Draft confidential


f. Maliyyələşdirmə ssenarisi və portfelin idarə edilməsi



Yüklə 1,78 Mb.
səhifə58/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

f. Maliyyələşdirmə ssenarisi və portfelin idarə edilməsi

117. Azərbaycan hal-hazırda qarışıq BİA/BYİB ölkəsidir. BİA-nın vəsaitin bölüşdürlməsi sisteminə uyğun olaraq Azərbaycana 2007-ci maliyyə ili üçün SDR53 milyonun (US$79.4 million), 2008-ci maliyyə ili üçün isə indikativ olaraq SDR34.4 milyonun (US$51.5 million) ayrılması nəzərdə tutulur.21 Azərbaycan ildə orta hesabla təxminən 250 milyon dollara qədər BYİB maliyyələşdirməsi almaq üçün kredit qabiliyyətli hesab olunur. Hökumət qeyd etmişdir ki, bu rəqəm indikativ kimi qəbul olunmalıdır və BYİB maliyyələşdirməsinin faktiki səviyyəsi bir neçə vacib amildən asılı olacaq: Hökumətin təmin edəcəyi birgəmaliyyələşdirmənin səviyyəsindən, ölkənin vəsaitlərdən səmərəli istifadə etmək qabiliyyətindən, Hökumətin layihələri öz vəsaitin hesabına maliyyələşdirməsi ilə müqayisədə Dünya Bankının maliyyələşdirməsinin əlavə dəyərindən. Öz növbəsində Bank bildirmişdir ki, müəyyən edilmiş nəticələrin əldə edilməsi istiqamətində tərəqqinin daha sürətli və ya daha yavaş olmasından asılı olaraq BYİB tərəfindən daha yüksək (və ya aşağı) həcmdə kreditlər ayrılmaqla 8-ci cədvəldə göstərilmiş CPİA prosesinə əsaslanan ÖTS monitorinq göstəricilərinə xüsusi diqqət yetirəcək. 2000-ci ildən etibarən Azərbaycanın CPİA reytinqi, xüsusilə də idarəçiliklə bağlı göstəricilər xeyli yaxşılaşmışdır, lakin 20052006-cı illər arasında bu reytinqdə artım baş verməmişdir və o, 3,7 səviyyəsində qalmışdır. Ekspansionist büdcə ilə bağlı narahatlıq səbəbindən makroiqtisadi və fiskal göstəricilər üzrə reytinqin bir qədər pisləşməsi gender bərabərliyi və dövlət resurslarının istifadəsində bərabərliyin təmini ilə bağlı reytinqlərin artması ilə tarazlaşdırılmışdır. Portfelin keyfiyyəti yaxşıdır və 2005-ci ildə heç bir problemli və ya risk altında olan layihə olmamışdır.



  1. İqtisadi şəraitin və ya idarəçilik mühitinin kəskin pisləşməsi şəraitində BYİB maliyyələşdirməsi təxminən 100 milyon dollar səviyyəsində aşağı ssenariyə keçiriləcəkdir. Bunun qiymətləndirilməsi zamanı Bank aşağıdakı iqtisadi mülahizələrə diqqət yetirəcək: makroiqtisadi sabitliyin ciddi pozulması, qeyri-ardıcıl ümumi təlabat siyasətləri, özəl sektorun ciddi şəkildə sıxışdırılıb çıxarılması və qiymətlərin sabitliyinə ünvanlanmamış monetar və mübadilə məzənnəsi siyasəti. CPİA-nın makroiqtisadi idarəetmə və fiskal siyasət reytinqinin 2,5 və ya daha aşağı göstəriciyə düşməsi bu ssenarinin işə düşməsinə səbəb olacaq. Fiskal davamlılığın təhlili proqramatik DXİ çərçivəsində mütəmadi olaraq həyata keçiriləcəkdir. Digər əlamətlərə beynəlxalq reytinq agentliklərinin təyin etdiyi reytinqlər daxil olmaqla, nüfuzlu üçüncü tərəflərin müvafiq göstəricilərinin azalması daxil olacaq. İdarəçiliyin ciddi şəkildə pisləşməsi və ya Bankın reputasiyası risk altında olduğu təqdirdə də aşağı maliyyələşdirmə ssenarisin tətbiqi nəzərdən keçiriləcək. ÖTS-in birinci istiqamətinin (dövlət sektorunun idarə edilməsi və korrupsia ilə mübarizə) icrası sahəsində ciddi çatışmazlıqlara və CPİA-nın müvafiq göstəricilərin məxsusi diqqət yetiriləcək.

  2. ÖTS dövründə təklif olunan layihələrin xülasəsi 9-cu cədvəldə verilmişdir. Bu tamamilə investisiya layihələrindən ibarət olan proqramdır. Gözlənilir ki, BİA vəsaitlərinin dayandırılması bu ÖTS müddətində idarə olunan, tədrici şəkildə Azərbaycanın kredit qabiliyyətinin artması əsasında baş verəcək. İdarəçilik sahəsində islahatların həyata keçirilməsi üçün və BYİB şərtlərin kredit almağın hökumət üçün çətin olduğu sosial sektorlara lazımı dəstəyin davam etdirilməsi üçün tam BYİB statusuna müvafiq keçid dövrü nəzərdə tutulur.

Cədvəl 7: Dünya Bankı Qrupunun yeni maliyyələşdirməsinin indikativ göstəriciləri, FY07-10



(US$ milyon)


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin