Draft confidential


Ətraf mühitin təmizlənməsi



Yüklə 1,78 Mb.
səhifə9/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   5   6   7   8   9   10   11   12   ...   112

Ətraf mühitin təmizlənməsi


  1. Abşeron yarımadasında, Bakı ətrafında, 130 illik neft hasilatı təxminən 33 000 hektar ərazinin neftlə çirklənməsi ilə nəticələnmişdir. Bu, Xəzər dənizinə də öz təsirini göstərmişdir. Çirklənmənin əsas hissəsi hazırda mövcud olmayan Sover dövrünün müəssisələri tərəfindən törədilmişdir, lakin 1991-ci ildə ARDNŞ yarandıqdan sonra da bu davam etmişdir. Düzgün olmayan ekoloji praktikanın nümunəsi kimi neft tullantılarının və tullantı sularının mədənlərin ərazilərinə axıdılmasını göstərmək olar. Çirklənmi. ərazilərin bir qismi Bakının lap yaxınlığındadır və vətəndaşlar və tikinti şirkətləri onların üzərində ev və mənzillər tikirlər. Bu sağlamlıq üçün ciddi risk mənbəyidir və potensial olaraq yanğın və partlayış törədə bilər.



  1. Bu yaxınlarda ölkə Prezidenti çirklənmiş ərazinin təmizlənməsi barədə göstəriş vermişdir. Bu əraziyə tullanmış təminən 700 milyon barrel neftin xeyli hissəsini toplamaq olar ki, bu da kifayət qədər böyük dəyərə malikdir. Çirklənmiş torpaqların xeyli hissəsi təmizləndikdən sonra yaşayış və kommersiya məqsədli tikinti üçün potensial dəyərə malikdir. Lakin çirklənmiş torpasqların kimə məxsusluğu ilə bağlı məsələ qalmaqdadır. Bundan başqa neft sahəsindəki bütün cari əməliyyatların qabaqcıl beynəlxalq ekoloji və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi vacibdir.




  1. Xəzər dənizindəki köhnə yataqlarda qazın havaya buraxılması baş verir. Təkcə bir yataqda səmt qazının yandırılması avadanlığına və ya qazın borulara vurulması imkanına malik olmayan quyulardan gündə təxminən 1 milyon kub metr qaz havaya buraxılır. Yeni boru kəmərlərinə və kompressor stansiyalarına investisiyalar qoyulmazsa bu qazın həcminin 3 milyon kub metrə çata biləcəyi ehtimal olunur. Bu, Karbon Maliyyələşdirməsi mexanizmi üçün bir imkandır.




  1. Bakının kanalizasiya sisteminin təcili yenidənqurulmasına rhtiyac var. Burada və bir sıra digər yerlərdə təmizlənməmiş məişət və sənaye tullantı suları çaylara və Xəzər dənizinə axıdılaraq onları çirkləndirir. Yenə də bu sağlamlığa təhlükədir. Bundan başqa nərə populyasiyası da təhlükə altındadır.




  1. Azərbaycanın üç bioçoğrafi regionun (Avropa, Mərkəzi və Kiçik Asiya) qovşağında yerləşməsi onun yüksək biomüxtəlifliyi ilə nəticələnmişdir. Qafqaz dağları dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən “Global 200 Ecoregion”-dan biri kimi, “Conservation International” tərəfindən isə biomüxtəlifliyin 25 “qaynar nöqtəsindən” biri kimi müəyyənləşdirilmişdir. Qafqaz ekosisteminin problemləri sırasında meşəsizləşmə, həttən artıq otarma və ovçuluq daxildir ki, bunlar da biomüxtəlifliyi birbaşa təhlükələrdəndir. Bunun səbəbləri sırasında kənd yerlərində yoxsulluğu, digər ölkələrdən ağac idxalının dayandırılması, təbii qaz təchizatı sistemlərinin dağılması, siyasi fəsadlar və çoxlu sayda məcburi köçkünlər ordusunun olmasını qeyd etmək olar. Bankın yardımı ilə hökumət təbii resursların idarə edilməsini təkmilləşdirir və Azərbaycanın iki dağ regionunda daha davamlı iqtisadi fəaliyyəti tətbiq edir. Bu fəaliyyətin məqsədi yüksəkliklərdə yerləşən meşə və otlaqların keyfiyyət və məhsuldarlığını artırmaqdan ibarətdir.



  1. Azərbaycan yüksək seysmik fəallıq zonasındadır. Ölkə həmçinin öz topoqrafik quruluşuna və Xəzər dənizinin səviyyəsinin dəyişkənliyinə görə güclü subasmalara da meyllidir. Yüksək yağıntı zamanlarında torpaq sürüşmələri riski artır ki, bu da insan məskənlərinə, sənayeyə, təsərrüfatlara və yollara ciddi zərər vurur. İldə 1,4 milyard dollardan artıq iqtisadi zərərin baş verməsi ehtimalı 0,5 faizdir. İldə 90 milyon dollardan artıq zərərin vaş vermə ehtimalı isə təxminən 5 faizdir.10




  1. Yüklə 1,78 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin