Üçüncü fəsil: Duanın şəraiti və ona cavabın şərtləri
Allahın iradəsi
Buyurur ki, İlahi, xalqı istəməyə dəvət edib, istəklərini verməmək Sənin xislətinə yaddır.1 Yəni Allahın səxavətinin, rəhmətinin və böyük qüdrətinin mənası budur ki, əgər istəmənizi deyirsə, istədiyinizi verməyə də iradə etmişdir. Bu, Allahın sözügedən vədəsidir. Xütbənin əvvəlində oxuduğum həmin ayədə açıq-aşkar bildirilmişdir: “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm“.2 Yəni mənim bəndələrim nə zaman mənim barəmdə səndən harada olduğumu soruşsalar, ey Peyğəmbər, de ki, yaxınam, cavab verirəm, məndən istəyən və məni çağıran şəxsin duasını və istəyini qəbul edirəm. Kim Allahı çağırsa, cavabı var. Allahdan hər bir istəyin qarşılığında qəti bir cavab vardır.3 Bu çox mühümdür və Allahın mömin bəndələri onun qədrini yaxşı bilməlidirlər.
Dostları ilə paylaş: |