CAS Məqsədlərinə Nail olunma Ümumi Yoxsulluğun Azaldılması Ölkə səviyyəsində yoxsulların sayı 2002-ci ildə təqribən 44.6%-dən 2005-ci ildə 24%-ə enmişdir ki, bu da 46% azalmanı təşkil etmişdir. Kəskin yoxsulluq şəraitində yaşayan əhalinin sayı 2002-ci ildə 26.9%-dən 2005-ci ildə 9.2%-ə enmişdir. Müqayisəli Ev Təsərrüfatı Büdcəsinin Müayinəsi (ETBM) məlumatlarına əsaslanan bu nəticələr göstərir ki, 2005-ci ildə 2.9 milyon insan yoxsulluq şəraitində yaşamış, bu da 2002-ci ildəki 3.3 milyonluq göstəricinin kəskin azalmasını bildirir. Artım əsasən yoxsul təbəqələrdə baş verib, və əhalinin ən yoxsul onda bir hissəsində istehlak orta hesabla ikiqat artıb, ÖTS-də yuxarıda qrafik 2-yə baxın. Minimum əmək haqqının 5 dəfə artması ilə əmək haqqı nəzərə çarpacaq dərəcədə artmışdır, baxmayaraq ki, bu çox kiçik səviyyədən başlayır. Həmçinin daha yoxsul ailələrin transfer gəlirlərində əhəmiyyətli sıçrayışlar olmuşdur. Ən kasıb ev təsərrüfatlarının 20% arasında 2003-cü ildəki səviyyəyə nisbətən 2004-cü ildə dövlət sosial transferləri 35%-dək artmışdır. Dövlətin sosial proqramının əsas komponenti olan pensiyalar da həmin dövr ərzində ən yoxsul qrup üçün 44% artmışdır.
Cədvəl A3.2: Azərbaycanda Yoxsulluq Şəraitində Yaşayan Əhalinin Hesablanmış Sayı 2002-2004-cü illər
(faiz)
Cəmi
Bakı
Digər şəhər əraziləri
Kənd əraziləri
yoxsul
çox yoxsul
yoxsul
çox yoxsul
yoxsul
çox yoxsul
yoxsul
çox yoxsul
2002
44.6
26.9
41.6
25.6
48.7
31.5
43.7
24.7
2003
39.7
22.1
34.8
19.3
46.0
27.9
38.4
20.0
2004
28.5
13.4
18.6
8.0
35.4
19.0
29.6
13.0
2005
24.0
9.2
14.7
6.6
27.2
11.9
26.9
8.9
2004-2005
-4.6
-4.3
-3.9
-1.4
-8.2
-7.1
-2.7
-4.1
2002-2005
-20.6
-17.7
-26.8
-19.1
-21.5
-19.6
-16.8
-15.7
Mənbə: Ev Təsərrüfatı Büdcəsinin Müayinəsi və İşçi Heyətinin hesablamaları.
İstiqamət I: Neft Bumunun İdarəolunması CAS dövründə makroiqtisadi idarəetmə təqdirə layiq olmuşdur. Hökumət makroiqtisadi sabitliyi qoruyub saxlamaqda xeyli uğurlu olmuşdur. İri həcmli və potensial olaraq sabitliyi pozan kapital axınının olmasına baxmayaraq, sabit mübadilə kursu saxlanılmış və CAS dövrü ərzində inflyasiya tək rəqəmli olmuşdur. Xarici borc 2002-ci ildə ÜDM-nin 24%-dən 2005-ci ildə 15%-ə enmişdir. Böyük həcmli daxilolmalar və xərclərin nisbətən ehtiyatlı artımı 2002-ci və 2005-ci illər arasında ÜDM-nin 0.6% həcmində olan fiscal artıqlığa nail olmağa imkan vermişdir. Cari hesabın kəsiri, BTC-nin (Bakı-Tbilisi-Ceyhan) inşası və dənizdə neft platformalarının tikintisi ilə əlaqədar olaraq neft sektoruna olan idxalların həcminin artması səbəbindən, 2001-ci ildə ÜDM-nin 1 faizindən 2004-cü ildə ÜDM-nin 30 faizinədək kəskin olaraq yüksəlmişdir. Lakin, bu kəsir BXI tərəfindən maliyyələşdirilmiş və ümumi tədiyyə balansında artıqlıq müşahidə edilmişdir. 2005-ci ildə cari hesabın kəsiri ÜDM-nin 1.3% həcmində artıqlığa çevrilmişdir. 2001-ci ildə ÜDM-nin 23 faizindən 2004-cü ildə ÜDM-nin 58 faizinədək olan ümumi investisiyalardakı artım nəzərə alınaraq, makroiqtisadi idarəetmə möhtəşəm olmuşdur. 2004-cü ilin sonu 2005-ci ilin əvəllində, inflyasiya iri həcmli kapital axını və böyük dövlət xərcləri fonunda əsasən mübadilə kursunun kifayət qədər çevik olmaması səbəbindən artmışdır. İlin ikinci rübündə Hökümət, Bank və BVF ilə məsləhətləşmələr aparmaqla, inflyasiyanı azaltmaq məqsədi ilə böyük mübadilə kursu çevikliyni tətbiq etmiş və faiz dərəcəsini artırmışdır. Bir sıra struktur dəyişiklikliyni nəzərdə tutan anti-inflyasiyaya aid sərəncam təsdiq edilmişdir. 2005-ci il üçün dövr sonu inflyasiya təqribən 5.5 faiz olaraq qiymətləndirilmişdir.
Cədvəl A3.3: Əsas Göstəricilərin Xülasəsi
(başqa cür göstərilməmişdirsə ÜDM-nin faizi olaraq)
Maddə
2001
2002
2003
2004
2005*
ÜDM-nin real artımı (faiz)
9.6
9.7
11.2
10.2
26.2
Qeyri-neft sektoru ÜDM-sinin real artımı (faiz)
10.4
12.3
15.5
13.4
8.4
İnfilyasiya (İstehlakçı Qiymətlərinin İndeksi,dövr üzrə orta göstərici, faiz)
1.5
2.8
2.2
6.7
9.9
Adambaşına ÜMM (ABŞ dolları Atlas)
660
720
820
950
1240
Cari hesabın balansı
-0.9
-12.3
-27.7
-29.8
-5.2
Xalis Birbaşa Xarici İnvestisiyalar (ABŞ dolları mln)
299
1,048
2,353
2,351
-728
Real effektiv mübadilə kursu (faiz, - amortizasiya)
-6.1
-7.1
-10.8
-3.5
6.6
İcmal fiskal balans
-1.7
-0.4
-1.3
1.0
2.7
İcmal fiskal balans, Neft Fondu xaric
-2.7
-4.2
-4.7
-2.5
-2.3
İcmal büdcənin gəlirləri
18.7
27.3
26.6
26.8
26.8
Ümumi investisiyalar
22.9
34.1
52.9
53.2
36.0
Ödəniləcək xarici borc
22.8
24.0
24.0
22.8
15.0
Xarici borca xidmətin ixraca nisbəti (faiz)
5.3
5.9
6.6
5.4
3.0
Mənbə:Dövlət Statistika Komitəsi, Bank və Fondun İşçi Heyəti hesablamaları. *2005-ci il üzrə məlumatlar hesablamalardır
Neft bumunu idarəetmək üçün Bank institusional çərçivənin qurulması işində effektiv tövhələr vermişdir. Bankın yardımı ilə Hökümət Azərbaycanın öz neft daxilolmalarını idarəetmək üçün potensialını genişləndirən çərçivəni tətbiq etmişdir. Neft daxilolmalarını səmərəli və şəffaf idarəetmək üçün, DNF, Hesabalama Palatası, İqtisadi İnkişaf Nazirliyinin Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsi, və büdcənin hazırlanması və icarsı üçün Orta Müddətli Xərclər Planı (OMXP) ilkin mərhələləri kimi bir sıra vacib qurumlar təsis edilmiş, əməliyyata başlamış, və gücləndirilmişdir. Büdcədən kənar resurslar dövlət büdcəsinə inteqrasiya edilmişdir, hansı ki yeni büdcə qanununa müvafiq olaraq 2003-cü ildən etibarən dərc edilir. Hökümətin Maliyə Statistikası Təlimatı (HMST) klassifikasiyası təsdiq edilmişdir. Əməliyyat xərcləri istisna edilməklə DNF-in bütün xərcləri illik konsolidasiya edilmiş dövlət büdcəsinin bir hissəsi kimi daxil edilir və Parlamentin təsdiqinə təqdim edilir. Maliyyə Nazirliyi Neft Fondundan istifadəni də əks etdirən büdcənin icrası hesabatlarını dərc etdirir. DNF-da rüblük maliyyə hesabatlarını və beynəlxalq audit standartlarına uyğun olaraq audit olunmuş illik hesabatlarını dərc etdirir. Bank məsləhət vermişdir ki, audit və mühasibat uçotu islahatı, dövlət satınalmalarının islahatı vasitəsi ilə dövlət və özəl müəssisələrdə idarəetmə üçün fudisiar çərçivə gücləndirilsin.24 Satınalmalara dair yeni qanun qəbul edilmiş və həm özəl həm də dövlət sektoru üçün Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) əsaslanan yeni mühasibat uçotu qanunvericiliyi qəbul edilmişdir.
Yaxşı tərəqqi əldə olunsa da əsas qurumların gücləndirilməsinə dair irəlidə əsaslı gündəlik vardır. Hökümətin audit aparma sahəsindəki potensialının yaradılması sahəsindəki tərəqqi gözləniləndən zəif olmuşdur. Hesabalama Palatası yaradılmış və işçilərlə təmin edilmişdir, lakin onun potensialı və məlumata çıxışı məhduddur, və bu da onların tədbirlərinin həcmini məhdudlaşdırmış olur. Satınalma praktikalarındakı şəffaflıq da hələ geniş yayılmamışdır. Sahə nazirlikləri OMXP prosesində lazım olan qədər iştirak etmir və Dövlət İnvestisiyalarının Qiymətləndirilməsi Şöbəsinin daha da genişləndirilmısinə ehtiyac var. Bir sıra donorlar tərəfindən bu sahədə texniki yardımın göstərilməsi davam etməkdədir. Bu qurumların real testi iri həcmli daxilolmaların axınının başlaması vaxtı, yəni növbəti ÖTS dövründə aparılacaqdır. Təcrübə islahat məsələlərinə dair geniş konsensusun əldə olunması ilə bərabər tədricən və ardıcıl icraya ehtiyacın olduğunu göstərir, hansıların ki, çoxu cari praktikalardan keçidləri ehtiva edir. Azərbaycanda hökümətinin quruluşunun çoxşaxəli və çox hissəli olduğunu, və media və mülki cəmiyyətin müqayisəli zəif olduğunu nəzərə alaraq uzunmüddətli vaxt verilməsi vacibdir. Ölkədəki bütün qaz və neftlə bağlı olan birgə müəssisələrdə iştirak payı olan, öz istehsal və emal əməliyyatlarını aparan və yerli qaz və neft bazarında aparıcı rol oynayan ARDNŞ-ın restrukturizasiyası məsələsi də ciddi olaraq qalır. ARDNŞ-ın tənzimləyici və kommersiya funksiyalarının ayrılmasına, onun əməliyyat tədbirlərinin və maliyyə hesabatının şəffaflığının artırılmasına da ehtiyac var. YAYK dəstəyi ilə 2004-cü ildə qüvvəyə minmiş Mühasibat Uçotu haqqında Qanun, 2008-ci il üçün ARDNŞ və bütün digər dövlət müəssisələrindən maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq tərtib olunmasını və açıqlanmasını tələb edir. Bununla bağlı çətinlikləri nəzərə alaraq, qoyulmuş müddət optimistik olsa da, əhəmiyyətli irəliləyiş əldə edilib. CAS üçün ARDNŞ-ın maliyyə və korporativ restrukturizasiyası üzrə tədbirlər proqramının icrasına başlaması mühüm şərt idi, lakin bazanın qənaətbəxş icrası üçün şərt deyildi. Buna baxmayaraq, YAYK tərəfindən dəstəklənmiş, razılaşdırılmış tədbirlər planı üzrə iş başlanıb.25
II-ci İstiqamət: Neft Sektorundan kənarda İş Yerlərinin Yaradılması və Davamlı Artım
Qeyri-neft sektoru 2002-04-cü illər ərzində 13 faiz artaraq hər il üzrə 5-7 faizlik səviyyəni keçmişdir. (cəvəl A3.3). Qeyri-neft ixraçı 2002-ci ildə 259 milyon ABŞ dollarından 2005-ci ildə 766 milyon ABŞ dollarına qalxıb, orta illik artım tempi 43% təşkil edib. Qeyri-neft ixracın artım tempinin bu cür yüksək olması, aşağı inflyasiya, nisbətən aşağı əmək haqları, və regionda ən köhnəlmiş REER (ÖTS-də haşiyə 1-ə baxın) CAS dövründə Holland sindromunun qarşısının alınmasının ciddi əlamətləridir. Bank və BMK biznes mühitini yaxşılaşdırmaq üçün olan müdaxilələrə dəstək vermək, maliyyə sektorunu gücləndirmək, kənd təsərrüfatını təşviq etmək, və iqtisadi inkişafı Bakıdan kənar ərazilərdə müxtəlifləşdirmək üçün Hökümətlə birgə sıx işləmişdir. ÜDM-yə qeyri-neft ixracı 2002-ci ilin ÜDM-sinin 4.2 faizindən 2004-cü ildə 7.6 faizədək yüksəlmişdir. Tikinti, nəqliyyat və rabitə sektorlarında iş yerlərinin artımı hər il üzrə 3-5 faiz olmuşdur. Kənd təsərrüfatında məşğulluğun azalması fonunda, rəsmi məlumatlar göstərir ki, (hansı ki, işçi qüvvəsinin 40 faizini özündə cəmləşdirir), ümumi məşğulluğun sayı hər il üzrə sadəcə 0.4 faiz artmışdır.26 İllik 7-8% orta artımı ilə şəxsi istehlakın artması daha yaxşı ölçü ola bilər, əhalinin ən yoxsul onda bir hissəsində həmin artım ikiqat həcmdə baş verib, ÖTS-ın Azərbaycanda yoxsul təbəqələrdə artım üzrə qrafik 2-yə baxın. 2002-2005-ci illər üzrə minimum əmək haqqı təqribən 4 dəfə artmış (aylıq olaraq $7 –dən $25-ə), və orta əmək haqqı da əhəmiyyətli dərəcədə artmışdır. Bu əmək haqqı artımının nəticəsi müəllimlər və səhiyyə işçiləri də daxil olmaqla, enerji sektorundan kənarda işləyən əhalinin böyük hissəsinin real gəlirinin artması olmuşdur. Aşağıda qeyd edildiyi kimi Bank analitik iş, sıx siyasət dialoqu və maliyyə sektoruna, infrastruktura investisiyalar vasitəsi ilə qeyri-neft sektorunun artımına əhəmiyyətli tövhələr vermişdir.
Maliyyə qurumlarınnın və kiçik və orta həcmli müəssisələrinin potensial quruculuğu vasitəsi ilə BMK yerli şirkətlərə dəstək vermişdir. BMK-nın məsləhət işi yerli təchizatçılar üçün regionada fəal olan neft və qaz inkişafı layihələrinə münasibətdə imkanların yaradılması olmuşdur. Bu strateqiyanın əsas məhsulu beynəlxalq neft şirkətləri ilə iş aparan yerli kiçik və orta həcmli müəssisələr üçün potensial quruculuğunu təmin edən AÇG (Azəri-Çıraq-Günəşli) /BTC Kiçik və Orta Həcmli Müəssisələrin Bağlantısı Proqramı olmuşdur. BMK-nın digər texniki yardımına lizinqin inkişafı layihəsi və korporativ idarəetmə proqramı daxil olmuşdur. Bu proqramların məqsədi yerli bank və səhmdar cəmiyyətlərin investisiya cazibədarlığını artırmağa əlavə olaraq siyasət dialoqu, təlim və ictimaiyyətin məlumatlandırması kampaniyaları vasitəsi ölkənin ümumi investisiya iqlimini yaxşılaşdırmaqdır.
Cədvəl A3.4 Sahələr üzrə ÜDM-nin artım dərəcəsi, 2002-05
(faiz)
Faktiki
Hesablanmış
Proqnozlaşdırılmış
Sahə
2002
2003
2004
2005
ÜDM
10
11
10
26
Qeyri-neft ÜDM-
12
16
13
8
Sənaye
4
6
4
57
Kənd təsərrüfatı
6
6
5
8
Tikinti
82
48
41
2
Ticarət
6
9
9
10
Nəqliyyat
4.5
11.5
Rabitə
10
11
36
36
Digər xidmətlər
8
12
11
11
Mənbə: 2005-ci ilin Dövlət Büdcəsi Zərfi Sənədi və Bankın İşçi Heyətinin hesablamaları.
Müəyyən tərəqqiyə baxmayaraq biznes mühitini yaxşılaşdırmaq üçün davamlı tədbirlərə ehtiyac var. Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri arasında 2005-ci ilin MFMHS-də Biznes Üçün Problemlər orta göstəricilərinin 21-dən 15 üzrə daha yaxşı nailiyyətlər əldə etmişdir. O, korrupsiya, biznesin lisensiyalaşdırması, gömrük və ticarətin tənzimlənməsi, vergi idarəetməsi, vergi dərəcələri, və elektrik enerjisi göstəriciləri üzər orta səviyyədən aşağı bal yığmışdır. Respondentlərin ən azı 25 faizi bu sahələri problem kimi qeyd etmişlər (digər problemli sahələrə maliyyənin dəyəri və ona çıxış olmuşdur). 2002-ci ilin müayinəsindən etibarən, elektrik enerjisi istisna edilməklə, bu sahələrin hər birinə münasibət daha da pisləşmişdir. Bu pisləşmə 2003-2004-cü illərdə prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı ola və bununla da keçid xarakterini daşıya bilər.Dünya Bankı Institutunun İdarəetmə Göstəriciləri CAS dövründə Hökumətin Səmərəliliyi və Tənzimləyici Keyfiyyəti üzrə sabit tərəqqi göstərib, həmi sahələrdə Bankın təsiri var, Bankın daha az təsiri olan sahələrdə isə tərəqqi qarışıq xarakter daşıyıb.
İşgüzar Mühitə Dair Araşdırma (İMDA) əsasən 2005-ci ilin əvvəlində Azərbaycanda işə başlamaq üçün 115 gün tələb edilirdi — bu da Avropa və Mərkəzi Asiya Regionundakı orta dövlətdə olduğundan üç dəfə çoxdur. Bu rəqəm 2005-ci ilin may ayında hüquqi şəxslərin qeydiyyatına dair qaydalar sadələşdirildikdən sonra 56-ya enmişdir. Lisenziya almaq üçün tələb olunan xərc adambaşına düşən gəlirin 1,326 faizi həcmindən 2005-ci ildə 977%-ə düşsə də, orta regional göstəricidən ikiqat yuxarıdır.
Bankın məsləhət formasında göstərdiyi yardımdan faydalanaraq Hökümət bu məsələləri nəzərdən keçirməyə başlamışdır.27 Müəssisələrin mənfəət vergisi 2002-ci ildəki 27 faizdən 2004-cü ildəki 24 faizə endirilmiş, vergiyə cəlb olunmayan gəlir 50 faizədək artırılmış, və üç səviyyəli vergi sistemi iki səviyəli vergi sisteminə konsolidasiya olunmuşdur. Azərbaycan Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizasiyasına dair Kyoto Konvensiyasına qoşulmuş, və ölkənin gömrük məcəlləsinin buna uyğunlaşdırılması sahəsində hazırlıq işlərinə başlanılmışdır. Korrupsiyaya qarşı mübarizə haqqında yeni qanun qüvvəyə minib, və Prezident Korrpusiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramının hazırlanması üzrə fərman imzalayıb. Lakin, tərəqqi aşağı idi. 2006 maliyə ili üzrə məhkəmə islahatı məhkəmə sistemində idarəçiliyi gücləndirməyə və vətəndaşların çıxışını artırmağa kömək edir.
Maliyyə sektoruna prudensial normalar və artan rəqabət tətbiq edilmişdir. Bank Hökümətə maliyyə sektorunda konsolidasiyaya və rəqabətə təkan verməyə yardım etmək üçün BVF-lə birgə sıx əlaqədə işləmişdir. Müəyyən təkmilləşmənin müşahidə edildiyinə baxmayaraq, bank sektoru kiçik olaraq qalır və onun əhəmiyyətli struktur problemləri vardır. Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsələsi həll edilməmiş olaraq qalır, baxmayaraq ki daha artıq rəqabətin mövcud olduğundan sonra cəmi bank aktivlərində onun payı son beş il ərzində azalmışdır. CAS dövrü ərzindəki irəliləyişə yeni bank qanunvericiliyi, BİS-ə uyğun prudensial qaydalar, mərkəzi bankın prudensial nəzarət və yerlərdə nəzarətin aparılması üçün potensialının quruculuğu daxildir. Bank sektoru beynəlxalq mühasibat uçotu və maliyyə hesabatı standartlarını qəbul etmiş və idarəetmə təkmilləşdirilmişdir. Minimum kapitala tələblər artırılmış və bankların sayı azaldırılmışdır. Hal-hazırda yeni banklar nisbətən sabit maliyyə şəraitindədir, və depozitlərin sayının artması ilə bank sektoruna inamın artmaqda olduğu sübut olunur. Bank sektorunun qeyri-neft sektorunu səmərəli dəstəkləyə bilməsini təmin etmək üçün bank sektorunda davamlı tərəqqiyə ehtiyac var. Bankın yeni maliyyələşdirdiyi Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi çərçivəsində Bakı xaricində maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi tədbirləri artmaqdadır.
Kiçik və orta həcmli müəssisələr sektoruna vəsaitlərin yönəldilməsinə istiqamətləndirilmiş dörd maliyyə sektoru layihəsi BMK tərəfindən dəstəklənmişdir. BMK-nın dəstəyinə kiçik bizneslərə yardım etmək iqtidarında olan və BMK-nın köməyi ilə rəqabətə davamlı maliyyə qurumlarına çevrilmiş iki yerli banka kredit xəttinin davam etdirilməsi daxil olmuşdur. Eyni zamanda, kredit təhlilçilərinə, kredit ayrılması üzrə mütəxəssislərə, sahə rəhbərlərinə təlim keçməklə, kreditləri nəzərdən keçirməklə və portfolionun idarə edilməsinin izlənməsi sistemini tətbiq etməklə BMK kiçik bizneslərə kredit verilməsi ilə əlaqədar olan riski azaltmaq üçün banklara yardım göstərmək istimaqətində də öz dəstəyini təmin edir.
BMK ölkədə ilk və yeganə kommersiya mikromaliyyələşdirmə bankı olan Azərbaycan Mikromaliyyələşdirmə Bankının təsis edilməsində böyük rolu olmuşdur. BMK-nın iştirak payına ilk 1.75 milyon ABŞ dolları məbləğində olan investisiyası və sonrakı əlavə 3 milyon ABŞ dolları məbləğində olan banka ayırdığı kredit bank sektoruna olan inamı yaratmış və Azərbaycanda kommersiya yönümlü mikormaliyyələşdirmə texnologiyasını tətbiq etmişdir. Hal-hazırda ölkədə ümumi kredit portfeli 52 milyon ABŞ dolları, 39 faizini işgüzar qadınlar təşkil edən 64,000-dən çox fəal müştərisi olan on doqquz mikromaliyyələşdirmə qurmu fəaliyyə göstərir.100 ABŞ dollarından 125,000 ABŞ dolları arasında olanmikromaliyyələşdirmə kreditlərinin ümumi həcmi 2005-ci ilin sonuna 200 milyon ABŞ dollarına çatacağı gözlənilir
Fermer təsərrüfatlarının özəlləşdirilməsi tamamlanmış və kənd yerlərinin krediti sistemi işlənib hazırlanmaqdadır. 2003-cü ildə bitmişFermer Təsərrüfatlarının Özəlləşdirilməsi Layihəsinə müvafiq olaraq, torpaq aktının verilməsi və qeydiyyat modelləri pilotlandırılmış və sonra mərhələlər üzrə ölkə boyu tətbiq edilmişdir. 1990-cı illərin sonundakı fermer təsərrüfatlarının özəlləşdirilməsi MDB ölkələri arasındakı ən uğurlu özəlləşdirmələrdən hesab edilir. Kənd Təsərrüfatının İnkişafı və Kredit Layihəsi(KTİKL) çərçivəsində torpaq əqdləri xidmətlərinin mərkəzsizləşdirlməsi ilə, qeydə alınmış torpaq əqdlərinin sayı CAS-ın hər il üzrə 3,000-nlik hədəfini artıqlamasını ilə aşaraq 2004-cü ildə 10,000-ə çatmışdır. KTİKL eyni zamanda 20,000 kəndli borc alanlar üçün də kreditə çıxışı dəstəkləmiş, və bu rəqəm CAS-ın məqsəd kimi müəyyən etdiyi 7,000-dən kifayət qədər artıqdır. Baxmayaraq ki, kredit ittifaqları hələ də cavandır, onların bir çoxunun fəaliyyət qabiliyyətində olmaqları haqqında əlamətlər özünü birüzə verməkdədir. KTİKL-2 üzrə davamçı layihə 2006-cı ilin iyun ayında təsdiq edilib, və daşınmaz əmlakın qeydiyyatının bütün ölkə miqyasında tətbiq edilməsi, həcminə görə 2007 maliyyə ili üçün ayrıca layihə statusunu alıb.
Bankın iki layihəsi çərçivəsində irriqasiya və drenaj inftastrukturunun bərpası və inşası hədəf seçilmiş ərazilərdə məhsul yığımının əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. Kəndli icmalar, bələdiyyələr və su istifadəçiləri assosiasiyaları tərəfindən infrastrukturun icmaya-əsaslanan idarəetməsinə yönəlik Kənd Yerlərinə İnvestisiyaUKP(Uyğunlaşdırılmış Kredit Proqramı)da CAS dövrü ərzində başlamışdır
Azərbaycan üçün bunlar asta inkişaf edən yeni konsepsiyalardır; CAS dövründə kənd sektorunda yerli ictimai təşkilatların vacib rollarının tanınmasının və qəbul edilməsinin dərinləşməsi və genişləndirilməsi sahəsindəki uğur nəzərə çarpan olmuşdur. Bu prosesi sürətləndirmək üçün, Hökümət QHT-lərdə daxil olmaqla hüquqi şəxslərin qeydiyyatını sadələşdirən yeni qanunvericiliyi qəbul etmiş və hüquqi şəxslərin reyestrini yaratmışdır. Bu vacib nailiyyətlərə baxmayaraq, kreditə, bazara və infrastruktura çıxışı təkmilləşdirməklə bağlı olan iş də daxil edilməklə kəndlə bağlı olan gündəlik geniş olaraq qalır.
Kəndlə bağlı olan Bank-ın AMF-sinə marketinq və aqro-emal, habelə komunal xidmətləri qiymətlərinin dəyişməsinin kəndə təsiri məsələlərinin öyrənilməsi daxil edilmişdir.
Çirklənmənin azaldılamsı və təbii sərvətlərin idarəedilməsinin gücləndirilməsi sahəsində bir sıra təşəbbüslər olmuşdur. Azərbaycanın milli ətraf mühit prioritetləri, həm ictimaiyyətin həm də Hökümətin artan diqqətini həmin vaxtdan cəlb etmiş, 1998-ci il tarixli Ətraf Mühitə dair Milli Tədbirlər Planında müəyyən edilmişdir. Bank Ekologiya və Təbii Sərvətlər Nazirliyində potensialın artırılmasına diqqəti cəlb etmişdir. Baxmayaraq ki, davam etməkdə olan institusional zəiflik mövcuddur, nazirlik tədricən ölkədə siyasətin formalaşdırılmasında aparıcı rol oynayır
Regional Xəzər Dənizi Ətraf Mühiti Proqramı çərçivəsində donorların güclü dəstəyini qazanmış Xəzər Dənizinə dair Milli Tədbirlər Planı tərtib edilmişdir. Ətraf Mühitə Təcili İnvestisiyalara dair Layihə Xəzər Dənizində nərə balığı ehtiyatlarını bərpa etməyə yardım etmək üçün nərə balığının artırılması üzrə inkubatorları yaratmağa yardım etmişdir. Hədəf hər il 15 milyon olmaqla, onun ilk fəaliyyət ili ərzində altı milyon xırda nərə balığı istehsal edilmişdir. Layihə, eyni zamanda quruda neft yataqlarının təmizlənməsi üzrə və daha çox çirklənmiş ərazilərin təmizlənməsi ilə civənin təmizlənməsi üzrə bir sıra metodologiyaları nümayiş etdirmişdir.
Neft istehsalının ətraf mühitə təsirini azaltmaq üçün Nazirlər Kabineti 2004-cü ildə Zərərli Tullantıların İdarəedilməsi Strategiyasını təsdiq etmişdir. Zərərli emissiyaları izləmək üçün Milli Monitorinq İdarəsi yaradılmış və tullantıların idarəedilməsini əlaqələndirmək üçün Toksik Tullantıların İdarəedilməsi üzrə Agentlik yaradılmışdır.
Bankın sonrakı dəstəyi CAS dövrünün sonunda qəbul olunmuş Kənd Yerlərinin Ətraf Mühiti Layihəsi çərçivəsində təqdim edilməkdədir, hansı ki, meşə və otlaqların idarə edilməsi və biomüxtəlifliyin qorunmasının inkişafı üzərində qurulmuşdur. Həmçinin çirklənmənin nəticələrini aradan qaldırmağa yönəldilmiş mexanizmin yaradılması və növbəti ÖTS dövrü üçün təklif olunmuş Abşeron Yarımadasının Ətraf Mühitinin Təmizlənməsi Layihəsinin hazırlanması üzərində işə başlanılmışdır.