Draft confidential


Quş Qripinə Hazırlıq Proqramı



Yüklə 1,78 Mb.
səhifə41/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   37   38   39   40   41   42   43   44   ...   112
Quş Qripinə Hazırlıq Proqramı KTİKL-II çərçivəsində və İkinci İnstitusional Qurucluğa Texniki Yardım Layihəsinin (İQTY-2) dəyişdirilməsi nəticəsində qalan vəsaitlər hesabına dəstəklənəcək. İQTY-2 layihəsinin xərclənməmiş 5 mln. ABŞ dolları məbləğində vəsaiti quş qripinə hazırlıqla bağlı təcili tələblərin maliyyələşdirilməsinə ayrılmışdır. Bu proqramın məqsədi insanlara və quş sənayesinə təhlükəni minimallaşdırmaqdan və epidemiyaya hazırlanmaq və epidemiyanı nəzarət altında saxlamaq iqtidarında olmaqdan ibarətdir.




  1. Hal-hazırda icra edilən Kənd Təsərrüfatına İnvestisiyalar Layihəsi çərçivəsində tələblərə əsasən müəyyənləşdirilən mikrolayihələrin maliyyələşdirilməsi vasitəsilə kənddə ev təsərrüfatının əsas infrastrukturdan istifadə imkanlarının artırılması təmin edilir. Buraya kənd icmaları tərəfindən müəyyən edilmiş prioritet tələblərə əsaslanaraq iqtisadi infrastrukturun (yollar, su, elektrik) və social infrastrukturun (məktəblər və səhiyyə klinikaları) tikintisi və ya bərpası daxildir.




  1. İrriqasiya və drenaj sistemlərinin də bərpa edilməsi təcili tələb edilir ki, onların amortizasiyasının qarşısı alınsın və səmərəliliyi artırılsın. Azərbaycanda təxminən bütün kənd təsərrüfatı məhsulu irriqasiya hesabına yetişdirilir. Hal-hazırda icra edilən iki irriqasiya və drenaj layihələri çərçivəsində hədəf sahələrdə irriqasiya sularının paylanmasının və idarəedilməsinin səmərəliliyinin və maliyyə davamlılığının yaxşılaşdırılması təmin edilir. Samur- Abşeron kanalının ilk 50 km bərpasına yardım edən İrriqasiya və Drenaj Bərpası Layihəsi (İDBL) 2007 Maliyyə İlinin sonuna yaxın bağlanmalıdır. İrriqasiya Sisteminin Təkmilləşdirilməsi Layihəsi fermalarda suyun idarə edilməsinin təkmilləşdirilməsinə yardım göstərir. Əlavə İrriqasiya və Drenaj II Layihəsinin əhatə dairəsi genişləndiriləcək və su mənbələri orqanları üçün struktur dəyişikliklər, təşkilati dəyişikliklər və əlavə potensialın yaradılması təmin ediləcək. Yeni Su Sektorunun Tədqiqi bu tədbirlər üçün analitik bazanı təmin edəcək.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin