CAS Məqsədlərinə Nail olunma Ümumi Yoxsulluğun Azaldılması Ölkə səviyyəsində yoxsulların sayı 2002-ci ildə təqribən 44.6%-dən 2005-ci ildə 24%-ə enmişdir ki, bu da 46% azalmanı təşkil etmişdir. Kəskin yoxsulluq şəraitində yaşayan əhalinin sayı 2002-ci ildə 26.9%-dən 2005-ci ildə 9.2%-ə enmişdir. Müqayisəli Ev Təsərrüfatı Büdcəsinin Müayinəsi (ETBM) məlumatlarına əsaslanan bu nəticələr göstərir ki, 2005-ci ildə 2.9 milyon insan yoxsulluq şəraitində yaşamış, bu da 2002-ci ildəki 3.3 milyonluq göstəricinin kəskin azalmasını bildirir. Artım əsasən yoxsul təbəqələrdə baş verib, və əhalinin ən yoxsul onda bir hissəsində istehlak orta hesabla ikiqat artıb, ÖTS-də yuxarıda qrafik 2-yə baxın. Minimum əmək haqqının 5 dəfə artması ilə əmək haqqı nəzərə çarpacaq dərəcədə artmışdır, baxmayaraq ki, bu çox kiçik səviyyədən başlayır. Həmçinin daha yoxsul ailələrin transfer gəlirlərində əhəmiyyətli sıçrayışlar olmuşdur. Ən kasıb ev təsərrüfatlarının 20% arasında 2003-cü ildəki səviyyəyə nisbətən 2004-cü ildə dövlət sosial transferləri 35%-dək artmışdır. Dövlətin sosial proqramının əsas komponenti olan pensiyalar da həmin dövr ərzində ən yoxsul qrup üçün 44% artmışdır.
Cədvəl A3.2: Azərbaycanda Yoxsulluq Şəraitində Yaşayan Əhalinin Hesablanmış Sayı 2002-2004-cü illər