Draft confidential


II-ci İstiqamət: Neft Sektorundan kənarda İş Yerlərinin Yaradılması və Davamlı Artım



Yüklə 1,78 Mb.
səhifə79/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   75   76   77   78   79   80   81   82   ...   112
II-ci İstiqamət: Neft Sektorundan kənarda İş Yerlərinin Yaradılması və Davamlı Artım

Qeyri-neft sektoru 2002-04-cü illər ərzində 13 faiz artaraq hər il üzrə 5-7 faizlik səviyyəni keçmişdir. (cəvəl A3.3). Qeyri-neft ixraçı 2002-ci ildə 259 milyon ABŞ dollarından 2005-ci ildə 766 milyon ABŞ dollarına qalxıb, orta illik artım tempi 43% təşkil edib. Qeyri-neft ixracın artım tempinin bu cür yüksək olması, aşağı inflyasiya, nisbətən aşağı əmək haqları, və regionda ən köhnəlmiş REER (ÖTS-də haşiyə 1-ə baxın) CAS dövründə Holland sindromunun qarşısının alınmasının ciddi əlamətləridir. Bank və BMK biznes mühitini yaxşılaşdırmaq üçün olan müdaxilələrə dəstək vermək, maliyyə sektorunu gücləndirmək, kənd təsərrüfatını təşviq etmək, və iqtisadi inkişafı Bakıdan kənar ərazilərdə müxtəlifləşdirmək üçün Hökümətlə birgə sıx işləmişdir. ÜDM-yə qeyri-neft ixracı 2002-ci ilin ÜDM-sinin 4.2 faizindən 2004-cü ildə 7.6 faizədək yüksəlmişdir. Tikinti, nəqliyyat və rabitə sektorlarında iş yerlərinin artımı hər il üzrə 3-5 faiz olmuşdur. Kənd təsərrüfatında məşğulluğun azalması fonunda, rəsmi məlumatlar göstərir ki, (hansı ki, işçi qüvvəsinin 40 faizini özündə cəmləşdirir), ümumi məşğulluğun sayı hər il üzrə sadəcə 0.4 faiz artmışdır.26 İllik 7-8% orta artımı ilə şəxsi istehlakın artması daha yaxşı ölçü ola bilər, əhalinin ən yoxsul onda bir hissəsində həmin artım ikiqat həcmdə baş verib, ÖTS-ın Azərbaycanda yoxsul təbəqələrdə artım üzrə qrafik 2-yə baxın. 2002-2005-ci illər üzrə minimum əmək haqqı təqribən 4 dəfə artmış (aylıq olaraq $7 –dən $25-ə), və orta əmək haqqı da əhəmiyyətli dərəcədə artmışdır. Bu əmək haqqı artımının nəticəsi müəllimlər və səhiyyə işçiləri də daxil olmaqla, enerji sektorundan kənarda işləyən əhalinin böyük hissəsinin real gəlirinin artması olmuşdur. Aşağıda qeyd edildiyi kimi Bank analitik iş, sıx siyasət dialoqu və maliyyə sektoruna, infrastruktura investisiyalar vasitəsi ilə qeyri-neft sektorunun artımına əhəmiyyətli tövhələr vermişdir.
Maliyyə qurumlarınnın və kiçik və orta həcmli müəssisələrinin potensial quruculuğu vasitəsi ilə BMK yerli şirkətlərə dəstək vermişdir. BMK-nın məsləhət işi yerli təchizatçılar üçün regionada fəal olan neft və qaz inkişafı layihələrinə münasibətdə imkanların yaradılması olmuşdur. Bu strateqiyanın əsas məhsulu beynəlxalq neft şirkətləri ilə iş aparan yerli kiçik və orta həcmli müəssisələr üçün potensial quruculuğunu təmin edən AÇG (Azəri-Çıraq-Günəşli) /BTC Kiçik və Orta Həcmli Müəssisələrin Bağlantısı Proqramı olmuşdur. BMK-nın digər texniki yardımına lizinqin inkişafı layihəsi və korporativ idarəetmə proqramı daxil olmuşdur. Bu proqramların məqsədi yerli bank və səhmdar cəmiyyətlərin investisiya cazibədarlığını artırmağa əlavə olaraq siyasət dialoqu, təlim və ictimaiyyətin məlumatlandırması kampaniyaları vasitəsi ölkənin ümumi investisiya iqlimini yaxşılaşdırmaqdır.

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin