Nəticələr:Siyasət dialoqu, və, o cümlədən, texniki və bilik xidmətləri daha çox Bankın Azərbaycana verdiyi əsas dəyəri formalaşdıracaq, və həmin dəstəyin vaxtında, etibarlı və yüksək keyfiyyətli olması təmin edilməlidir.
Azərbaycanda yaranan yeni məsələ tədiyyə balansının maliyyələşdirilməsi üzrə təcili ehtiyacları və YAYK kreditləşməsi olmadıqda siyasət dialoqunda tam iştirakın təmin edilməsi üçün vasitələrin yaradılmasıdır. Tədiyyə balansı üçün kreditləşmə üzrə ehtiyacların azalması və Azərbaycanın BİA təsnifatından çıxmasını nəzərə alaraq, əsas məsələ Bankın siyasət dialoqunda iştirakının davam etdirilməsindən ibarətdir. Bəzi Orta Gəlirli Ölkələrdən fərqli olaraq, Azərbaycanın işgüzar mühitin yaxşılaşmasını və qeyri-neft sektorunun artımını sürətləndirmək üçün struktur islahatlara davamlı ehtiyacı var.