Başqa bir nöqtə budur ki, bəzən insan nə qədər dua edirsə də, qəbul olunmur. Səbəb nədir? Dini rəvayətlər bu problemi bizim üçün həll etmişdir. Məsələn, rəvayətlərdə deyilmişdir ki, əgər duanın şərtləri mövcud olmsa dua qəbul olunmaz. Hər halda, duanın da şərtləri var. Din böyükləri buyurmuşlar ki, qeyri-mümkün işləri Allah-Taaladan istəməyin. Rəvayətdə göstərilir ki, bir gün əziz Peyğəmbərin (s) səhabələrindən biri onun yanında dua edib dedi: “İlahi, məni məxluqlarının heç birinə möhtac etmə!” Peyğəmbər (s) buyurdu ki, belə demə, məgər bir insanın digərlərinə möhtac olmaması mümkündür? Demə ki, ilahi, məni heç kimə möhtac etmə! Bu, bəşər təbiətinin, ilahi qanunun və Allahın insan vücudunda qoyduğu xislətin ziddinədir. Nə üçün deyirsən ki, məni heç kəsə möhtac etmə? Bu dua qəbul olunmayacaq. O şəxs dedi ki, ey Allahın Rəsulu, bəs necə dua edim? Buyurdu ki, belə de: “İlahi, məni pis bəndələrinə möhtac etmə!”2 Məni şər adamlara ehtiyaclı etmə; məni səviyyəsiz insanlara möhtac etmə. Bu mümkündür, Allahdan bunu istə. Deməli, əgər Allah-Taaladan qeyri-mümkün və dünyanın normal qanunlarının ziddinə bir şey istəsək, qəbul olunmayacaq.
Dostları ilə paylaş: |