Draft confidential



Yüklə 1,78 Mb.
səhifə66/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   62   63   64   65   66   67   68   69   ...   112

Risklərin idarə olunması





  1. Təklif edilmiş Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə əlaqədar ilkin risklər aşağıdakılardan ibarətdir:




  • İslahat proqramının əsas elementlərinin icrasında gecikmələr riski və ya azalan konsensus. Keçid dövrü yaşayan MDB ölkələri sırasında “ilkin islahatçılar”dan biri olmayan Azərbaycanın həm iqtisadi, həm də sosial sahələrdə hələ də çox geniş islahatlar gündəliyi vardır. Son 5 ildə Bank tərəfindən dəstəklənən layihələr fasiləsiz olmuşdur, lakin tərəqqi bəzən asta olmuş və ona hər zaman ardıcıl nail olunmamışdır. İslahatların ləngidilməsi və/və ya təxirə salınması riskini azaltmaq üçün Bank, həm mahiyyət, həm də onun işlənib hazırlanması və monitorinqində ictimaiyyətin iştirakının təmin edilməsi baxımından, ölkədə Yoxsulluğun Azaldılması üzrə Strategiyası Sənədinə (YASS) əsaslanan aktiv məlumatlandırma prosesini dəstəkləyəcəkdir. Əlavə olaraq, Bank 7-ci Cədvəldə nəzərdə tutulmuş əsas ÖTS islahatları və monitorinq göstəriciləri sahəsində inkişafın yarımillik nəzərdən keçirilməsini həyata keçirəcək və bundan yalnız tərəqqini izləmək üçün deyil, eyni zamanda geniş ictimaiyyətin və özəl iştirakçıların strateji islahatlarda davamlı iştirakının təmin edilməsi və onlara nail olmanı gecikdirən maneələrin aradan qaldırılması imkanı kimi istifadə ediləcəkdir.

  • Dövlət qərarlarının qəbul edilməsinə müdaxilə (state capture) və korrupsiya riskləri. Bir neçə araşdırmalar sübut edir ki, Azərbaycanda dövlət qərarlarının qəbul edilməsinə müdaxilə və korrupsiyanın olmasına dair möhkəm fikir vardır, hansı ki, ÖTS-nin dəstəklədiyi inkişaf məqsədlərinə nail olmağın qarşısını ala bilər. Bu riski azaltmaq üçün, ÖTS, AMF və layihələri vasitəsilə, hakimiyyət qolları arasında balanslaşdırmanı aparan qurumların gücləndirilməsi vasitəsi ilə mülki cəmiyyətin nəzarəti altında siyasi hesabatlılığı, dövlət sektorunun effektiv idarəedilməsi, maliyyə hesabatlılğı və açıqlılığının hərtəfəli idarə edilməsi üzrə tədbirlər planını özündə ehtiva edir. İdarəetmə gündəliyinin icrasının monitorinqi və prioritetləşdirilməsi qlobal tərəfdaşlıqda ikitərəfli və çoxtərəfli donorlarla birgə bölüşülən çərçivədən və Hökümətin payı və mülki cəmiyyətin iştirakından asılı olaraq həyata keçiriləcəkdir. Layihələrin idarəedilməsi qruplarının gücləndirilməsi, qeydlərin şəffaf aparılması və Bankın satınalma və layihələrin maliyyə idarəetməsi sahəsində olan standartlarını qorumaq üçün xüsusi ehtiyyat tədbirləri görüləcəkdir. İdaəretmənin Monitorinqi Çərçivəsinə aşağıdakılar daxildir, məsələn: Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT), Dövlət Xərclər və Maliyyə Hesabatı (DXMX) və Dövlət Daxili Maliyyə Nəzarəti (PİFC), Dövlət Xərclərinin İzlənilməsi Sorğusu (PETS), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (MSQP), Standart və Normalara Əməl Olunması Haqqında Hesabat (SNƏH), Müəssisələrin Fəaliyyət Müddəti Haqqında Sorğu (MFMHS), Ölkənin Siyasət və İnstitusional Tərəfdən Qiymətləndirilməsi (ÖSİTQ), habelə Dünya Bankı İnstitutunun (DBİ) İdarəetmə Göstəriciləri. Çərçivə ÖTS-nın hərtərəfli qiymətləndirmə və monitorinqi mexanizminə daxil edilmişdir.

  • Resursların axını riski. Dəyişkən enerji qiymətləri --- və ya boru kəməri və ya qaz layihələrinin gözlənilməz pozulması yoxsulluğun azaldılması tədbirlərini gecikdirməklə resursların axınına və dövlət maliyyəsinə ciddi təsir göstərə bilər. Bu risklər neft ixracından əldə olunan büdcə gəlirlərini cəmləşdirən Dövlət Neft Fondu tərəfindən neft gəlirlərinin cari axını sahəsindəki potensial dəyişkənlikləri aradan qaldırılması ilə azaldılır.

