BİA hal-hazırda beş pilot əyalətdə icra edilən Səhiyyə İslahatları LIL və bu yaxınlarda başa çatdırılmış Səhiyyə Sektorunun Təhlili layihələri ilə səhiyyə sektorunda fəal iştirak etmişdir. Səhiyyə nazirliyinin yeni rəhbərliyi ilə birgə BİA hal-hazırda səhiyyə sisteminin geniş sektormiqyaslı islahatlarını dəstəkləyir. Əsas mexanizm Səhiyyə Sektorunun İslahatı Layihəsidir. Əsas məqsədlər islahatlara rəhbərlik etmək, əsas və ikinci dərəcəli xidmətlərin göstərilməsini səmərəliləşdirmək və yaxşılaşdırmaq, davamlı səhiyyə maliyyələşdirməsini və vəsaitlərin ayrılmasını təmin etmək və səhiyyə sektorunda üzün müddətli kadrlar ehtiyacları problemini həll etmək üçün Səhiyyə nazirliyinin potensialını yaraqmaqdan ibarətdir. Bankın təmiz su və sanitariya və etibarlı enerji sisteminə də dəstəyi əhaliyini sağlamlığı üçün əhəmiyyətli yardım olacaq. Təklif edilən Ətraf Mühitin Təmizlənməsi Layihəsi sağlamlığa təhlükələri azaldacaq. BMK nüfuzlu və təcrübəli investorlarla bu sektora özəl investisiyaların yardımını müzakirə edəcək.