Draft confidential


İstiqamət 4: Neft potensialının reallaşdırılması



Yüklə 1,78 Mb.
səhifə84/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   80   81   82   83   84   85   86   87   ...   112
İstiqamət 4: Neft potensialının reallaşdırılması
4-cü istiqatmətin məqsədi neft və qaz inkişafının dəstəklənməsi və maliyyələşdirilməsi, və layihələrin sosial və ekoloji təsirlərinin azaldılmasının təmin edilməsidir. Azərbaycanın neft sektoru, 2002-2005-ci illər ərzində 8 milyard ABŞ dolları həcmində investisiyalar ilə dəstəklənərək, qrafikə uyğun inkişaf edir. AÇQ Faza 1 işlənmə və hasilat layihəsində 2005-ci ilin fevral ayında ilk neft alınıb və hal-hazırda layihədə gündəlik neft hasilatı 136 min barrel xam neft təşkil edir. Müxtəlif amillər BTC boru kəmərinin həddindən artıq mürəkkəb tikinti prosesinin başa çatdırılmasına bir ildən çox ləngiməsinə təsir göstərib. BTC Şirkəti Azərbaycandan boru kəməri vasitəsilə xam neftin nəql edilməsinə 2005-ci ilin may ayında başlayıb. Neft Ceyhana 2006-cı ilin may ayında çatıb. Şahdəniz qaz yatağının işlənməsinin birinci fazası üzər işlər qrafikə uyğun gedir və Cənubi Qafqaz boru kəmərinin tikilməsi ilə 2006-cı ildə qaz ixrac edilməsi gözlənilir. Bu hadisələr ilə, 2005-2007-ci ildə neft sektorunda illik artımın 60% olması proqnozlaşdırılır. 2007-ci ildən sonra artımın surəti tədricən azalmağa başlayacaq, və orta müddətdən uzun müddətə qədər artım azalmağa başlayacaq.
Bank Qrupu neft potensialının reallaşdırılmasına kömək etməkdə katalitik rol oynayıb. Bank Qrupu neft potensialının reallaşdırılmasında kömək etməkdə aparıcı rol oynayıb, və həmin köməklik yalnız neft yatağı layihəsi və BTC boru kəmərinin tikintisi üçün maliyyənin əldə edilməsindən deyil, həmçinin, ən yüksək sosial, ətraf mühit və təhlükəsizlik standartlarının təmin edilməsində aparıcı rol oynamaqdan ibarət idi. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda AÇQ Faza 1 neft yatağının işlənməsinin ikinci fazasını və 2004 maliyyə ilində BTC boru kəmərinə dəstək göstərib, və bu məqsədlə öz vəsaiti hesabına 61.43 milyon ABŞ dolları həcmində kredit və birgə kredit vasitəsilə 31 milyon ABŞ dolları ayırıb. BMK, həmçinin, ölkədə bir çox tərəfdaşın iclaslarının keçirilməsində, yerli əhalinin, qeyri-hökumət təşkilatlarının və digər tərəflərin BTC boru kəmərinin marşrutu haqqında narahatlıq doğuran məsələlər ilə tanış olmağa çağırılmasında faydalı rol oynayıb. Azərbaycanda QHT qrupları və BMK-nin ətraf mühit və sosial məsələlər üzrə əməkdaşları daxil olmaqla, bir çox müstəqil qurumlar tərəfindən layihənin davamlı monitorinqi həyata keçirilməkdədir. BTC boru kəmərinin inşası zamanı, BMK əməkdaşları ətraf mühit üzrə (ildə dörd dəfə) və sosial missiyalarda (ildə iki dəfə) iştirak etmişdi. BMK, həmçinin, kreditorlar qrupu adından fəaliyyət göstərən layihələndirmə üzrə müşavirlərlə, və BP şirkətinə regiondakı fəaliyyəti ilə bağlı məsləhət göstərən Xəzər İnkişaf Müşavirə Şurası ilə müntəzəm olaraq əlaqə saxlayır. Birinci istiqamət üzrə müzakirə edildiyi kimi, Neft Fondu, büdcə sistemləri, OMXP və DİP diqqət mərkəzində olmaqla, BİA Azərbaycana gəlirlərin izlənilməsi və istifadə edilməsi sahəsində şəffaflığın təmin edilməsi üçün lazımi qurumların yaradılmasında mühüm rol oynayıb. Həmin institusional islahatlar beynəlxalq neft şirkətləri və banklar üçün layihə üçün daha uzun müddətli və iri maliyyənin ayrılması üçün şərait yaradan idarəetmə çərçivəsinin yaradılmasında xüsusi rol oynayıb.
Ətraflı monitorinq çərçivəsi meydana çıxan məsələlərin erkən müəyyən edilməsinə gətirib, və kreditorlar vətəndaşlıq cəmiyyəti ilə onların həll olunması üzrə birgə çalışıb. BMK həmçinin BTC-ni vətəndaşlıq cəmiyyətini monitorinq çərçivəsinə daxil etməyə həvəsləndirib, və BTC Azərbaycanda bu işi səmərəli həyata keçirə bilib. BMK rüb ərzində əldə edilmiş tərəqqini nəzərdən keçirən Rəhbər Komitənin üzvüdür. Bundan əlavə, BMK-nin Bakıda AÇQ/BTC/KOM (kiçik və orta müəssisələr) Əlaqələndirmə Proqramı çərçivəsində əlaqələndirmə layihələrinin identifikasiyası və monitorinqi üzrə çalışan əməkdaşları var. Bu günədək, həmin əlaqələrə BP Müəssisə Mərkəzi vasitəsilə işgüzar xidmətləri və müəssisələr üçün uzun-müddətli sifarişləri əldə etmək imkanını yaradan təchizat şəbəkəsi üzrə texniki yardım və enerjinin qənaət edilməsi və alternativ enerji texnologiyaları haqqında məlumatın yayılması üçün Energy Bus sistemi (nümayişlərdə 4 486 ev təsərrüfatı iştirak edib) daxil olub. Proqram BMK-nin kiçik yerli müəssisələr üçün daha çox imkanların yaradılması üzrə səylərini nümayiş etdirir. BMK-nin Korporativ Vətəndaşlıq qurumu, həmçinin, sponsorlara regionda vətəndaşlıq cəmiyyətinin potensialının artırılmasında kömək etmək üçün birgə-maliyyələşdirmə şəklində 200 min ABŞ dolları ayırıb.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin