Draft confidential

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.13 Mb.
səhifə9/25
tarix22.10.2017
ölçüsü1.13 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

V.2003-06-cı maliyyə illəri: Tarixə nəzər və çıxarılmış nəticələr

2003-05-ci maliyyə illəri üzrə CAS-ın nailiyyətləri və qarşıda duran vəzifələr


  1. Son bir neçə il ərzində Azərbaycanda təcrübə müsbət olmuşdur. Bank Hökumətlə birlikdə mənalı yoxsulluğun azaldılması strategiyasının hazırlanması üzərində işləmişdir və onun əsasında ayrı-ayrı sahələrdə ciddi islahatların həyata keçirilməsi üçün islahat kreditləri ayırmışdır. Dünya Bankı Qrupunun YAİİDP-in icrasına dəstəyi dörd strategi məqsəd əsasında təmin edilmişdir: (i) makroiqtisadi sabitliyi saxlamaq, “Holland sindrom”undan qaçmaq və qeyri-neft sektorunda artımı, məşğulluğu və yoxsulların xeyrinə yönəlmiş xərcləri təmin etmək üçün neft bumunun idarə edilməsi; (ii) biznes mühitinin yaxşılaşdırılması, maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, KOM-lara dəstək infrastrukturunun formalaşdırılması və kənd təsərrüfatının stimullaşdırılması yolu ilə iş yerlərinin yaradılması və qeyri-neft artımının təmin edilməsi; (iii) sosial xidmətlərin və yardımın göstərilməsində geriləmənin qarşısının alınması, enerji, nəqliyyat və su infrastrukturunun inkişafı yolu ilə infrastrukturun və sosial xidmətlərin təkmilləşdirilməsi; (iv) YAİİDP-də göstərilmiş zaman müddətləri ərzində və miqyasda neft potensialının reallaşdırılmasına yardım göstərilməsi.




  1. CAS müddətində bütün dörd strateji istiqamətdə irəliləyiş müşahidə olunmuşdur. Birinci və dördüncü istiqamətlərdə - neft bumunun idarə edilməsi və neft potensialından istifadə edilməsinə kömək - xüsuilə irəliləyiş müşahid edilmişdir. Son dörd il ərazində ÜDM ildə orta hesabla 11 faizlik artım tempi nümayiş etdirmişdir, qeyri-neft sektorunda illik artım 13 faiz təşkil etmişdir; BTC boru kəməri tikilib başa çatdırılmış, qaz yataqlarının və digər boru kəmərlərinin tikintisi qrafik üzrə davam edir. Neft Fondu möhkəm oturuşmuşdur, büdcə çərçivəsi icra olunmaqdadır və Hökumətin enerji gəlirlərinin istifadəsi sahəsində yüksək idarəçilik və şəffaflıq standartlarına əməl etmək öhdəliyi onun EITI (hasilat sənayesində şəffaflıq təşəbbüsü) təşəbbüsündə iştirakı ilə sübut olunmuşdur. Azərbaycan 2003 və 2004-cü illərdə bu təşəbbüs üzrə hesabatlar dərc edən ilk və hələlik yeganə ölkə olmuşdur. Lakin ARDNŞ-ın restrukturizasiyasının tempi aşağı olmuşdur.



  1. İkinci məqsəd sahəsində də yaxşı irəliləyiş əldə olunmuşdur, lakin bəzi vacib sahələrdə irəliləyiş daha yavaş olmuşdur. Qeyri-neft sektorunda davamlı inkişaf təmin edilmişdir və Bankın dəstəklədiyi sahələrin əksəriyyətində, o cümlədən maliyyə sektorunda, torpaq bazarında, kənd kreditləşdirilməsində, suvarmada və ətraf mühitin qorunmasında irəliləyiş əldə olunmuşdur. Lakin biznes mühitinin yaxşılaşdırılması, bank sektorunda rəqabət və korrupsiyanın aradan qaldırılması sahəsində hələ çox iş görülməlidir. Özəlləşdirmə və dövlət müəssisələrinin şəffaflığının artırılması sahəsində irəliləyiş asta olmuşdur.




  1. Sosial sektorlarda BİA pensiya və sosial təminat üzrə dialoq vasitəsilə əhəmiyyətli təsir göstərmişdir və bu sahələrdə kompleks islahatlar davam edir. Hökumət həmçinin məcburi köçkünlərə qayğısını artırmışdır və onların həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi imkanlarının genişləndirilməsi sahəsində davamlı həll yollarının axtarılmasına başlamışdır. Təhsil sektorunda yeni tədris proqramının (kurrikulum) hazırlanmasında, pulsuz dərsliklərin paylanmasında vıə təhsilin nəticələrinin monitorinqində irəliləyiş əldə olunmuşdur. Su və enerji sektorlarında restrukturizasiya davam etmişdir, lakin özəl sektorun cəlb edilməsi sahəsində irəliləyiş məhdud olmuşdur. Səhiyyə sektoru ciddi narahatlıq mənbəyi olaraq qalır, lakin bu müddət ərzində Səhiyyə Sektorunun İcmalı hazırlanın başa çatdırılmışdır. 2005-ci ildə nazirliyin rəhbərliyinin dəyişdirilməsi ciddi və geniş təhlillərə əsaslanan Səhiyyə Sektorunun İslahatları Layihəsini tez bir zamanda hazırlamağa imkan vermişdir.




  1. Cədvəl 4-də çıxarılmış nəticələr öz əksini tapmışdır. Qoşma 3-də verilmiş CAS-ın tamamlanması haqqında hesabatda 2003-05-ci maliyyə illərini əhatə edən CAS-ın ətraflı qiymətləndirilməsi verilmişdir.


Cədvəl 4: 2003-2006 maliyyə illəri üzrə Ölkəyə Yardım Strategiyasından çıxarılmış nəticələr

Əsas nəticələr

Bank üçün nəyi nəzərdə tutur

Uzun zaman ərzində Bankın fəal və ardıcıl siyasət dialoqu konsensusun əldə edilməsində və bir çox sahələrdə siyasət və institusional islahatların həyata keçirilməsində xüsusi rol oynayıb.

Ardıcıl siyasət dialoqunu davam etdirmək. Bankın davamlı siyasət dialoqu bir sıra mürəkkəb islahaların həyata keçirilməsi üçün çox əhəmiyyətli rol oynaya bilər.

Siyasət dialoqu və investisiya məqsədi ilə kreditləşmə arasında və eyni zamanda ölkə komandası daxilində sıx əlaqələr Bank fəaliyyətinin səmərəliliyini artırır.



Siyasət məsləhətinin, investisiya kreditləşməsinin və texniki yardımın yüksək səviyyədə uyğunlaşdırılmasını təmin etmək. Proqramın məzmunu, məsləhət və layihələrə nəzarət sahəsində Bankın komanda üzvləri arasında fəal əlaqələndirmənin təmin edilməsi.

Ənənəvi iri analitik hesabatlar əvəzinə, “proqramatik” iqtisadi və sektor işinə keçid, vaxtında hazırlanmış və keçirilmiş bir sıra siyasət qeydləri və seminarları ilə nəticələnmişdir.

Siyasət dialoqunun və bilgi yayımınn genişləndirilməsi üçün proqramatik analitik işini digər sektorlarda aparmaq.


Regional əməkdalşlıq və inteqrasiya siyasi cəhətdən çətin idi, lakin regionda davamlı artımın təmin edilməsi üçün onun əhəmiyyəti getdikcə daha çox artacaq.


Regional inteqrasiyanın artmasını və tranzit dəhlizinin inkişaf etdirilməsi kimi, regional səviyyədə yardımın verilməsini gözləmək və buna hazırlaşmaq.




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə