2005-ci ilin payızında keçirilmiş parlament seçkiləri ərəfəsində və bir qədər sonra yeni maliyyə, iqtisadi inkişaf, səhiyyə və kənd təsərrüfatı nazirlərinin təyin olunmasına baxmayaraq CAS-ın məqsədləri 2006-cı maliyyə ilində uğurla davam etdirilmişdir. Bank Ədliyyə Sisteminin Müasriləşdirilməsi Layihəsini (SDR 14,8 milyon) və Səhiyyə Sektorunun İslahatları Layihəsini (SDR 34,3 milyon) hazırlamaqla idarəçiliyin islahatları sahəsində səylərini intensivləşdirmişdir. Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsinin ikinci mərhələsi (SDR 21,1 milyon) üzrə də danışıqlar tamamlanmış və hər üç layihə 2006-cı ilin iyununda Direktorlar Şurasına təqdim edilmişdir. Bundan başqa 2006-cı ilin yanvarında təsdiq edilmiş 200 milyon dollarlır Magistral yol layihəsi ilə Azərbaycan BYİB statusuna keçməkdədir. 2006-cı maliyyə ilində həmçinin Suvarma və Drenaj İnfrastrukturunun Yenidənqurulması və Tamamlanması Layihəsi üçün SDR 2,5 milyon məbləğində əlavə maliyyələşdirmə təsdiq olunmuş və IBTA II layihəsinin çərçivəsində xərclənməmiş vəsaitin bir qismi quş qripi ilə mübarizə tədbirlərinə yönəldilmişdir. Orta, kiçik və mikromüəssisələrə lizinq və maliyyə vasitəçiliyi xidmətlərini dəstəkləmək üçün BMKL maliyyə bazarlaında dörd layihəyə 13,3 milyon dollar ayırmışdır. Texniki yardım sahəsində BMK-nın PEP-Mərkəzi Asiya proqramı lizin və ipoteka maliyyələşdirməsinin inkişafı sahəsində işini davam etdirmiş və korporativ idarəçilik layihəsi vasitəsilə yerli bankların və şirkətlərin korporativ idarəçilik sistemlərinin inkişafına dəstək vermişdir. BMK həmçinin BP ilə birlikdə ACG,BTC kiçik və orta müəssisələrin əlaqələndirilməsi proqramı vasitəsilə yerli təchizatçıların dəstəklənməsi işini davam etdirmişdir.