İstiqamət I: Dövlət sektorunun idarə edilməsinin keyfiyyət və şəffaflığının gücləndirilməsi. Bu sahədə neft gəlirlərindən ehtiyatlı istifadəyə imkan verən sabit makroiqtisadi çərçivəsinin qorubun saxlanılması; dövlət xərclərinin planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi; maliyyə menecmenti və satınalma sistemlərinin gücləndirilməsi; dövlət sektorunda və özəl sektorda müvafiq korporativ idarəçilik, audit və mühasibat sisteminin yaradılması; biznes üçün artıma imkan verən inzibatı və tənzimləmə mühitinin formalaşdırılması; və ədliyyə sisteminin gücləndirilməsi nəzərdə tutulur.
İstiqamət II: Qeyri-neft iqtisadiyyatının davamlı və tarazlı artımının dəstəklənməsi –maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndiruilməsi; KOM-ların inkişafının dəstəklənməsi və birbaşa olaraq özəl sektora investisiyalar; kənd infrastrukturunun və xidmətlərinin inkişafı; yolların və digər tranzit dəhlizlərinin keyfiyyətinin yaxşılaşdırılması; ümummilli səviyyədə su təchizatı və kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; elektrik və qaz təchizatının etibarlığının artırılması və kommunal sektorun maliyyə qabiliyyətinin gücləndirilməsi.
İstiqamət III: Sosial xidmətlərin keyfiyyətinin və onlardan istifadə imkanlarının artırılması– yaxşı keyfiyyətli səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; müasir və qlobal səviyyədə rəqabət qabiliyyətli təhsil sisteminin formalaşdırılması; sosial yardımın effektiv ünvanlanması; daha şəffaf, sərfəli və davamlı pensiya sisteminin yaradılması; məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi imkanlarının yaxşılaşdırılması.