Draft confidential


Qeyri-neft özəl sektorun inkişafı



Yüklə 1,78 Mb.
səhifə8/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

Qeyri-neft özəl sektorun inkişafı


  1. Azərbaycanın neft sərvətləri qeyri-neft sektorunda iqtisadi artım mühitinin təkmillıəşdirilməsi və iş yerlərinin yaradılması üçün əhəmiyyətli imkanlar təmin edir. Azərbaycan öz gəlir səviyyəsində olan ölkə üçün çox yaxşı təhsilli və ucuz işçü qüvvəsinə malikdir. Neft və qazdan başqa Azərbaycanın təbii sərvətlərinə qurğuşun, sink, dəmir və mis filizləri, mişar daşı və mərmər kimi müxtəlif tikinti materialları aiddir. Qeyri-neft sektoru daxilində kənd təsərrüfatı və aqroemal, istehsal, tranzit ticarəti və nəqliyyat, rabitə kimi xidmətlərin artımın aparıcı qüvvəsi olacağı gözlənilir. Lakin neft sərvətlərinin hazır olması biznes mühitinin təkmilləşdirilməsi üçün zəruri olan islahatları ləngidə və qeyri-neft sektorlarının rəqabət qabiliyyətini zəiflədə bilər.




  1. Aqroemal artım və iş yerlərinin yaradılması üçün yaxşı imaknalar vəd edir. Hal-hazıərda azərbaycanda çox az sayda firmalar kənd təsərrüfatı məhsullarını daxili və xarici bazar üçün şirələr, quru meyvələr, şərab və mürəbbələr kimi daha yüksək dəyərli emal məyhsullarına çevirirlər. Burada əsas məsələlərə fabrik imkanlarının zəifliyi, etibarsız elektrik təchizatı və digər infrastruktur çətinlikləri, əlverişli biznes mühitinin olmaması və yardımçı sənaye sahələrində (məs., toplama şəbəkələri, məhsulun yığılmasından sonrakı proseslər, şüşə qablar, sınaq laboratoriyaları, irriqasiya infrastrukturu) zəifliklər aiddir. Nəqliyyat əlaqələrinin, o cümlədən tranzit dəhlizlərinin inkişaf etdirilməsi də vacibdir. Vaxtda, keyfiyyətdə azacıq yaxşılaşma və malların ekspedisiyası ilə bağlı xərclərin azalması müəyyən bazarlarda, məs., MBD və Türkiyədə, tələbatın xeyli artmasına səbəb ola bilər.




  1. Əsas avadanlıq, metal işləri, texniki xidmət çeşidləri, nəqliyyat xidmətləri, qida və xəstəxana xidmətləri və kimya və neft-kimya sənayesini daxil olmaqla neft və qaz sənayesini təchiz edən sahələrdə artım potensialı mövcuddur. Neft və qaz sənayesində artım öz növbəsində telekommunikasiya və şəbəkə xidmətləri kimi əlavə dəyərli sahələrin inkişafına gətirməsi ehtimal olunur. Vəzifələrə yerli istehsalçılar üçün çətin ola biləcək sərt beynəlxalq standartlara cavab vermə, iri kapital tələbi, iri orta sifarişlər, sərt təchizat tələbləri daxildir.




  1. Növbəti bir neçə ildə Azərbaycannın iki böyük sürətlə inkişaf edən qonşularının - Rusiya Federasiyasının və Qazaxstanın - Dünya Ticarət Təşkilatına qəbul olunacağı ehtimal olunduğuna görə ticarət axınlarının artması gözlənilir. Avropa Birliyinin üç Qafqaz ölkəsinin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etməsi bütün Avropa ilə sıx ticarət əlaqələrinin yaradılmasına gətirə bilər. Regionda artan alış qabiliyyətinin də mallarda və xidmətlərdə və sərt vaxt tələblərini qoyan daşımalarda olan tələbatı artmasına gətirməsi ehtimal olunur. ÖTS-nın əsas prioriteti tək Azərbaycanın deyil ümumiyyətlə bütün regiona faydalı olacaq regionda potensial tranzit əməkdaşlığının artırılmasından ibarətdir.




  1. Azərbaycandan Gürcüstan vasitəsi ilə Türkiyəyə və oradan Aralıq dənizi və daha uzaqlara gündə milyon barel neft daşıyan BTC-nın işə düşməsi ilə uzun müddət gözlənilən regional tranzit dəhlizi açıldı. Cənubi Qafqaz Boru kəməri iri Şah-Dəniz yatağından Türkiyə sisteminə qaz təmin edəcək. Belə meqa layihələr əsas tranzit mənbəyini təmin edir və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa zəmanət verir. Məntiqi addımlar kimi avtonəqliyyat və dəmir yollarının təkmilləşdirliməsi hal-hazırda atılmaqdadır.

31. Maliyyə sektoruna gəldikdə, Azərbaycanın bank sektoru iqtisadiyyatın ölçüsü ilə nisbətdə kifayət qədər xırda olmaqda qalır. Hal-hazırda ölkədə 44 bank fəaliyyət göstərir və onardan 18-də xarici kapital iştirak edir və ikisi xarici bankların filiallarıdır. Həmin banklardan bir çoxu BMK və AYİB-dən dəstək almış və onların xidmət çeşidi və iş keyfiyyəti tədricən artmaqdadır. Lakin 2005-ci ilin sonuna cəmi bank kapitalı ÜDM-in 18%-ni təşkil etmişdir ki, bu da Mərkəzi Avropanın bir çox keçid iqtisadiyyatına malik ölkələrinin 30-40% səviyyəsindən xeyli aşağıdır. 2004-cü ildə BVF və Bankla birlikdə keçirilən FSAP qiymətləndirməsindən sonra mərkəzi bank və banklar haqqında yeni qanunlar qəbul edilmişdir. Onlar geniş mənada Bazel prinsiplərinə müvafiq hazırlanmışdır və de jure mərkəzi bankın müstəqilliyini və hesabatlılığını təmin edir. Hesabatda eyni zamanda ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankına (ABB) dair bir sıra tövsiyələr verilmişdir. ABB hal-hazırda cəmi bank sistemi aktivlərinin 49%-ə malikdir. FSAP qiymətləndirməsi keçirilən zaman isə bu göstərici 53% təşkil edirdi. Bu, digər (əsasən özəl) bankların inkişafına dəlalət edən müsbət inkişaf əlamətidir. Eyni zamanda, sektorda biznes mühitini yaxşılaşdırmaqla bank sektorunun beynəlxalq rəqabətə effektiv şəkildə açılması yolu ilə bir iri dövlət bankının dominant üstünlüyü müəyyən zaman ərzində daha da azaldılmalıdır. Donorların texniki yardımı ilə prudensial qaydaların tətbiqi yaxşılaşmışdır. Aşağı kapitallaşma səviyyəsi və iri açıq xarici valyuta mövqeyi bank sektorunu (xüsusi olaraq kreditlərin keyfiyyəti və mübadilə məzənnəsinin bahalaşması baxımından) potensial olaraq sarsıntılara qarşı həssas edir, lakin aparılmış stress testləri bank sektorunun makroiqtisadi sarsıntılara qarşı yüksək dayanıqlığını nümayiş etdirir. Ümumiyyətlə, bank sistemi kiçik və orta müəssisələrin və kənd ərazilərində yaşayan əhalinin maliyyələşdirilməsində vasitəçi kimi fəaliyyətini gücləndirməlidir. Maliyyə xidmətlərinə çıxışın yaxşlaşdırılması kənd ərazilərində əmanətlərin, kreditlərin, kommersiya fəaliyyətinin və iş yerlərinin açılmasının dəstəklənməsi sahəsində əsas məsələlərdən birini təşkil edir.




  1. Elektrik enerjisinin və qazın etibarsız təchizatı işgüzar fəaliyyət və gündəlik həyat qarşısında olan əsas maneələrdən olmaqda qalır. 2005-ci il BEEPS-də sorğuda iştirak etmiş hər dörd şirkətdən biri elektrik enerjisinin kəsilməsini fəaliyyət üçün problem kimi qeyd etmişdir və, demək olar ki, cəmi illik satışın təxminən 7%-i elektrik enersinin kəsilməsinə görə itirilmişdir. Ölkənin bir çox bölgələrində elektrik enerjisi saatlarla verilir və tez-tez lokal kəsilmələr və sistem qəzaları geniş şəkildə baş verir. Qaz nəqletmə sisteminin də iri-miqyaslı təmirə ehtiyacı var, və qaz emalı və anbarları da qeyri-qənaətbəxşdir. Sektor həyat qabiliyyətinə malik olma səviyyəsindən uzaqdır. Azərenerji (dövlət enerji şirkəti) ARDNŞ-in yanacaq təchizatından olduqca asılı vəziyyətdədir, lakin onu ödəyə bilmir. Azəriqaz (dövlət qaz şirkəti) eyni vəziyyətdədir. Hər iki halda ARDNŞ-dən verilən yanacağın təmin edilməsi üçün dövlət birbaşa subsidiya vermiş olur.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin