Draft confidential

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.13 Mb.
səhifə7/25
tarix22.10.2017
ölçüsü1.13 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   25

Ortamüddətli perspektiv


  1. Azərbaycanın ortamüddətli artım perspektivləri müsbətdir. Neft sektorunun sürətli artımı davam edəcəyinə görə 2006-2008-ci illər arasında Real ÜDM-in ildə təxminən 24 faiz artacağı proqrnozlaşdırılır. (cədvəl 3). Neftlə bağlı investisiyaların azalmasının fonunda Hökumət onil ıərzində baxlımsız qalmış infrastrukturun yenidənqurulması məqsədilə səylərini artıracaq. Lakin neft gəlirlərinin artması və fiskal vəziyyətin nəticəsində real effektiv mübadilə məzənnəsinin bahalaşması qeyri-neft sektorunun artımı qarşsında dayanacaq ciddi vəzifələrdəndir.




  1. 2006-cı ilin dövlət büdcəsi ciddi fiskal genişlənməni əks etdirir. Nominal ÜDM-in 42 faiz artacağı gözlənildiyi halda cari xərclərin 60 faizdən yuxarı qalxması, dövlət investisiyalarının isə üç dəfə artması planlaşdırılır. Qeyri-neft sektorunun kəsirinin 2005-ci ildəki qeyri-neft ÜDM-in 11 faizindən, 2006-cı ildə 30 faizindən yuxarıyadək artacağı gözlənilir.




  1. Dünya Bankı və BVF dövlət xərclərinin hazırkı templə artmasının inflyasiya ilə yeni inflyasiya təzyiqləri ilə nəticələnə biləcəyi ilə bağlı narahatlığını bildirdilər. Hökumət hesablayıb ki, son illər ərzində, Azərbaycanın iqtisadiyyatı BTC, Cənubu Qafqaz Borukəməri və neft kəşfiyyatı və hasilatı ilə bağlı ÜDM-un 30%-dən çox səviyyədə XBİ-ni qəbul edə bilib. Həmin investisiyalar başa çatandan sonra, hökumət öz iri infrastruktur investisiyalarını həyata keçirmək istəyir. Hökumət inflyasiya riskləri haqqında agahdır və inflyasiyanın çox artması halında infrastruktur investisiyaların tempini azaldacaq və digər düzəldici tədbirləri nəzərdən keçirə bilər. Hökumət tam agahdır ki, institusional və qəbuletmə potensialının məhdudiyyətləri iri investisiya proqramının həyata keçirilməsinin templərini azalda bilər.




  1. 2007-08-ci illərdə hökumətin xərclərinin ildə təxminən 35 faiz artacağı (nominal ifadədə) gözlənilir. 14 Bunun səbəbi tikinti proqramının davam etməsi olacaq. 2008-ci ildə seçkilər keçiriləcək. 2009-cu ildən etibarən xərclərin artımı ildə təxminən 10 faizədək zəifləyəcək. 2007-08-ci illərdə qeyri-neft fiskal kəsir 40%-i ötməklə zirvəsinə çatacaq və bundan sonra tərdicən azalacaq. Hökumətin bu siyasəti neftin cari qiymətləri saxlanarsa davamlı olacaq. Bunun nəticəsində Neft Fondunun aktivləri 2010-cu ildə 35 milyard ABŞ dollarına çatacaq. Lakin cari strategiya qeyri-neft sektorunun izafi qızması riskinə malikdir və digər ölkələrin təcrübəsinin göstərdiyi kimi Holland sindromu və “resurs lənəti” riski kifayət qədər yüksəkdir. 2007-08-ci illərdə inflyasiyanın ildə 17 faizə çatacağı, sonra isə 10 faiz səviyyəsinə enəcəyi gözlənilir.




  1. Bu risklərin minimallaşdırılması məqsədilə struktur islahatlarının məqsədyönlü şəkildə davam etdirilməsi tələb olunur. Bu islahatların nəticəsində daxili resurslar sərbəstləşəcək, əməliyyat xərcləri azalacaq və məhsuldarlıq artacaq ki, bu da real effektiv mübadilə məzənnəsinin bahalaşmasının mənfi təsirlərinin qarşısını almağa imkan verəcək. (bax haşiyə 1). Lakin, struktur islahatların və rəqabətə davamlı infrastrukturun bərpasının səmərəli olması üçün bir qədər vaxt tələb olunacaq. 1995-ci ildən bəri real valyuta mübadilə məzənnəsi digər ölkələrə qarşı xeyli aşağı olduğu üçün və əmək haqqının beynəlxalq normalara müqayisədə nisbətən aşağı olduğu üçün qısa-müddət ərzində qeyri-neft sektorunda rəqabətliyə olan təzyiqlər azalmışdır (bax: Misal 1). Hələ də, hökumət tərəfindən yüksək inflyasiya hesabına dövlət sərmayələrin müvəqqəti artması özəl sektorunda, proqnozlaşdırılan davamlı yerli inflyasiyadan formalaşan qeyri-münasib xərclər strategiyasına gətirib çıxara bilər. Azərbaycanın təcrübəsi göstərir ki, pul siyasəti orta müddətdə prinsiplərin RFMM dinamikasına təsirini kompensasiya etmək üçün münasib olmaya bilər. Buna görə, RFMM-nin artmasına yol verməmək ehtimalı yoxdur. Nominal valyuta mübadilə məzənnəsinin artması inflyasiyaya və bu proqnozlara əks təsir göstərə bilər. Həm yerli inflyasiya, həm də valyuta mübadilə məzənnəsinin qalxması ABŞ dolları ilə denominasiya olunmuş toplam resurslarda yerli valyutada əsaslı itkilərə səbəb ola bilər.



Cədvəl 3: Makroiqtisadi çərçivə 2006 - 2010


(başqa vahid göstərilməyibsə ÜDM—in faizi ilə)








2005

2006

2007

2008

2009

2010

Real ÜDM-in artımı (faiz)




26.4

24.6

27.1

19.9

11.6

5.7

Real qeyri-neft ÜDM-in artımı (faiz)

8.4

8.9

8.4

8.1

6.8

6.8

İnflyasiya (İQİ, dövr üzrə orta, faiz)




9.7

13.0

17.0

17.0

13.0

10.0

Adambaşına ÜMG (US$ Atlas)

1,240

1,650

2,400

3,330

3,940

4,450

Cari hesablar balansı

1.3

14.4

21.3

25.0

24.4

21.3

Xalis Xarici Birbaşa İnvestisiyalar (US$ mln)

459

-1,539

-4,120

-1,456

-667

81

İcmal fiskal balans

2.7

7.5

8.5

24.5

27.0

24.7

İcmal fiskal balans, Neft Fondu xaric

-2.3

-7.2

-13.8

-17.8

-16.1

-14.1

İcmal büdcə gəlirləri

26.5

40.8

45.3

63.9

64.7

61.4

Ümumi kapital investisiyaları

44.1

39.7

36.6

36.4

36.0

37.3

Xarici borc – ödənilməmiş qalıq

15.0

10.5

8.9

7.9

7.5

7.8

Xarici borca xidmətin ixraca nisbəti (faiz

2.6

0.9

0.9

0.8

0.8

0.9

Xam neftin qiyməti (US$/barrel)

53.4

65.3

60.1

56.1

52.5

49.1

Mənbə: Bank və Fond əməkdaşlarının təxmin və proqnozları



  1. Bəlli olub ki, yüksək inflyasiya resursların paylanmasına, investisiya marağına, ticarətə, maliyyə vasitəçiliyinə və nəticədə iqtisadi artıma mənfi təsir göstərir. Potensial olaraq, bu, nominal valyuta mübadilə məzənnəsinin tənzimləmələrinin ixracçılara və xarici valyutada depozit sahiblərinə qısa-müddətli təsirlərlə müqayisədə daha bahalı başa gəlir. Bundan başqa, böyük ehtimal ki, cəmiyyətin aşağı gəlirli seqmentlərin yüksək inflyasiyadan qeyri-proporsional olaraq daha çox əziyyət çəkəcək. Valyuta mübadilə məzənnəsinin daha da çevikliyi həmçinin maliyyə bazarların inkişafını dəstəkləyib, tamamilə spekulyativ axınları zərərsizləşdirə bilər. Lakin, baxmayaraq ki, nominal valyuta mübadiləsinin artması inflyasiya təzyiqlərin azaldılmasına köməklik göstərə bilər, ehtiyatlı makroiqtisadi və struktur siyasətləri böyük əhəmiyyət kəsb edəcək. Fiskal məhdudiyyətləri artıq yerli tələbatın inflyasiya təsirinin qabağının alınmasında vacib alət olaraq qalmaqdadır. O, real valyuta mübadilə məzənnəsinin artım təzyiqlərinin dayandırılmasına yönəlmiş uzaq-görən pul siyasətinin çərçivəsi ilə müşahidə olunmalıdır. Neft Fondu və onun tərəfindən qeyri-neft defisitlərin maliyyələşdirilməsinə olan məhdudiyyətlər əsas zərərsizləşdirmə aləti olaraq qalacaq.




  1. 2006-07-ci illərdə xarici investorlar öz kapitallarını geri aparacaqlar və bunun nəticəsində ümumi milli gəlirin (ÜMG) təxminən dörddə birinin ölkəni tərk edəcəyi gözlənilir. 2005-09-cu illər arasında ÜDM-in dollar ifadəsində demək olar ki, üç dəfə artacağına baxmayaraq neft konsorsiumu ilə hasilatın pay bölgüsü sazişləri neft qiymətləri yüksək olduğu zaman kapitalın daha sürətlə repatriasiyasını nəzərdə tutur. Xarici investorların 2006-cı ildə təxminən 8,2 milyard dollar məbləğində vəsaiti repartiasiya edəcəyi gözlənilir ki, bu da demək olar ki, 2004-cü il ÜDM-in həcminə bərabərdir. Kapitalın repatriasiyasını nəzərə alaraq adambaşına ÜMG-in 2005-ci ildə 960 dollar, 2006-cı ildə 1120 dollar, 2007-ci ildə 1650 dollar təşkil edəcəyi gözlənilir. Bu ÖTS-də Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycana yardımının dayandırılması ilə bağlı keçid mexanizminin planlaşdırılmasında kapitalın repatriasiyası məsələsi nəzərə alınmışdır.


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə