Davamlılıq: mümkündür Artan neft gəlirləri ilə dəstəklənərək, islahatlar üzrə davamlı həyata keçirilən iş həmin nəticələrinin davamlılığını mümkün edir. Hal-hazırda nailiyyətlərin davamlılığına təhlükə doğuran əsas amillərə qeyri-islahatçılara və maraqlı dairələrə görə struktur islahatların həyata keçirilməsinin ləngiməsi; neft gəlirləri kəskin artarkən maliyyə idarəetməsinin pisləşməsi; dəyişkən neft qiymətlərinə və neft kəmərinin inşasında ləngimələrə görə vəsait axının pozulması; siyasi və təhlükəsizlik mühitinin pisləşməsi daxildir. Yumşaldıcı amillərə fəal YASS prosesi; makroiqtisadi idarəetməyə xüsusi diqqət; Neft Fondunun tamlığı və düzlüyü, uzun müddətli neft gəlirlərinin strateji idarə edilməsi, büdcənin səmərəli hazırlanması prosesi və maliyyə hesabatlılığı; artım mənbələrinin müxtəlifləşdirilməsi və iqtisadiyyatda genişlənən iştiraka YAİİDP/CAS prioriteti; vətəndaşlıq cəmiyyəti ilə dialoqun artırılması; demokratik prosesin inkişafına sadiqlik; qonşu ölkələr ilə sabit əlaqələrin yaradılması istiqamətində mövqenin dəyişilməsi daxildir. CAS dövründə bağlanmış beş layihənin nəticələrinin davamlılığı (Təsərrüfatların Özəlləşdirilməsi, Qaz Bərpası, İQTY, Təhsil İslahatı və Struktur Dəyişikliklərə Yardım Layihəsi 2) Əməliyyatların Qiymətləndirilməsi Departamenti tərəfindən “mümkün” və ya “çox mümkün” kimi qiymətləndirilib.
Bankın fəaliyyətinin səmərəliliyi və onun töhfəsi
Güclü siyasi dialoq və sektorlar arasında yaxından inteqrə edilmiş kreditləşdirmə CAS dövründə Azərbaycanın strateji məqsədlər istiqamətində irəliləyişinə əhəmiyyətli töhfə verib. BİA-nın siyasi dialoqu ölkənin inkişaf edən bazar iqtisadiyyatına keçiddə əsas vasitəçi olub. Bank Qrupu, hətta təcili maliyyələşdirmə boşluqları olmadıqda, YAYK ətrafında konstruktiv dialoqu həyata keçirə bilib. Hökumət tərəfindən islahat gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsinə niyyətin nümayiş etdirilməsinə qədər, Bank maliyyə paketinin təqdim edilməsini təkid etmədi. SDK-İİ və YAYK-İ ayrı-ayrılıqda həyata keçirilməsi çətin olan bir çox islahat tədbirləri üçün inteqrə edilmiş və konsensus quran bünövrə yaradıb. İslahatlar əsas icraçı agentliklər ilə yaxından əməkdaşlıq şəraitində hazırlanıb, və YAİİDP-də göstərildiyi kimi, inkişaf üçün yeni yanaşma və gündəlik yarada bilib. Əlaqələndirilmiş siyasət dəstinin formalaşdırılması və icrasında Bankın BVM fə digər donorlar ilə tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edib. Bu cür strategiya proqram məzmunu, İSİ və missiya vaxtları üzrə Bankın komanda üzvləri arasında yüksək səviyyədə əməkdaşlığın olmasını tələb edirdi. Müvəffəqiyyət düsturu yüksək səviyyədə islahat gündəliyi və dəstəkləyici sektor layihələri arasında sinerji və təsiredici əlaqələr yaradan, üzvləri arasında sıx əlaqəsi olan ölkə komandası idi. SDK-İİ layihəsinə nəzarət bütövlükdə ölkə komandasının məsuliyyəti kimi qavranılmışdır. Bank və BMK komandaları Azərbaycan və Bank arasında yeni əlaqələr və etibar yarada bilir. Ölkə ofisi Hökumət ilə dialoqda mühüm rol oynayıb.
Portfelin səmərəliliyi göstəriciləri CAS dövrü ərzində qənaətbəxş olub. CAS dövrünə ünvanlanmış yeni doqquz kredit layihəsi “təqdim edilib” və onuncu layihə daha yüksək səmərəlilik əsasında verilən BİA vəsaitinə görə mümkün olub. CAS dövründə, cəmi iyirmi beş layihə qüvvədə olub və portfelin statusu qənaətbəxş səviyyəsində saxlanılıb. Hal-hazırda, Azərbaycanda icra olunan bütün layihələr qənaətbəxş kimi qiymətləndirilir. Portfel vəsaitinin istifadə edilməsi dərəcəsi qənaətbəxş olub, və CAS dövründə orta hesabla ildə 18-20% təşkil edib. Davamlı surətdə infrastrukturun bərpasında uğurlu kimi qiymətləndirilmiş, lakin qaz sektorunda daha geniş islahat gündəliyinin icrasında uğurlu kimi qiymətləndirilməmiş Qazın Bərpası Layihəsi istisna olmaqla, CAS dövründə bağlanmış altı layihənin hamısı qənaətbəxş kimi qiymətləndirilib. Müstəqil Qiymətləndirmə Qrupu (MQQ) tərəfindən həyata keçirilmiş sonrakı yoxlamalar nəticəsində hazırkı və iki digər layihə qeyri-qənaətbəxş kimi qiymətləndirilib. Təhsil üçün Öyrətmə və İnnovasiya Krediti üzrə, layihə interaktiv öyrətmə üzrə təlimdə uğurlu olub, lakin MQQ hesab etdi ki, kurrikulumun hazırlanması və qiymətləndirmə komponentləri uğurlu olmadı. Təxirəsalınmaz Ətraf Mühit İnvestisiyaları Layihəsində, MQQ qeyd etdi ki, müəyyən təxirəsalınmaz fiziki hədəflərə nail olunsa da (misal üçün, balıqartırma zavodları), digər komponentlər, xüsusilə də ekoloji təmizləmə komponenti, uğurlu olmayıb. Bank fəaliyyəti “qeyri-qənaətbəxş” kimi qiymətləndirilmiş Qaz Layihəsi istisna olmaqla MQQ bütün layihələr üzrə Bankın fəaliyyətini qənaətbəxş kimi qiymətləndirilib, çünki fərz olunub ki, layihə özü qaz sektorunda islahatların həyata keçirilməsi üçün kifayət qədər şərait yaradacaq. Yalnız SDK-II çərçivəsində yüksək səviyyədə siyasi dialoqa nail olunandan sonra, qaz sektorunda islahatlar başlandı. Yuxarıda deyilənlərə əlavə olaraq, 2006 maliyyə ilində bağlanmış dörd layihənin hamısı bağlanma zamanı qənaətbəxş kimi qiymətləndirilib, baxmayaraq ki, MQQ tərəfindən qiymətləndirmə hələ ki, keçirilməmişdir. KAY (keyfiyyətin artırılması yoxlamaları) tərəfindən qiymətləndirilmiş bütün layihələr və İSİ, rəsmi yayımda qeyri-qənaətbəxş kimi qiymətləndirilmiş Təhsil Sektoru Sənədi istisna olmaqla, “qənaətbəxş” kimi qiymətləndirilib. Layihənin başa çatdırılmasında qiymətləndirmənin əsas mesajı ondan ibarətdir ki, dəyişikliyin sürətinə realistik yanaşmaq və icrada çevik olmaq vacibdir. İnstitusional potensialın yaradılmasına və hüquqi və fidusiar vəzifələrin erkən müəyyən edilməsinə diqqət yetirmək, həmçinin, vacibdir.
Proqramatik AMF-ə (analitik və məsləhət fəaliyyəti) doğru müsbət addımlar atılıb. CAS dövründə İSİ-də uzun vaxt tələb edən tədqiqatlardan əsas məsələlər üzrə ünvanlı və iştiraklı siyasi dialoq üçün bünövrə yaratmaq üçün, daha uzun və mərhələli vaxt cədvəli ilə, daha qısa proqramlı siyasət sənədlərinə doğru dönüş müşahidə olundu. Proqramatik Dövlət Xərclərinin İcmalları və Yoxsulluq Qiymətləndirmələri ayrı-ayrı modullar formasında həyata keçirilir, və siyasəti formalaşdıranların maraqlarını və ehtiyaclarını nəzərə almaq üçün daha yüksək çevikliyi nəzərdə tutur. Oxşar olaraq, 2004-cü il üzrə “Enerji islahatı ilə bağlı məsələlər və seçimlər” tədqiqatı ayrı-ayrı enerji sektorları və məsələləri ilə bağlı və enerji sektorunda tərəfdaşlar arasında daha fəal dialoq üçün əsas təşkil etmiş tədqiqatlar dəsti və sintezidir. Dünya Bankı İnstitutu son iki il ərzində fiskal qeyri-mərkəzləşdirmə və yerli hökumət potensialının inkişaf etdirilməsi və MDB-7 ölkələri arasında YASS dialoqunu diqqət mərkəzində saxladı.
Bank, xüsusilə struktur islahatları sahəsində, digər tərəfdaşlarla yaxından əməkdaşlıq göstərdi. Ümumi islahat sahəsində SDK-II və YAYK vasitəsilə Bankın yardımı və BVM-ın dəstəklədiyi Yoxsulluğun Azaldılması və Artım Mexanizmi (PRGF) arasında sıx əməkdaşlıq göstərilmişdir. PRGF-ın dördüncü yoxlaması 2004-cü ilin dekabr ayında qənaətbəxş səviyyədə başa çatdırılmışdır və 2005-ci ildə proqram başa çatdırılmışdır. AİB, Avropa Birliyi və İslam İnkişaf Bankı potensialın yaradılmasına zəruri dəstək təmin etdilər. Avropa Birliyi Tacis Proqramı vasitəsilə vergi sisteminin modernləşdirilməsi sahəsində yardım göstərdi. Bank USAİD ilə birlikdə Xəzinədarlıq Sistemi, DİP və kommunal sektorda tənzimləyici islahat sahəsində bir komanda kimi çalışdı, və ABŞ Xəzinədarlığı ilə büdcə islahatı sahəsində birgə çalışmağa başladı. Bank AYİB və USTDA ilə ARDNŞ-ın restrukturizasiyası üzrə yaxından çalışıb. Bank, həmçinin, YAİİDP-nın hazırlanması və icrasına yardım göstərmək üçün AİB, İsveçrə və BMTİP ilə birgə çalışdı. BMTİP YAİİDP üzrə son tərəqqi hesabatına MİM-lərin monitorinqinin daxil edilməsində çoxlu köməklik göstərdi. Bank, BVF və Hökumət arasında fəal üçtərəfli dialoq və sıx əməkdaşlıq, digər donorlarla, xüsusilə də Avropa Birliyi və USAİD ilə makro/maliyyə idarəetməsi/idarəetmə mühiti sahəsində nailiyyətləri dəstəkləyib. Həmin əməkdaşlıq haqqında məlumat qoşma 6-da verilir.
Borcalanın fəaliyyət göstəriciləri Rasional makroiqtisadi idarəetmə və YAİİDP-nin həyata keçirilməsinə sadiqlik uğurlu nəticələri şərtləndirən əsas amillər sırasında idi, baxmayaraq ki, bəzi sahələrdə islahatların həyata keçirilməsi sürəti aşağı idi. Hökumət islahatların həyata keçirilməsi, idarəetmənin və hesabatlılığın gücləndirilməsi və Azərbaycanın bazar iqtisadiyyatı üçün açılması sahəsində Bankla işləməyi maliyyələşdirmə ehtiyaclarına görə deyil, Bankın məsləhətlərindən faydalandığına görə seçdi. YAİİDP münasibətdə ciddi mövqe bir sıra sahədə ətraflı islahat gündəliklərinin hazırlanmasına gətirib, və həmin islahatlar tədricən həyata keçirilir. Azərbaycanın CPİA reytinqi CAS dövründə əhəmiyyətli dərəcədə qalxıb. Qaz Bərpası Layihəsi istisna olmaqla, Borcalanın həmin dövr ərzində bağlanmış layihələr ilə bağlı fəaliyyəti ƏQD tərəfindən qənaətbəxş və ya çox qənaətbəxş kimi qiymətləndirilib. Hökumətin maliyyələşdirmə payı ilə nisbətən az problem meydana çıxıb. Bəzi hallarda struktur islahatın surəti gözləniləndən aşağı idi. Qismən bunun səbəbi CAS dövrünün əvvəlində baş vermiş siyasi keçiddən ibarət idi. Nəticədə, Azərbaycan CAS dövründə Yüksək Səviyyəyə keçmək əvəzinə, Baza Səviyyəsində qalıb. Hökumət və Bankın komandası ümid edirdilər ki, kommunal sektorda və ticarət/biznes gündəliyi üzrə struktur islahatlarının sürətinin artırılması YAYK-İ, 2004 maliyyə ilində BYİB Enerji İnfrastrukturu Krediti, və 2005-ci ilinə ikinci YAYK üzrə vəsaiti xərcləməyə imkan yaradacaq. Əksinə, islahatların surəti aşağı idi, və Enerji Krediti və YAYK-İ Direktorlar Şurasına yalnız CAS dövrünün sonunda təqdim olundu.
Layihənin hazırlanması və səmərəliliyini təkmilləşdirmək və vətəndaş cəmiyyətinin iştirakını artırmaq üçün daha çox işlər görülməlidir. Azərbaycan Hökuməti bölünmüş vəziyyətdədir və Hökumət tərəfindən qərarların qəbul edilməsi prosesi mürəkkəbdir. Nəticədə layihənin hazırlanması və danışıqlar ləngiyir, çünki layihənin təsdiq edilməsi və qüvvəyə minməsi arasında uzun vaxt keçir və, bu, layihənin vaxtında icra edilməsinə təhlükə yaradır. Hökumət həmçinin beynəlxalq texniki yardımı məhdud şəkildə qəbul edir, bu da fəaliyyətin monitorinqinə maneə yaradan icranın ləngiməsinə və analitik boşluqlara gətirir. Nəticədə CAS dövründə bağlanmış və ya bağlanması planlaşdırılmış səkkiz layihədən altısına layihənin uzadılması tələb olunub. Əlavə olaraq, bəzi layihələrin icrası satınalmalarla bağlı məsələlərə görə ləngiyib, və bütün layihələrdə Bankın şəffaflıq standartlarının yerinə yetirilməsi üçün ehtiyatlı davam etməyə ehtiyac var. Nəticədə CAS dövründə bağlanmış və ya bağlanması təyin olunmuş səkkiz layihədən altısına vaxtın uzadılması tələb olunub. Bundan əlavə, satınalmalarla bağlı məsələlərə görə bəzi layihələrin icrasında ləngimələr başlayıb və bütün layihələrdə Bankın şəffaflıq standartlarının yerinə yetirilməsini təmin etmək üçün ehtiyatlı davam etmək lazımdır. Vətəndaş cəmiyyətinin inkişafı və iştirakı oxşar iqtisadi inkişaf səviyyəsində olan digər ölkələrə nisbətən aşağıdır və vətəndaş cəmiyyətini islahatların və investisiya layihələrinin hazırlanması və icrası prosesinə cəlb etmək üçün daha çox səy göstərilməlidir.
Kənar amillər CAS dövründə nəticələrin əldə edilməsinə təsir göstərmiş ciddi kənar şoklar baş verməyib. Ölkə dövrün əksər vaxtında neft qiymətlərinin gözləniləndən yüksək olmasından faydalanıb. 2003-cü ildə prezident Heydər Əliyevin dünyasını dəyişməsi və onun oğlu İlham Əliyevin yeni prezident seçilməsindən ibarət olan siyasi keçid CAS-ə təsir göstərib. Həmin keçid iqtisadi islahatların yerinə yetirilməsində müəyyən ləngimələrlə nəticələnib, lakin prezident Əliyevin 24 noyabr 2003-cü il tarixli fərmanı və ondan irəli gələn tədbirlər islahatlara mühüm təkan verdi. CAS icrası komandaya məlum olan heç bir qərəzsiz mənfi təsirə məruz qalmayıb.
Kifayət qədər uzun vaxt ərzində Bankın ahəngləşdirilmiş yardımı konsensusu yaratmağa və Azərbaycanda siyasət və institusional dəyişiklikləri həyata keçirməyə kömək etdi. Müvafiq investisiyalar və texniki yardımla tamamlanaraq, Bankın siyasi dialoqda davamlı və uzun müddətli iştirakı, neft gəlirlərinin menecmentində şəffaflığın və idarəçiliyin təkmilləşdirilməsində, və, həmçinin, bir sıra sektorda mühüm siyasət və institusional islahatların həyata keçirilməsində kömək edib. Dəyişikliklərin həyata keçirilməsinə kreditlərin ayrılması, texniki dəstək və məsləhət xidmətləri siyasi islahatların formalaşdırılması və həyata keçirilməsi, və o cümlədən şəxsi maraqların öhdəsindən gəlməsi sahəsində Hökumətə kömək göstərilməsində çox səmərəli olub.
Nəticələr: Orta-müddətdə siyasət islahatları gündəliyində ilə bağlı davamlı iştirakını təmin etmək. Siyasət dialoqu vasitəsilə Bankın davamlı iştirakı Azərbaycan üçün son zamanlar ərzində əldə edilmiş mənfəətlərin konsolidə edilməsi və davamlı artım və yoxsulluğun azaldılması üçün zəruri olan islahat gündəliyində qalan tədbirlərin həyata keçirilməsində mühüm rol oynaya bilər.
Azərbaycanda Bankın siyasət dialoqu, bilikləri və texniki təcrübəsinə tələbat davam edir. Hökumət tanıyıb ki, Bankın göstərdiyi yardımı təmin edilən maliyyədən yüksəkdir və, hətta, enerji gəlirləri kəskin artarkən və Azərbaycan Orta Gəlirli Ölkələr qrupuna keçərkən Bankın davamlı dəstəyini alqışlayır.
Nəticələr: Siyasət dialoqu, və, o cümlədən, texniki və bilik xidmətləri daha çox Bankın Azərbaycana verdiyi əsas dəyəri formalaşdıracaq, və həmin dəstəyin vaxtında, etibarlı və yüksək keyfiyyətli olması təmin edilməlidir.
Azərbaycanda yaranan yeni məsələ tədiyyə balansının maliyyələşdirilməsi üzrə təcili ehtiyacları və YAYK kreditləşməsi olmadıqda siyasət dialoqunda tam iştirakın təmin edilməsi üçün vasitələrin yaradılmasıdır. Tədiyyə balansı üçün kreditləşmə üzrə ehtiyacların azalması və Azərbaycanın BİA təsnifatından çıxmasını nəzərə alaraq, əsas məsələ Bankın siyasət dialoqunda iştirakının davam etdirilməsindən ibarətdir. Bəzi Orta Gəlirli Ölkələrdən fərqli olaraq, Azərbaycanın işgüzar mühitin yaxşılaşmasını və qeyri-neft sektorunun artımını sürətləndirmək üçün struktur islahatlara davamlı ehtiyacı var.
Nəticələr: Başlanğıc nöqtəsi kimi biliklərdən daha çox istifadə daxil olmaqla, YAYK kreditləşməsi olmadıqda, əsas siyasət məsələlərində iştirakının davam etdirilməsi üzrə alternativ metodların yaradılması. Geniş məlumat yayımı və biliklərin artırılması fəaliyyətində vətəndaş cəmiyyətinin daha fəal iştirakı əsas islahat sahələri ətrafında daha yüksək anlamanı və konsensusu yaratmağa kömək edə bilər.
Siyasət və investisiya kreditləşməsinin sıx inteqrasiyası və sıx daxili əlaqələri olan ölkə komandası Bank fəaliyyətinin səmərəliliyini artırır. Gaz Bərpası Layihəsindən çıxarılmış əsas nəticə ondan ibarət idi ki, tək investisiya krediti aləti mürəkkəb restrukturizasiya və qiymətlərin formalaşdırılması islahatının başlanması üçün kifayət olan vasitə deyil. SDK-II üzrə qoyulan şərtlər bu cür sektor məsələlərinin həll olunmasında daha səmərəli olub.
Nəticələr: Siyasət dialoqu və investisiya kreditləşməsinin sıx inteqrasiyasını və proqramın məzmunu, məsləhət və layihələrə nəzarət üzrə Bankın komanda üzvləri arasında yüksək səviyyədə əlaqələndirmənin olmasını təmin etmək.
CAS dövründə “proqramatik” İSİ-yə keçid bir sıra vaxtında hazırlanmış siyasət qeydləri (sənədləri) və seminarların keçirilməsi ilə nəticələnib. İSİ üzrə proqramatik yanaşma həm dərin tədqiqatların, həm də daha qısa, konkret mövzulara və ya konkret məqsədlərə aid sənədlərin hazırlanmasına, və, o cümlədən, tək tədqiqatların təmin edə biləcəyi ilə müqayisədə daha ahəngləşdirilmiş siyasət dialoqlarının aparılmasına imkan yaradıb. Bu, misal üçün, yoxsulluğun təhlilinin təkmilləşdirilməsi ilə nəticələnib.
Nəticələr: Siyasət dialoqunu və biliklərin yayımlanmasını artırmaq üçün proqramatik analitik işi davam etdirmək və genişləndirmək.
Azərbaycanda mürəkkəb inzibati və qərarların verilməsi prosedurları bir çox hallarda layihələrin icrasında ləngimələrə səbəb olur. Azərbaycanda layihələrin qüvvəyə minməsində və icrasında vaxtsız ləngimələr baş verməyə davam edir.
Nəticələr: İcranı sürətləndirmək üçün bütün tədbirlər üzrə inzibati və qərarların qəbul edilməsi ilə bağlı maneələri gözləmək və yüksək səviyyəli köməkçi qüvvələri cəlb edilməsi və bütün səviyyələrdə geniş iştirakın təmin edilməsi üzrə səyləri artırmaq.
İnformasiya cəhətindən zəif sahələr təhlil və qərarların verilməsinə mane edir. Səhiyyəsektoruvə əmək bazarı kimi, müəyyən sahələrdə dəqiq məlumatların olmaması təhlilə və mənalı məqsədlərin və monitorinq göstəricilərinin müəyyən edilməsinə mane olur.
Nəticələr: İnformasiya potensialı zəif olan sahələr üzrə texniki və məsləhət yardımın artırmaq. Əmək bazarının ətraflı öyrənilməsi iş yerlərinin yaradılması məqsədinin daha yaxşı dərk edilməsi və əldə edilməsi üçün vacib elementdir.
Regional əməkdaşlıq və inteqrasiya siyasət nöqteyi-nəzərdən çətin olsa da, regionda davamlı artım üçün onun əhəmiyyəti artacaqdır. Enerji axınları, ticarət və nəqliyyat daxil olmaqla, daha yüksək regional əməkdaşlıq və inteqrasiyada əyani iqtisadi imkanlar mövcuddur. Regionda siyasi vəziyyət qeyri-sabitliyinə və müəyyən sahələrdə davamlı gərginliyə baxmayaraq, regionda ölkələr arasında iqtisadi və siyasi əlaqələrin sabitliyinin arta bilməsinin əlamətləri var, bu da sərhədlərarası müdaxilələr üçün əhəmiyyətli imkanlar yarada bilər.
Nəticələr: Regional inteqrasiyanın artırılmasını gözləmək və hazırlanmaq, və lazımi anda, misal üçün, tranzit dəhlizinin inkişaf etdirilməsi kimi, regional səviyyədə yardım göstərmək.
Cədvəl A3.8. Azərbaycanın uzun müddətli inkişaf məqsədlərinin əldə edilməsinə dair tərəqqi (YAİİDP)
Məqsəd
Mövcud vəziyyət
Makroiqtisadi sabitliyin təmin edilməsi, Holland sindromunun qarşısının alınması
Neft gəlirlərinin şəffaf və səmərəli idarə edilməsi alətləri (Dövlət Neft Fondu, İcmal Büdcə, OMXP, Neft Gəlirlərinin İstifadə Edilməsi üzrə Uzun Müddətli Strategiya, Dövlət İnvestisiya Proqramı və Hesablama Palatası) yaradılmaqdadır və fəaliyyət göstərməyə başlayır. Hökumət, iri və qeyri-sabitləşdirmə potensialı olan kapital axınlarına baxmayaraq, CAS dövrünün əksər vaxtında ÜDM artımının 11% səviyyəsində saxlanılmasında, valyuta məzənnəsinin sabitliyinin və tək-rəqəmli inflyasiyanın təmin edilməsində müvəffəqiyyətli olub. CAS dövründə iqtisadi idarəetmə rasional olsa da, növbəti ÖTS dövründə, yəni iri-həcmli gəlirlər başlananda yeni alətlər ciddi sınaqdan keçiriləcək. 2006-cı ildə büdcənin artırılması narahatlığa səbəb oldu, lakin bu anadək inflyasiya nəzarətdən çıxmamışdı.
İş yerlərinin yaradılması üçün əlverişli şəraitin yaradılması.
Son dörd il ərzində qeyri-neft sektorunun illik artımı 13% təşkil edib. Qeyri-neft iqtisadiyyatında artım baş verib, lakin əmək bazarı və məşğulluq statistikasının qeyri-adekvat olmasına görə iş yerlərinin yaradılmasını izləmək çətindir. Bundan əlavə, iqtisadi fəaliyyətin əksər hissəsi qeyri-rəsmi sektorun üzərinə düşür. 1999-cu ildən başlayaraq, CPİA və BEEPS göstəriciləri əhəmiyyətli dərəcədə qalxıb, lakin, yenə də, işgüzar mühit xüsusi diqqət tələb edir. 2005-ci il üzrə BEEPS-də lisenziyalaşdırma rejimi, və, həmçinin, vergi və gömrük orqanları ilə bağlı davamlı məsələləri qeyd edib. Korrupsiya sahibkarlıq fəaliyyəti üçün maneə kimi geniş qavranılmaqda davam edir.
Əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətini və onları əldə etmək imkanlarında bərabərliyi artırmaq
Təhsil sahəsində, gözləniləndən aşağı sürətlə olsa da, yeni kurrikulumun hazırlanmasında və təhsil nəticələrinin monitorinqində tərəqqi əldə edilib. Səhiyyə sektoru səhiyyə xidmətlərinin əldə etmək imkanları və bərabərliklə bağlı ciddi problemlərlə üzləşib, lakin dialoq islahatın zəruri olması haqqında məlumatlılığı artırır. Qeyri-adekvat statistika səhiyyə sektorunda realistik hədəflərin qoyulmasını, və MİM-lərin əldə edilməsinə dair tərəqqinin izlənilməsini çətinləşdirir.
Yollar, kommunal xidmətlərin göstərilməsi, kommunikasiyalar, suvarma daxil olmaqla, infrastrukturun yaxşılaşdırılması.
Boru kəməri ilə verilən suyu Bakı əhalisinin təxminən 95%, digər şəhərlərin əhalisinin 83%, və kənd ərazilərində əhalinin yalnız 11% istifadə edə bilir. Oxşar olaraq, şəhər sakinlərinin təxminən 73% adekvat kanalizasiya sisteminə qoşulub, müqayisə üçün kənd ərazilərində bu rəqəm yalnız 36% təşkil edir. Paylaşdırma şəbəkəsinin özəl idarəetməyə verilməsindən sonra elektrik enerji xidmətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Nəqliyyat və telekommunikasiyalar ən sürətli inkişaf edən sektorlar arasındadır. Mobil xidmətlərin yayılması 2005-ci ilin sonuna 23.8% təşkil edib. Tələb olunan irriqasiya suyunun 75% çoxunu alan fermerlərin sayı 2002-ci ildə 1%-dən 2004-cü ildə 35% səviyyəsinə qalxıb. Həmin təkmilləşdirmələr əhəmiyyətli olsa da, keyfiyyət problemləri hələ də mövcuddur. Bundan əlavə, artırılmış yığım və tariflərin artırılması vasitəsilə kommunal sektorda maliyyə davamlılığının təmin edilməsi istiqamətində də tərəqqi əldə edilib. Kommunal sektorda maliyyə davamlılığı tədricən artarkən, özəl sektorun iştirakının artırılması daxil olmaqla, struktur islahatların davam etdirilməsinə ehtiyac qalır.
Aztəminatlı təbəqələrə daha yüksək diqqət yetirmək üçün sosial müdafiənin islahatını həyata keçirmək
Minimal pensiya və müavinətlər qaldırılıb və vaxtında ödənilir. Pensiya islahatında əhəmiyyətli tərəqqi əldə edilib. Yeni ünvanlı sosial yardım sistemi 2006-cı ilin iyul ayında qüvvəyə minib. Eyni zamanda, 2002 və 2005-ci illər arasında minimal əmək haqları qaldırılıb, və orta əmək haqları əhəmiyyətli dərəcədə qalxmışdır. Hələ də yüksək səviyyədə olan yoxsulluq yüksək sürətlə azaldılır.
Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və imkanların artırılması.
Neft Fondu və BİA məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və iqtisadi imkanlarının artırılması üçün vəsait ayırıb. ETS məlumatlarına əsasən, məcburi köçkünlər qrup olaraq əhalinin qalan təbəqələrindən yoxsul deyil. Bankın həmin sektorda, demək olar ki, on il ərzində fəaliyyətindən sonra, hökumətin məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması üzrə təşəbbüskarlığı artıb.