Draft confidential


İnvestisiya layihələri çərçivəsində potensialın artırılması



Yüklə 1,78 Mb.
səhifə57/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   53   54   55   56   57   58   59   60   ...   112
İnvestisiya layihələri çərçivəsində potensialın artırılması
115. Bankın kənd sektoruna texniki yardımı kənd təsərrüfatı sektorunda rəqabətliyin gücləndirməsi üzrə milli strategiya və investisiya planını hazırlamış Kənd Siyasəti Qrupunu təsis etməyə kömək etmişdir. Texniki yardım həmçinin kiçikmiqyaslı, icma tərəfindən həyata keçirilən kənd investisiya layihələrini hazırlayıb həyata keçirmək üçün yerli icmaların və Kənd Təsərrüfatının Özəl Sektorunun İnkişafına Dəstək Agentliyinin regional ofislərinin potensialının artırılması üçün təqdim edilir. Maliyyə Xidmətlərinn İnkişafı Layihəsi çərçivəsində texniki yardım Azərbaycan Poçtunun kənd ərazilərinə xidmət etmək potensialının korporativləşdirilməsi və gücləndirilməsinə kömək edir. İrriqasiya sahəsində Dövlət Meliorasiya və İrriqasiya Komitəsinə və Rayon İrriqasiya İstismar Bölmələrinə texniki yardım həmin institutların artmış əməliyyat effektivliyi və təkmilləşdirilmiş irriqasiya idarəetməsi istiqamətində ilkin addımlar atmasına kömək etmişdir. Bank tərəfindən maliyyələşdirilən texniki yardım Apşeron Regional Su Şirkətini səhmdar cəmiyyətinə yenidən təşkil etməyə, ikitərəfli razılaşma vasitəsilə potensialını artırmağa və onun əməliyyat və inzibati effektivliyini təkmilləşdirməyə kömək etmişdir. Enerji sektorunda texniki yardım dövlət enerji qenerasiya/ötürmə şirkəti – Azərenerjinin idarə edilməsini təkmilləşdirməyə və onu yenidən strukturlaşdırılmış enerji sektoruna hazırlamağa kömək edir. Potensialın artırılmasına yardım milli yolların inkişafı üçün cavabdeh olan əsas agentlik - Nəqliyyat Nazirliyinin Yol Nəqliyyatı Xidmətləri Departamentini restrukturizasiya etməyə, müasirləşdirməyə və idarəetmə potensialını gücləndirməyə kömək etmişdir.
116. Texniki yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması üçün maliyyələşdirilir ki, biliklərə əsaslanan siyasət formalaşdırılması həyata keçirilsin, məqsədlərin müəyyən edilməsi mexanizmləri inkişaf etdirilsin və məqsədli sosial yardım effektiv şəkildə çatdırılsın. Dövlət Sosial Müdafiə Fondunun potensialı həmçinin artırılır ki, onun pensiya sistemini effektiv və şəffaf şəkildə idarə etmək qabiliyyəti təkmilləşdirilsin. Bankın texniki yardımı Təhsil Nazirliyinə maliyyələşdirməni, büdcənin hazırlanmasını, personalın idarə edilməsi və planlaşdırmanı gücləndirməyə kömək edir ki, sektorda maliyyə, insan və fiziki ehtiyatlardan istifadə təkmilləşdirilsin. Səhiyyə Sektoru İslahatı Layihəsi çərçivəsində texniki yardım səhiyyə islahatı və əsas səhiyyəyə dair milli dialoqu stimullaşdırır və Səhiyyə Nazirliyinin səhiyyə islahatlarını planlaşdırmaq, həyata keçirmək və qiymətləndirmək potensialını gücləndirir. Həm səhiyyə, həm təhsil sektorlarında Bank Maliyyə Nazirliyinin xətt nazirlikləri ilə proqram büdcəsinin tərtib edilməsin, desentralizasiya, İPSAS və daha yaxşı daxili maliyyə nəzarəti və xərclərin qeydiyyatı istiqamətində əməkdaşlığını dəstəkləyir. Bankın bir neçə layihəsi statistik potensialın artırılmasını dəstəkləyir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin