Bank Qrupunun Yardım Instrumentləri
Bankın yardımı, infrastruktura investisiyalar, sosial sektor və kənd yerlərinin inkişafına investisiyalarla birgə intensiv siyasət dialoqu vasitəsi ilə verilən struktur dəyişikliyi krediti və AMF-dən ibarət olmuşdur. Əsas neft və qaz daxilolmalarının əldə olunmasınadək imkanın olmasını nəzərə alaraq, Bankın ümüumi strategiyası idarəetməni gücləndirmək, siyasət islahatlarını müəyyən etmək və prioritetləşdirmək üçün yardımın göstərilməsi, beynəlxalq inkişaf təcrübəsinin yayılması və dövlət investisiyası layihələrinin işlənib hazırlanması və icarsı üçün yüksək keyfiyyətli texniki ekspertiza və nou-haunun təmin edilməsi olmuşdur.
CAS baza senarisini təqdim etmişdir, harada ki, Bank 9 layihə vasitəsi ilə 163 milyon ABŞ dolları məbləğində kredit ayıracaqdır (onlardan 123 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və 40 milyon ABŞ dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) vəsaiti olacaqdır). Bütün 9 layihə təqdim edilmiş və yalnız BİA vəsaitləri deyil BİA/BYİB vəsaitlərinin qarışıq statusuna asan keçid mümkün olmuşdur. (cədvəl A3.1). İlk BYİB krediti Bankın Direktorlar Şurasına Mİ05-də təqdim edilmişdir. Eyni zamanda, CAS genişləndirilmiş Yoxsulluğun Azaldılmasına Yardım Krediti (YAYK) kreditləşməsini və BYİB tərəfindən infrastruktur kreditləşməsini ehtiva edən yüksək-vəziyyət ssenarisini də nəzərdə tutmuşdur. Aşağıda qeyd edildiyi kimi, əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) restrukturizasiyası sahəsində kifayət qədər tərəqqinin olmaması səbəbindən Azərbaycan yüksək vəziyyət mexanizmlərini də təmin edə bilməmişdir. Ölkə göstəriciləri Azərbaycana BİA tərəfindən ayrılacaq maliyyə vəsaitlərinin artırılması üçün kifayət qədər yetərli olmuş və məcburi köçkünlər üçün olan 10-cu lahiyə təsdiq edilmişdir. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) öz vəsaitlərindən 9 layihəyə 66 milyon ABŞ dolları ayırmış (bunun 3%-i kapitalda iştirak, 97%-i kreditdir) və sindikasiya şəklində əsasən maliyyə və neft sektorlarına 61.43 milyon ABŞ dolları ayırmışdır. BMK həmçinin Azərbaycanın xeyrinə olan reqional layihələri dəstəkləmiş, belə ki, niyyəti Mərkəzi Asiyada özəl sector üçün lizinqi praktiki cəhətdən mümkün etmək olan 30 milyon ABŞ dolları məbləğındə bir lizinq mexanizmi yaradılmışdır
Həm (UKP - Uyğunlaşdırılımış Proqram Kredit və YAYK vaistəsi ilə) kredit ayrılması, həm də (proqramatik DXI- Dövlət Xərclərinin İcmali və Yoxsulluğun Qiymətləndirilməsi vasitəsi ilə) AMF ilə əlaqədar proqramatik yanaşma istiqamətinə aydın keçid olmuşdur. Proqramatik AMF-ə və individual sektor kreditlərinə sıx inteqrasiya etmiş struktur dəyişikliyi krediti sahələr üzrə struktur islahatlarına təkan vermək üçün istifadə edilmişdir. Bankın investisiya kreditləşməsi də Hökümət, özəl sektor və digər donorlar tərəfindən daha böyük həcmli investisiyaları tamamlamaq üçün istifadə edilmişdir.
CAS dövründə maliyyələşdirilmiş layihələr qeyri-neft sektorunda ticarət, investisiyalar, ticarətin sadələşdirilməsi, dövlət xərcləri, yoxsulluq, fidusiar və satınalma sistemlərini, enerji və digər infrastruktur, səhiyyə və təhsil, və maliyyə sektoruna aid bir sıra AMF-lərdən faydalanmışdır. BMK-nın əsas məsləhət vermə işi, özəl sektorun inkişafı və kiçik və orta həcmli müəssisələri inkişafına dəstək üçün təkmilləşdirilmiş maliyyə vasitəçiliyi vasitəsi ilə əsasən qeyri-neft sektorlarında imkanların yaradılmasına yönəlmişdir. Proqramın digər vacib məqamlarına lizinqin inkişfı layihəsi, korporativ idarəetmə proqramı, kiçik və orta həcmli müəssisələr üçün əlaqələr proqramı və iqtisadi islahatlar sahəsində əldə edilmiş tərəqqi və Azərbaycanın qeyri-neft sektorunun gələcək investisya potensialına qlobal diqqəti yönəldən BXİ konfransı aiddir. Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (XİMX) Azərbaycanın İnvestisiyaların Təşviqi və Məşvərət Fonuna məsləhətlər vermiş və Azərbaycanın investisiya qanunvericiliyinin təkmilləşməsinə dair tövsiyələrini təqdim etmişdir. Yuxarıda ÖTS-də qeyd edildiyi kimi, 2006 maliyyə ili ərzində strategiya fəal AMF proqramı vasitəsilə davam etdirilib və dörd iri yeni layihə təsdiq edilmişdir.
Cədvəl A3.1 Azərbaycanda Bankın Kreditləşdirdiyi Layihələr, Mİ03-05
-
Fəal layihələr Mİ03-05
|
Təsdiq edilmiş layihələr Mİ03-05
|
Fermer Təsərrüfatlarının Özəlləşdirilməsi (Mİ 04-də bağlanıb)
Qaz Bərpası (Mİ 03-də bağlanıb) İnstitusional Quruculuğa Texniki Yardım (Mİ 03-də bağlanıb)
Təhsil İslahatları (Mİ 04-də bağlanıb)
Struktur Dəyişikliyi Krediti II (Mİ 04-də bağlanıb)
Təcili Ətraf Mühit İnvestisiyaları
Pilot Yenidənqurma
Kənd Təsərrüfatının İnkişafı Krediti
Səhiyyə İslahatları Öyrənmə və İnnovasiya Krediti (ÖİK)
Bakının Su Təchizatı
Maliyyə Sektoruna Texniki Yardım
İrriqasiya/ Drenaj Sistemlərinin Bərpası
Mədəni İrsin Qorunması PRSV
İnstitusional Quruculuğa Texniki Yardım 2
Maqistral Yollar
|
Bakının Su Təchizatı (Əlavə)
Təhsil Sektorunun İnkişafı Uyğun- laşdırılmış Kredit Proqramı (UKP)
İrriqasiya Paylanması Sistemləri və İdarə Edilməsi
Kənd Yerlərinə İnvestisiya
Pensiya və Sosial Yardım
Maliyyə Xidmətlərinin İnkişafı
Məcburi Köçkünlərə İqtisadi İnkişaf Dəstəyi
YAYK I
Elektrik Enerjisinin Ötürülməsi
Kənd Yerlərinin Ətraf Mühiti
|
Dostları ilə paylaş: |