Zikr xatırlamaq və diqqətli olmaqdır. Quranın şərif ayəsi buyurur: “Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin zikriniz var”.4 Yəni Quranı bütün müsəlmanların zikr etməsinin və diqqətli olmasının vasitəsi kimi təqdim edir. Çünki çox insanlar zaman boyu dünya həqiqətlərindən, ən əsası Rəbbin müqəddəs zatından qafil olmuşlar.
Zikr yalnız bəzi sözləri tələffüz və təkrar etmək deyil. Bu sözlər zikr vasitələrindən biridir. Zikr isə Allahı yad etmək, vəzifəni yad etmək və ilahi neməti yad etmək deməkdir: “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz”.1Əgər diqqət yetirsəniz, Quranda çox yerlərdə Allahın nemətini yad etməyə işarə vurulmuşdur.