Himayəsiz qalmaq - özünü duadan ehtiyacsız bilməyin nəticəsi
Ölkənin məhkəmə məmurları özlərini Allaha dua etməkdən, müstəhəb işlərdən, zikrdən, diqqətdən, təvəssüldən, ağlamaqdan və tövbədən ehtiyacsız bilməsinlər. Deməsinlər ki, biz xalqa xidmətlə məşğuluq. Deməsinlər ki, duanı çox işi olmayanlar etsinlər. Xeyr, əsas iş budur. Əgər bu olmasa, biz himayəsiz qalarıq.
Dua və zikr fəzilətinin digər fəzilətlərlə müqayisəsi Dua mömin bəndənin ən mühüm işlərindən biri kimi
Hədisdə göstərilmişdir ki, dua ibadətin məğzidir1. Daha çox işlənən təbirlə desək, ibadətin ruhu duadır. Dua nədir? Dua - Allah-Taala ilə danışmaq, Allahı özünə yaxın hiss etmək və ürəyin sözünü ona deməkdir. Dua ya istəkdir, ya tərif və sənadır, ya da məhəbbət və sevgi bildirməkdir. Bunların hamısı duadır. Dua mömin bəndənin, düzgünlük və qurtuluş istəyən bir insanın ən mühüm işlərindən biridir.
Dostları ilə paylaş: |