  • Maliyyə İdarəetməsi Riski. Neft gəlirləri kəskin artmağa başladıqca, xərclər də təsir göstərəcəkdir. Neft gəlirlərinin səhv idarəedilməsi və Holland sindromu da islahat proqramlarının icrasını gecikdirə bilər. Bu risk Birbaşa Xarici İnvestisiyaların (BXI) axınının artması zamanı və böyük həcmdə xarici borc və səhv idarə olunmuş dövlət investisiyalarına yol verilməməsi də daxil edilməklə, 10 illik məsuliyyətli makroiqtisadi idarəetmə fonunda nəzərdən keçirilməlidir. Əlavə olaraq, risk Bankın və Fondun makroiqtisadi sabitlik və maliyyə davamlılığına dair davamlı siyasət diaqloqu ilə azaldılır. Azərbaycanın EİTİ-də fəal iştirakı yaxından izləniləcək və CAPSAP, ARDNŞ daxil olmaqla, hasilat sənayelərində gəlirlərin şəffaflığını və maliyyə hesabatlılığını dəstəkləyəcəkdir. Neft Fondunun vəsaitinin xərclənməsi qaydaları Büdcə Sistemi haqqında Qanunda və ARDNF-in tənzimləyici çərçivəsində dəqiq müəyyən edilib. Neft Fondundan vəsaitin xərclənməsi Milli Məclis tərəfindən təsdiq edilən icmal büdcənin hissəsini təşkil etməlidir. 22 Neft fondu vəsaiti hesabına ödənilən bütün xərclər vahid Xəzinə Hesabından həyata keçirilməlidir. Makroiqtisadi idarəetmə və fiskal davamlılıq haqqında dialoq, məqsədi yüksək inflyasiya riskinin qarşısının alınmasında və, Neft Fondundan vəsaitin xərclənməsi daxil olmaqla, dövlət vəsaitinin çox sürətli və ya qeyri-səmərəli şəkildə xərclənməsinin qarşısının alınmasında hökumətə kömək etməkdən ibarət olan DXPİ-lər tərəfindən davamlı olaraq dəstəklənəcəkdir. ÖTS-in iri infrastruktur layihələri dövlət vəsaitinin səmərəli idarə edilməsini birbaşa dəstəkləyəcək. Azərbaycnda infrastrukturun müasir standartlara uyğun şəkildə yenidən qurulmasının dəyəri gözlənilən neft və qaz gəlirlərinə nisbətən aşağıdır. Bununla, bizim prioritetimiz makroiqtisadi idarəetmə, hasilat sənayelərinin şəffaflığı, neft gəlirlərinin səmərəli uzun-müddətli idarə edilməsi, büdcənin hazırlanması prosesi, maliyyə hesabatlılığı və dövlət investisiya proqramının səmərəli icrası məsələlərində davamlı iştirakın təmin edilməsidir.

  • Regional təhlükəsizlik riski. Keçən illər ərzində Cənubi Qafqazda sabitliyin artırılması istiqamətində hərəkət olmuş, xüsusi ilə də Gürcüstanda “Qızıl Gül İnqilabı”-ndan sonrakı hadisələr regional nəqliyyat və enerji dəhlizlərinin inkişafı sahəsində imkanları genişləndirmişdir. Buna baxmayaraq, nə Dağlıq Qarabağla əlaqədar Ermənistanla münaqişənin uzanması potensialı, nə də münaqişənin ÖTS dövründə həll edilməsni potensialı istisna edilə bilməz. Beynəlxalq ictimaiyyət və xüsusi ilə də ATƏT-in Minsk Qrupu bu məsələdə ehtiyyatla vasitəçilik edir. Bank isə münaqişə nəticəsində məcburi köçkün olmuş əhalinin rifahının yaxşılaşdırılması məsələsində hökümətə köməklik göstərilməsi işini davam etdirəcəkdir.

  • Portfolionun idarəedilməsi riski. Portfolionun keyfiyyətinin yaxşı olduğu və heç bir açıq məsələninin olmadığı haqqında məlumatın olduğu şəraitində, korrupsiya riski diqqətlə nəzərdən keçiriləcəkdir. Bura, 2-ci cədvəldə göstərildiyi kimi, layihələrin satınalma və maliyyə idarəetməsi sahəsində çox ehtiyyatla davranma və nəzarət daxildir.

  • Bankın ÖTS tədbirlərinin tam həcmində iştirakının ehtimalı yüksəkdir. ÖTS Azərbaycanla əvvəlki CAS və YAYK üzrə uzun-müddətli tərəfdaşlığımızı dəstəkləyir. CAS-ın Tamamlanması Hesabatında (əlavə 3) qeyd edildiyi kimi, əvvəlki CAS üzrə təklif edilmiş bütün layihələr təsdiq edilib və başlanıb. 2006 maliyyə ili həmin gündəliyə digər çox önəmli 4 layihəni əlavə edib. Hökumət, CAPSAP daxil olmaqla, islahat gündəliyinin cəld surətdə həyata keçirilməsinə sadiqliyini nümayiş etdirib. E-hökumət və dövlət islahatı tədbirləri alətlərin seçilməsində çevik və realistik yanaşmanın seçilməsini tələb edir. Maliyyə sektorunda tədbirlər və infrasturktur gündəliyi əsasən artıq yaxşı icra olunan fəaliyyətlərin davamıdır. Sosial sektorlarda oxşar olaraq, təklif olunan təhsil layihələri mövcud APL-ın təbii növbəti addımlarıdır, və uğurla həyata keçirilən sosial müdafiə islahataı davam etdiriləcəkdir. Ətraf mühit gündəliyinə gəldikdə, 28 sentyabr 2006-cı il tarixdə ölkə prezidenti Abşeron yarımadasında və bütövlükdə ölkə ərazisində ekoloji davamlılığın bərpa edilməsi üzrə ətraflı planları və vaxt cədvəllərini müəyyən edən fərman imzalayaıb. ÖTS həmin proqramda birbaşa iştirak edəcək. Azərbaycanın ÖTS-də müəyyən edilmiş gündəliyi həyata keçirmək üçün maliyyə vəsaiti var. Bank və BMK üçün çağırış Azərbaycana sürətli inkişaf sahəsində uğurlu olmaqda davam etmək üçün tələb olunan keyfiyyətli exper məsləhəti və layihənin idarə edilməsi xidmətlərini vaxtında göstərməkdən ibarətdir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin