Draft confidential


Sosial vəziyyətin yaxşılaşdırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olma



Yüklə 1,78 Mb.
səhifə6/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   2   3   4   5   6   7   8   9   ...   112

Sosial vəziyyətin yaxşılaşdırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olma


  1. Sosial sektorlarda çağırışlar qalmaqdadır. Resursların qeyri-səmərəli istifadəsinin qarşısının alınması; mərkəzi və yerli səviyyələrdə zəif idarəetmə, planlaşdırma və monitorinq potensialının inkişaf etməsi; təhsil sisteminin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədilə islahatlar həyata keçirilməkdədir.



  1. 2005-ci ildə təhsil büdcəsi əhəmiyyətli dərəcədə, qeyri-neft ÜDM-in 5 faizinədək və dövlət büdcəsinin 17,8 faizinədək artırılmışdır. İcbarı təhsilə cəlb olunma səviyyəsi çox yüksəkdir və savadlılıq səviyyəsi isə cincdən və etnik mənşədən asılı olmayaraq demək olar ki 100 faizdir. Lakin 16 yaşdan yuxarı cəlb olunma səviyyəsi kəskin azalır. 17-24 yaşlı gənclərin yalnız 13 faizi (yoxsul ailələrdən olan gənclərin 9 faizi) orta təhsildən yuxarı tədris müəssisələrinə daxil olur. Təhsilə cəlb olunma sahəsində qeyri-bərabərliyin artması bir problemdir. Müasir kurrikulum əsasında rəqabət qabiliyyətli bilik iqtisadiyyatının təşviq olunması, ali təhsilin beynəlxalq standartlara çatdırılması və müasir bazar iqtisadiyyatının tələblərinə cavab verən peşə və yaşlıların təhsili/təlimi sisteminin yaradılması üçün ciddi səylər göstərilməlidir. Hökumət irəliləyişi sürətləndirmək üçün bu yaxınlarda Təhsil Komissiyası yaratmışdır. Bank hökumətin səylərini təhsil sahəsində uyğunlaşdırılımış kredit proqramı ilə dəstəkləyir və bu ÖTS dövründə bu sahədə fəaliyyətini davam etdirməyi planlaşdırır.




  1. Səhiyyə sistemində fundamental islahat gündəliyi həyata keçirilməlidir. Azərbaycanda onsuz da aşağı olan doğum zamanı gözlənilən ömür uzunluğu yüksək körpə, uşaq, ana ölümü səviyyələri, qeyri-keçici xəstəliklərin səviyyəsinin yeksək olması və qeyri-sağlam həyat tərzi nəticəsində bir qədər də azalmışdır. Səhiyyə sistemi əhalinin tələblərinə cavab verən münasib, keyfiyyətli xidmətlər göstərmir və ümumilikdə xidmətlərdən istifadə səviyyəsi (xüsusilə də yoxsullar arasında) çox aşağıdır. Səhiyyə sistemində ciddi qeyri-bərabərlik; ilkin səhiyyə xidmətlərinin pis maliyyələşdirilməsi, zəif idarə olunması və pərakəndəliyi; resursların qeyri-adekvat və qeyri səmərəli bölüşdürülməsi (sektor 2005-ci ildə qeyri-neft ÜDM-in yalnız 1,6 faizini almışdır); aşağı maaşın müqabilində qeyri-formal ödənişlər almağa məcbur olan tibbi personal; keyfiyyətli xidmətlər göstərmək üçün stimulların azlığı; zəif idarəçilik, hüquqi və tənzimləmə mühti kimi problemlər mövcuddur. Səhiyyə Nazirliyində son zaman baş vermiş dəyişikliklər 2006 maliyyə ilində sektormiqyaslı Səhiyyə Sektorunun İslahatı Layihəsi tərəfindən dəstəklənmiş dəqiq müəyyən edilmiş və çox zəruri islahatları həyata keçirməyə imkan yaradır.




  1. Bu çağırışlara baxmayaraq 2005-ci ilin Minilliyin İrəliləyişi Hesabatında Azərbaycan MİM-lərə tez bir zamanda nail ola biləcək ölkələr sırasında qeyd olunmuşdur (bax qoşma 4). YAİİDP və YADİDP minilliyin inkişaf məqsədləri ilə sıx əlaqələndirilmişdir. Həm səhiyyə, həm də təhsil əvvəllər maliyyə çətinlikləri ilə üzləşirdisə, 2005-ci ildən etibarən hökumət özünün sürətlə artan büdcəsinin daha iri hissəsini sosial sahələrə ayırmaq öhdəliyini götürmüşdür. Ayrılacaq resursları nəzərə alaraq sosial sektorlar sahəsində ehtiyac duyulan struktur islahatlarının tez bir zamanda həyata keçirilməsi vacibdir. Bu baxımdan ÖTS bu sahədə vacib rol oynayacaq.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin