41   42   43   44   45   46   47   ...   112
Enerji Təminatının Etibarlılığının Yaxşılaşdırılması


  1. Bank enerji təminatının etibarlılığını və səmərəliliyini yaxşılaşdırmaq üçün əhəmiyyətli dəstək təmin edir. Digər donorlarla (AYİB, KfW və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı) birgə Bank illər boyu sürən səhlənkarlığın nəticələrini aradan qaldırmaq üçün yeni generasiya qurğusunun yaradılmasına və generasiya və transmissiya sistemlərinin bərpasına əhəmiyyətli maliyyə vəsaitləri təmin edir. Hal-hazırda icra edilən Enerji Transmissiyası Layihəsi çərçivəsində Bank enerji paylanması və transmissiyası şəbəkələrini müasirləşdirir ki, bu da enerjinin tez-tez kəsilməsinin aradan qaldırılmasına yardın edəcək.




  1. Qazın saxlanılması və emalı qurğuları Azərbaycana ŞahDəniz qaz/kondensasiya sahəsindən tezliklə əldə olunancaq qaz mənbələrini tamamilə istifadə etməyə imkan verərdi. Hal-hazırda Azərbaycanda Qalmaz və Qaradağda yerləşən iki yeraltı saxlama qurğuları mövcuddur. 2006-cı ilin sonundan başlayaraq ŞahDəniz sahəsindən qaz axınını saxlamaq üçün qazın saxlanılmasına ehtiyacın əhəmiyyətli dərəcədə artacağı da gözlənilir. Qaz transmissiyasi və paylanması sistemləri onillliklər ərzində zəif investisiyalar və qeyri-kafi sazlama işləri nəticəsində zədələnmişdir. Bunun nəticəsində qaz sızmaları və köhnə neft quyularından qaz alışmaları baş vermişdir. Transmissiya sisteminin bərpasına və emal zavodunun müasirləşdirilməsi və genişləndirilməsinə investisiyalar qaz sisteminin xərclərlə bağlı səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırardı. Bu investisiyalar Karbon Fondunun maliyyələşdirməsini cəlb edə bilər, çünki onlar istixanalardan qazın çıxmasını azaldardı. Genişləndirilmiş qaz saxlama sistemi sabit qaz təchizatı axınını daxili qaz bazarının gündəlik və mövsümi tələbatlarına uyğun olması formada dəyişdirilməsinə yardım edərdi. Müəyyən dərəcədə bu həmçinin ixrac bazarlarına da yardım edərdi. Mümkün olan Enerji/Qaz İnfrastrukturu Layihəsi qaz saxlama sisteminin genişləndirilməsi, qaz emalı zavodunun müasirləşdirilməsi, boru kəmər sisteminin bərpasına maliyələşdirməni, və/və ya enerji təchizatının etibarlılığı və səmərəliliyinə digər investisiyaları daxil edə bilərdi. Özəl sector, xüsusilə FDİ maraq göstrəsə, BMK bu sahələrdə mümkün olan investisiya imkanlarını araşdıracaq.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin