Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi çərçivəsində bank, sığorta və kapital bazarlarında islahatların növbəti mərhələlərinin həyata keçirilməsi; Azərbaycanın Milli Bankının təşkilati imkanlarının əlavə gücləndirilməsi; maliyyə risklərinin idarəedilməsi müəssisələrinin (m.ü., kredit risklərinin reyestri, girov/daşınar əmlak reyestri, ipotekaya yardım sistemləri) təkmilləşdirilməsi; sığorta sektorunun, o cümlədən tənzimləyici və nəzarət orqanlarının gücləndirilməsi, müşahidə və monitorinq sistemlərinin tətbiqi, və sığorta sənayesində risklərin idarəedilməsini yaxşılaşdırmaq üçün infrastrukturun hazırlanması; və səhm kapitalına çıxışın yaxşılaşdırılmasında və xarici səhm portfelli investorların müdaxiləsini asanlaşdırmaq üzərində cəmləşdirilmiş kapital bazarının islahatları dəstəklənəcək.
BMK Azərbaycanın ilk mikromaliyyələşdirmə bankının yaradılmasına yardım göstərib, həmin bank surətlə inkişaf edir və filiallarının sayını artırır. BMK investisiyaları və TY-nin məqsədi rəqabətli və dinamik maliyyə bazarına yardım göstərməkdən, qeyri-bank sektorunun inkişaf etdirilməsindən, və maliyyə məhsullarının çeşidinin genişləndirilməsinə yardımdan ibarətdir. BMK diqqətini kiçik və orta müəssisələrə xidmət göstərən yerli özəl banklar üçün maliyyələşdirmə imkanlarının yaxşılaşdırılması və lizinq şirkətlərinin yaradılmasına yardım vasitəsilə maliyyə təşkilatlarının potensialının yaradılması üzərində cəmləşdirəcək. Buraya həmçinin təşkilati potensialın yaradılmasına texniki yardımın, habelə bütün sektorda lizinq və mənzil tikintisində maliyyələşdirmənin inkişafı və korporativ idarəçilik kimi sahələrə texniki yardımın göstərilməsi daxildir. Misal üçün, BMK PEP-Mərkəzi Asiya çərçivəsində ölkənin mənzil tikintisinin maliyyələşdirmə sistemində mövcud olan boşluqları təhlil etmiş və müəyyən etmişdir və əlavə TY və investisiyalar vasitəsilə bu sektorun Azərbaycanda inkişafına yardım göstərməyə davam edəcək.