Draft confidential


g. İdarəçilik – ÖTS-in çarpaz məqsədi



Yüklə 1,78 Mb.
səhifə60/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

g. İdarəçilik – ÖTS-in çarpaz məqsədi





  1. Birlikdə ÖTS AMF və yuxarıda təsvir edilmiş layihələr əlaqələndirilmiş İdarəçiliyin Monitorinqi Çərçivəsində İdarəçiliyə dair Tədbirlər Planının və nəticələrin və layihə icrasının ciddi monitorinqinin işlənilməsini nəzərdə tutur. Qrafik 4-də ÖTS müdaxilələri tərəfindən dəstəklənən idarəçilik çərçivəsinin əsas ölçüləri verilmişdir. Ümumi siyasi cavabdehlik baxımından Azərbaycanın tezliklə orta-gəlirli ölkələr sırasına çıxacağına baxmayaraq ÖTS YASS/YADİDP-i prosesini və eləcə də əlaqəli Dövlət Proqramlarının həyata keçirilməsini dəstəkləməyə davam edəcəkdir. Bu dövlətin bəyan etdiyi tədbirlərin planının vətəndaş cəmiyyəti tərəfindən müvafiq nəzarəti ilə icra ediləcəyini təmin etməyə yardım edəcəkdir.



  1. Effektiv dövlət sektoru idarəçiliyi baxımından isə, Ölkə üzrə iqtisadi memorandum (CEM) və ardıcıl geniş iştiraklı proqramatik DXİ də daxil olmaqla, ÖTS AMF bizim davamlı siyasət məsləhətləri və TY vasitəsi ilə yaxşı makroiqtisadi və dövlət xərclərinin planlaşdırılmasını və idarəedilməsini dəstəkləyəcəkdir. Dövlət maliyyə idarəetmə və satınalmaları dövlət sektoru mühasibatlığı islahatları (CAPSAP vasitəsilə), xəzinədarlığın müasirləşdirlməsi, elektron satınalma və CFAA və CPAR vasitəsilə dəstəklənəcəkdir. ÖTS dövlət inzibatçılığı və idarəçiliyi islahatları müvafiq Dövlət Proqramlarının seçilmiş sahələrinin həyata keçirilməsini dəstəkləyəcək. Subsidiyaların azaldılması kommunal sahədə siyasət məsləhətləri, mühasibatlıq islahatları və investisiya əməliyyatları vasitəsi ilə dəstəklənəcəkdir. Sosial sektorda da hədəflənmiş müdaxilələr dövlət xidmətlərinin göstərilməsini effektivliyini əlavə olaraq artıracaqdır.




  1. Qarşılıqlı çəkindirmə və tarazlaşdırmaprinsipi baxımından isə, ümumi idarəetmə çərçivəsində, ÖTS məhkəmə islahatlarını, kənar və daxili audit funksiyasının gücləndirilməsini və maliyyə bazarlarında daha güclü nəzarət qurumlarının yaranmasını dəstəkləyəcək. ÖTS və FİAS inhisarçiliq davranışlara qarşı istehlakçıların daha yaxşı müdafiə olunmasını və investorların müdafiə olunmasını beynəlxalq standartlara cavab verən qanunvericilik və qurumlar vasitəsi ilə təmin edicəklər. ÖTS eyni zamanda məlumatın daha geniş yayılması, şəffaflıq və EİTİ, Neft Fondu və dövlət xərclərinə dair məlumatın açıqlanması, və biznes mühitinin istiqamətləndirilməsinə dair dövlət /özəl sektorlar arası strukturlaşdırılmış dialoq vasitəsilə vətəndaş cəmiyyətinin və özəl sektorun nəzarətini gücləndirilməsini dəstəkləyəcəkdir. Daha yaxşı korporativ idarəetmə və maliyyə şəffaflığı mühasibatlıq uçotu və audit islahatları vasitəsi ilə dəstəklənəcəkdir və mühitə görə cavabdehlik ÖTS-in İV Istiqaməti əsasında gücləndiriləcəkdir. Bura ARDNŞ-ə beynəlxalq standartlara keçidlə bağlı dəstək daxil olacaq.




  1. Yerli iştirak və icmaların gücləndirilməsi baxımından, ÖTS-un İİ İstiqaməti, digər məsələlərlə yanaşı, icmaların tələbatına əsaslanan kənd infrastrukturunun inkişaf etdirilməsini və suvarma və fermerlərin kredit kooperativləri üçün su istifadəçiləri assosiasiyaların yaradılmasını dəstəkləyir. İslahatlar səviyyəsində, QHT-lara dair yeni qanunvericilik çərçivəsi və hüquqi şəxslərin qeydiyyatının istiqamətləndirilməsi də dəstəklənəcəkdir.




  1. İdarəçilik gündəliyinin həyata keçirilməsi hökumətin sahiblik hissi və vətəndaş cəmiyyətinin iştirakı və eləcə də çoxtərəfli və ikitərəfli donorlarla əməkdaşlıq sayəsində birgə şəbəkə əsasında monitorinq ediləcək və prioritetləşdiriləcəkdir. Bütün bu tədbirlərin əlaqələndirilməsi, nəticələrin çıxarılması və hökumətin Tədbirlər Planının həyata keçirilməsi qarşısında olan maneələrin müəyyən edilməsi məqsədi ilə İdarəçilik Məşvərət Qrupu təsis olunacaqdır. Layihə İcrası Qruplarının (LİQ) gücləndirilməsi, sənədlərin şəffaf qaydada aparılması və Bankın satınalma və layihələrin maliyyə idarə edilməsi standartlarına riayət olunmasının təmin edilməsi üçün xüsusi profilaktik tədbirlər görüləcəkdir. İdarəçilik monitorinqi çərçivəsinə daxildir: EITI, PEFA və PIFC proqramları, Dövlət Xərclərinin İzlənilməsi Tədqiqatları (DXİT), FSAP yeniləşdirilməsi və SNƏH, “Doing Business” hesabatları, BEEPS, CPIA, haelə DBİ-nin idarəçilik göstəriciləri. Bu cərçivə ÖTS-in ətraflı monitorinq və qiymətləndirmə mexanizminə daxil edilmişdir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin